İcra başçılarının korrupsiya imkanlarını necə aradan qaldıraq? - AKTUAL
Siyaset
Oxunub: 387
1 in 2020 | 18:21
İcra başçılarının korrupsiya imkanlarını necə aradan qaldıraq? - AKTUAL


Ötən ildən başlayaraq Azərbaycanda rayon icra hakimiyyəti başçılarının həbsi göstərdi ki, bu məmurlar öz fəaliyyətində korrupsiyaya və soyğunçuluğa yol verirlər. Həbs edilən bütün icra başçılarının rayonda tikinti və təmirə ayrılan vəsaitləri mənimsədiyi, qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu, büdcədən maliyyələşən təşkilatların rəhbərlərindən, biznes qurumlarından haqq yığdığı üzə çıxır. Onların bir həftədə bu yolla əldə etdikləri qanunsuz gəlirlərin həcmi bir neçə yüz min manata bərabərdir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı tədqiqat Azərbaycanda yerli icra hakimiyyətlərinin fəaliyyətində çox ciddi şəffaflıq probleminin olduğunu ortaya qoyur. Tədqiqat qrupunun üzvü, iqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, tədqiqat göstərib ki, yerli strukturların öz fəaliyyətinə dair hesabatları ya ümumiyyətlə yoxdur, ya da həmin hesabatlarda vətəndaşlar üçün zəruri olan informasiyalar yetərli səviyyədə deyil: “Əhalinin qərarların qəbulu və icrası ilə bağlı proseslərdə iştirakı təmin edilmir və nəticədə onlar qurduqları ünsiyyət sayəsində də məlumatlar əldə etmək imkanını itirmiş olurlar. Bu cür məlumat qapalılığı və qeyri-şəffaf fəaliyyət istər yerli icra hakimiyyətlərinə və bələdiyyələrə, istərsə də ictimai xarakterli sosial və kommunal xidmətlər göstərən müəssisələrə aiddir.

Paytaxtda medianın və vətəndaş cəmiyyətinin daha fəal və peşəkar, cəmiyyətin daha aktiv olması mərkəzi hakimiyyət orqanlarının fəaliyyəti barədə məlumat almaq istiqamətində təşəbbüslərin çoxluğu ilə müşahidə edilir. Lakin bölgələrdə problem daha kəskindir. Fəal və peşəkar vətəndaş cəmiyyətinin, həmçinin medianın məhdudluğu yerli səviyyədə icmaların ictimai məlumatlara çıxışını daha da çətinləşdirir. Ən müxtəlif kanallar vasitəsilə regionlara yönəldilən investisiyaların həcmi və strukturu, investisiya qoyuluşları hesabına bölgələrin əldə etdiyi səmərə, büdcə və büdcədənkənar fondlar vasitəsilə bölgələrə ayrılan xərclər və həmin xərclərin strukturu, müxtəlif hökumət proqramlarının icrası üçün istifadə edilən resurslar, bölgələrdə mövcud olan ictimai və kommunal xidmət müəssisələrinin fəaliyyətinin nəticələrini əks etdirən statistik göstəricilərlə bağlı informasiyalar kifayət qədər qapalıdır".

Qeyd edək ki, İctimai Birlik tərəfindən 8 istiqamət üzrə 37 indikator müəyyən edilərək onlar əsasında Mingəçevir, Xaçmaz, Bərdə və Yevlax rayonlarında tədqiqat həyata keçirilib. Bu rayonlarda olan vəziyyət - icra hakimiyyətlərinin büdcə xərcləmələri ilə bağlı məlumatları qapalı saxlaması bütün Azərbaycan üzrə xarakterikdir. Bu qapalılığı aradan qaldırmaq, icra başçılarını rayon üzrə xərcləmələr barədə şəffaflığı təmin etməyə necə nail olmaq mümkündür?

Sualı cavablandıran R.Ağayev bildirir ki, Azərbaycanda idarəetmə uzun illərdir ki, informasiya açıqlığını özü üçün prioritet seçməyib: “Bizim müşahidə etdiyimiz qapalılıq yalnız yerli icra hakimiyyəti orqanlarında deyil, əksər yerli dövlət qurumlarında mövcuddur. Adətən idarəetmədə korrupsiya yüksək olduqda şəffaflıqdan qaçılır. Məsələn, elə bir rayon yoxdur ki, orada bütün məlumatlar açıqlansın, digərlərində açıqlanmasın. Yəni biz deyə bilmirik ki, filan rayon açıqlayır, amma digəri açıqlamır. Bu isə problemin fərdlərlə bağlı olmadığını göstərir. Hazırda bütün icra hakimiyyətlərinin İnternet saytının dizaynı eynidir - bunu qəbul edirəm ki, vahid dizayn tətbiq oluna bilər. Lakin içərisindəki məlumatlar, əlbəttə, fərqli olmalıdır. Problem burasındadır ki, bütün saytlarda yayılan məlumatlar da eyni formatda, eyni standartlarda, eyni qapalılıqdadır. Bu mətnlər o qədər ümumi xarakterlidir ki, vətəndaşlar, jurnalistlər, tədqiqatçılar üçün maraqlı olan bir məlumat tapmaq mümkün olmur”.

Ekspert büdcə şəffaflığı məsələsini ölkədə ciddi problemlərdən biri sayır: “Büdcə xərclərinin açıqlığı, vətəndaşlar üçün əlçatanlığı bütün ölkə üzrə problemli sahələrdən biridir. Düzdür, son vaxtlar mərkəzi hökumət ümumi büdcə məlumatlarının açıqlığının təmin olunması istiqamətində müəyyən addımlar atır. Maliyyə Nazirliyi ötən ildən başlayaraq büdcənin iqtisadi təsnifatını açıqlayır, Milli Məclis üzvlərinə paylanan büdcə zərfinin 50 faizə qədərini saytında yerləşdirir. Lakin bu proses hələ rayonlara gedib çıxmayıb. Dörd-beş ay əvvəl büdcə müzakirə olunarkən mən dedim ki, heç olmasa hər bir rayon üzrə xərclərin və gəlirlərin strukturu açıqlansın. Yəni ərazidə yaşayan insanlar bilsinlər ki, rayonlarında hansı mənbələrdən nə qədər pul yığılır, yerli biznes dövlət ödənişlərində nə qədər fəaldır və sair. Bunu nədən bilmək olar? Rayonlar üzrə gəlirlərin mənbələr üzrə məbləğinin açıqlanması ilə. Yaxud insanlar bilməlidilər ki, onların övladlarının təhsili üçün dövlət nə qədər xərc çəkir, onların sağlamlığının qorunmasında dövlətin payı nə qədərdir. Yaşlı insanların sosial təminatına hansı məbləğ sərf olunur, yol tikintisinə, məktəb təmirinə nə qədər pul xərclənir. Bir şəkər xəstəsi bilməlidir ki, hər xəstəyə dövlət nə qədər vəsait ayırır. Bunu bildikdə, o gedib müvafiq qurumdan özünə çatası xərcə uyğun xidmət-təminat tələb edəcək, əks halda, öz haqqını qoruya bilməyəcək. Bi valideyn uşağının təhsil aldığı məktəbə dövlət tərəfindən nə qədər vəsait ayrıldığını bilməsə, məktəbdən gələn qanunsuz fond pulu tələbinə etiraz edə bilməyəcək. Sözümün canı odur ki, effektiv ictimai nəzarət üçün informasiya açıqlığı ən mühüm şərtdir. Xüsusilə büdcə xərcləmələri, ictimai əhəmiyyətli qurumların xərcləməri ilə bağlı bu açqılığın təmin olunması zəruridir”.
Hazırda informasiyaların açıqlanması əvvəlki kimi çətin deyil: “Əvvəlki dövr deyil ki, informasiyanı kağız daşıyıcılarda açıqlayasan, onu da kim ala, kim almaya. İndi elə bir zamandır ki, 3-5 dəqiqəyə məlumatı geniş kütlələrə çatdırmaq mümkündür. Bu baxımdan, əsas problem budur ki, Azərbaycanda informasiya açıqlığını təmin edəcək normalar yetərincə sərt deyil. Düzdür, ”İnformasiya əldə etmək haqqında" qanun var. Lakin o qanunun icrasını təmin edəcək hüquqi-normativ baza yetərli deyil. Bizim yanaşmamız budur ki, qanunun effektiv icrasını təmin etmək üçün bütün qurumlar üzrə açıqlanması məcburi olan informasiyaların siyahısı təsdiqlənməlidir. Bu, ona görə vacibdir ki, bir səhiyyə qurumu ilə kommunal xidmət göstərən qurumun açıqlamalı olduğu informasiya eyni ola bilməz. Qanunda açıqlanması məcburi olan informasiyalar ümumi qeyd olunub, amma onların qurumlar üzrə konkretləşdirilməsi zəruridir. Buna görə də bizim yanaşmamız budur ki, icra hakimiyyətlərinin də, yerli səviyyədə olan bütün dövlət qurumlarının açıqlamalı olduğu informasiyalar dəqiq müəyyənləşdirilməlidir. Və bu siyahı icra hakimiyyətlərinin, digər qurumların saytlarında yerləşdirilməlidir. Bu, həm də vətəndaşların bütün məlumatlar üçün dövlət qurumlarına üz tutmasının qarşısını alacaq. Biz bir neqativ hal da müşahidə edirik: tutalım ki, yerli səhiyyə şöbəsindən hansısa məlumat istəyirsən, deyirlər, gedin nazirliyin mətbuat xidmətindən alın. Vətəndaş yaşadığı ərazi ilə bağlı məlumatı mərkəzdən alacaqdısa, yerli qurum nəyə lazımdır onda? Niyə bir kənd, rayon üzrə görülən iş barədə nazirlikdən məlumat alınmalıdır? Qanunvericiliyin tələbi budur ki, istər yerli, istər mərkəzi - bütün qurumların informasiyaya məsul şəxsi olmalıdır. Rayon qurumlarının demək olar ki, heç birində belə şəxs yoxdur. İcra hakimiyyətlərində isə formal olaraq bu iş kiməsə həvalə edilir, amma ortada real iş yoxdur. Buna görə də bu məsələdə ilk növbədə hüquqi addımlar atılmalıdır: əvvəla, açıqlanması məcburi olan məlumatların hər qurum üzrə siyahısı müəyyənləşdirilməlidir. Özü də bu işə media və vətəndaş cəmiyyəti də cəlb edilməlidir. İkincisi, dövlət sirri hesab olunmayan bütün məlumatların açıqlanması məcburi olmalıdır".

R.Ağayev onu da bildirir ki, rayonlarda həyata keçirilən dövlət prqoramları barədə məlumatlar da açıqlanmalıdır: “Bir rayonun sakini bilməlidir ki, onun rayonuna hansı proqram çərçivəsində nə qədər vəsait xərclənir. Kəndinə çəkilən yola, qaz, su, elektrik xəttinə dövlət hansı həcmdə pul ayırıb. Bu gün rayonlarda qəza baş verən su, qaz, elektrik xəttinin təmirinə əksər hallarda insanlardan pul alınır. Vətəndaş bilsə ki, bunun üçün dövlət büdcəsindən vəsait ayrılır, heç kimə də pul verməz. Bu gün Azərbaycanda rayonlar üzrə əhalinin, biznesin, büdcə təşkilatlarının nə qədər qaz, enerji, su istehlak etdiyinə dair məlumatı heç yerdə tapmaq olmur. Halbuki bu məlumatlar rayonlar üzrə ayrılıqda açıqlanmalıdır”.

Ekspertin fikrincə, informasiya açıqlığı rayon icra hakimiyyətlərində korrupsiyanın qarşısını demək olar ki, bütünlüklə almağa imkan verə bilər: “Rayon icra hakimiyyətlərinin illik hesabat yığıncağı keçirilir, orada açıqlanan məlumatlar çox ümumi şəkildə sayta yerləşdirilir. İnformasiya açıqlığı təmin olunarsa, rayon üzrə bütün gəlir-xərclərə dair məlumatlar vətəndaşlar üçün əlçatan olar. Yəni bütün dərdlərin dərmanı olmasa da, informasiya açıqlığı azı 90 faiz korrupsiyanın qarşısını almağa imkan verəcək. Mən buna əminəm. Bir anlığa təsəvvür edin ki, rayonlar üzrə hansı layihəyə, istiqamətə nə qədər pul sərf olunduğuna dair məlumatlar açıq şəkildə İnternetdə yerləşdirilir. Bu zaman nə baş verəcək: tutalım ki, bir rayonda keçirilən satınalmalarda eyni şirkətin 10 dəfə qalib olduğu görünəcək. Dünya praktikasında bir qurumun tenderlərində eyni şirkətin, yaxud eyni şəxsə məxsus şirkətlərin ardıcıl olaraq qalib olması korrupsiya halı kimi qiymətləndirilir. Rayonların hamısında məlumatlar açıqlanarsa, müqayisə imkanı yaranar və insanlar müxtəlif rayonlarda eyni işə fərqli vəsait sərfinin səbəbi ilə maraqlanarlar. Yəni informasiya açıqlığı korrupsiya risklərini minimuma endirəcək ən əsas vasitədir”.
“Yeni Müsavat”
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi