Kim kimi bitirəcək?
"Rusiyada azərbaycanlı diplomatlar arasında gərginlik davam edir.
Qüdsi Osmanovla Vaqif Məmişov və Məşkur Qasımov arasındakı münasibətlər düşmənçilik həddinə çatıb".
Bu barədə Arqument.Az-a ilginc məlumat daxil olub.
Məlumatda bildirilir ki, Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişov və onun birinci müavini Məşkur Qasımovla Azərbaycanın Rusiyadakı səfirinin müavini, Sankt-Peterburqdakı Baş konsulumuz Qüdsi Osmanov arasında münasibətlər yenidən düşmənçilik həddinə çatıb. Belə ki, tərəflər hər yerdə bir-birinə qarşı kəskin münasibət sərgiləyir, bir-birlərindən mediaya və aidiyyati qurumlara kompromat ötürürlər.
Mənbə bildirir ki, Məmişov-Qasımov cütlüyünün Qüdsi Osmanova nifrəti düşmənçilik həddinə çatıb. Baş konsul isə öz növbəsində özü ilə bağlı Azərbaycan medisına kompromatların ötürülməsində, məlumatların və videogörüntülərin yayılmasında bu iki şəxsi günahlandırır.
Məlumatı verən mənbənin sözlərinə görə, vəziyyətdən Rusiyadakı səfirimiz Polad Blbüloğlunun da xəbəri var və Osmanov bu iki şəxsdən dəfələrlə ona şikayət edib. Onun sözlərinə görə, diplomatların münasibətlərinin bu həddə çatması rəsmi Bakının da diqqətini çəkib və hər üç şəxsə qarşı münasibət kəskin dəyişib.
"Diplomatların bir-birinə qarşı savaş açması ölkənin xarici siyasətinə və imicinə böyük zərbə vuracaq deyə Azərbaycan Xarici İşlər Nazirliyi onlarla bağlı ölçü götürməyi planlaşdırır. Böyük ehtimalla onların fəaliyyətinin araşdırılması da gündəmə gələ bilər və bununla bağlı Rusiyanın rəsmi dairələrinə də müraciət ediləcək. Çünki son günlər xaricdəki azərbaycanlı diplomatlarla bağlı qalmaqallar hökuməti ciddi addımlar atmaq məcburiyyətində qoyub", - deyə mənbə bildirir.
Mənbə həmçinin bildirir ki, Peterburq diasporunun qalmaqallı isimlərindən olan Vaqif Məmişovla Məşkur Qasımovun rəsmi fəaliyyətdən başqa, çox yaxın əlaqələri və ortaq fəaliyyətləri var. Bundan başqa, Rusiyada varlı azərbaycanlılardan hesab olunan M.Qasımov və V.Məmişovun Sankt-Peterburqda böyük biznesləri, siyasi dairələrə çıxış imkanları var. Eyni zamanda V.Məmişov (Gürcüstanda doğulub) və Məşkur Qasımov isə (Masallı rayonundandır) Azərbaycanda geniş əlaqələrə malikdir: "Hətta onların hakimiyyətdəki bir sıra məmurlarla yaxın münasibətləri var. Hər iki şəxsin Qüdsi Osmanovla münasibətləri soyuqdur. Ona görə də ilk fürsətdə rəqibi sıradan çıxarmaq, bu kimi olaylarda adını hallandırıb səfirliyin və Azərbaycan hakimiyyətinin gözündən salmağa, birmənalı olaraq karyerasının üstündən xətt çəkmək istəyirlər".
Mənbəmiz iddia edir ki, Qüdsi Osmanovun Rusiyanın hakim dairələrdə olan şəxslərlə ciddi əlaqələri var və rəqibləri üçün hər zaman problem yarada biləcək gücdədir. Ona görə də Vaqif Məmişov və Məşkur Qasımov cütlüyü zamanında bu təhlükəli rəqibdən yaxa qurtamağa çalışırlar. Amma bu məsələ heç də onların düşündüyü qədər asan olmayacaq.
Mövzunu diqqətdə saxlayacağıq.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi