Jurnalistlikdən vəzifəyə gedən yol - İcra başçısı, deputat...
Siyaset
Oxunub: 1 196
27 sen 2015 | 10:26
Jurnalistlikdən vəzifəyə gedən yol - İcra başçısı, deputat...

















Hazırda istər dövlət idarəçiliyində, istərsə də Milli Məclisdə vaxtilə jurnalist kimi fəaliyyət göstərən, müxtəlif mətbu orqanlarda çalışan onlarla jurnalist vəzifə tutur, mandat daşıyırlar

Azerinfo.az Trend-ə istinadən jurnalistlikdən digər vəzifələrə qədər yüksəlmiş şəxslər haqda qısa məlumatı təqdim edir:

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əmək fəaliyyətinə jurnalist kimi başlayıb. 1992-1993-cü illərdə "Naxçıvan" qəzetində müxbir kimi fəaliyyət göstərmiş icra başçısı sonradan ictimai fəaliyyətlə məşğul olub və “Əlincə” Cəmiyyətində şöbə müdiri olub.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da ilk fəaliyyət sahəsi jurnalistika olub. Nə az, nə çox, 8 il jurnalist işləmiş R.Hüseynov “Kommunizm yolu” qəzetində korrektordan şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

“Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. Yeni Azərbaycan Partiyasının müxalifətdə olduğu illərdə bu partiyanın rəsmi orqanı – “Səs” qəzetinə rəhbərlik edib.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müşaviri Müşviq Əmirov “Rabitə Dünyası” qəzetində baş redaktor kimi çalışıb və bu gün də nazirliyin rəsmi orqanı olan bu qəzetə rəhbərlik edir. Paralel olaraq nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edir.

Əmək fəaliyyətinə yazılı mətbuatda başlayan Namiq Həsənov sonra müxtəlif televiziyalarda idman müxbiri kimi çalışıb. N.Həsənov hazırda Nəqliyyat Nazirliyində aparat rəhbəri postunu tutur.

Milli Məclisin deputatı Elmira Axundova Moskvada nəşr olunan "Literaturnaya qazeta"nın və “Azadlıq” radiosunun müxbiri olub.

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qocaman jurnalistlərdəndir. 1975-ci ildən jurnalistika fəaliyyəti ilə məşğul olan B.Sadıqov “Azərbaycan” qəzetinin baş redaktoru və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvüdür.


Milli Məclisin deputatı Etibar Hüseynov da jurnalist olub. “Lider” televiziyasında yayımlanan “Sitatın sonu” verilişinin aparıcısı olan E.Hüseynov hazırda da mətbuatda müəllif yazıları ilə çıxış edir.

Milli Məclisin deputatı Sahib Alıyevin jurnalist fəaliyyəti “Lider” Televiziyası ilə bağlıdır. Adıçəkilən kanalda siyasi verilişlər aparan deputatın icmal və şərhləri bu gün də müxtəlif xəbər portallarında yerləşdirilir.

Milli Məclisin deputatı Qənirə Paşayeva ANS televiziyasında ictimai populyarlıq qazanıb. Teleaparıcı olmuş Q.Paşayeva bugün də mətbuatda köşə yazıları ilə çıxış edir.

Milli Məclisin deputatı Aqil Abbas mətbuatda fotomüxbirdən baş redaktora qədər yüksələ bilib. Hazırda vaxtilə özünün yaratdığı “Ədalət” qəzetinin təsisçisidir.

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi və qurumun mətbuat katibi Paşa Kəsəmənskinin Azərbaycan mətbuatında böyük iş təcrübəsi var. O, bu vəzifəyə təyin edilməzdən öncə “Trend” informasiya agentliyində baş direktor müavini vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev bu vəzifəyə təyin olunana qədər “Trend” informasiya agentliyində müxbir və “Kaspi” qəzetində şöbə müdiri işləyib.

Bir neçə ay öncə Səhiyyə Nazirliyinin mətbuat katibi təyin olunan Liya Bayramova buna qədər “Zerkalo” qəzetində şöbə müdiri işləyib.

“Azəryolservis” ASC-də mətbuat katibi vəzifəsinə irəli çəkilən Anar Nəcəfli buna qədər “Xəzər” televiziyasında çalışıb. Televiziyanın Xəbərlər Xidmətində həm müxbirlik, həm də aparıcılıq edib.

Qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin mətbuat katibi Yaşar İsaqov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu və digər mətbuat katibləri də vaxtilə jurnalist kimi çalışıblar.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi