Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
Siyaset
Oxunub: 1 247
26 sen 2015 | 14:20
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilibElmar Məmmədyarov: "Ərazilər danışıqlar yolu ilə azad olunmasa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün addımları atacaq"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi qəti şəkildə bir daha vurğulanıb. Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyən nazir Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib. O, Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib, Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu söyləyib.
E. Məmmədyarov Ermənistanın hər vəchlə əsl etimad quruculuğu tədbiri olacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının təmaslarına imkan vermədiyini diqqətə çatdırıb. Nazir bir daha vurğulayıb ki, münaqişənin həlli üçün işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır. O qeyd edib ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir, lakin danışıqların nəticəsində ərazilər işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaq. Atılacaq hər hansı addımın bütün məsuliyyəti işğalçı və təcavüzkar dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşəcək.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi