İcra başçısını kim cəzalandırıb? - Sensasiyalı iddia yayıldı

Hərəkətləri əndazəni aşan məmurlara qarşı zaman-zaman həyata keçirilən əməliyyatlardan biri də Xətaidə baş tutub
Məlumatlı mənbələrdən redaksiyaya daxil olan məlumata görə, Xətainin icra başçısı Razim Məmmədov "qara maskalı"lar tərəfindən cəzalandırılıb. Bu haqda redaksiyamıza bilgiləndirən mənbə cəzalandırlmanın konkret səbəbi haqda məlumat verməsə də, hadisənin baş verməsi ilə bağlı israr edir.
Mənbə dediklərinin təsdiqi kimi bir neçə gün əvvəl Xətai rayonunda prezidentin iştirakı ilə açılışı olan tədbirdə Razim Məmmədovun görünməməsini əsas gətirib. Qeyd edib ki, Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binası əsaslı surətdə yenidən qurulması münasibəti ilə açılış törənində prezidenti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müşayiət edib. Adətən belə açılışlarda rayonun icra başçısı da iştirak edir. Amma sentyabrın 12-də 264 saylı məktəb-liseyin açılışında Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini olub. Mənbə iddia edir ki, icra başçısına xəbərdarlıq olunub, onunla profilaktik söhbət aparılıb və özünü yığışdırması tələb olunub.
Xatırladaq ki, qara maskalıların məmurlarla bağlı keçirdiyi əməliyyatlar haqda mətbuatda bir neçə dəfə yazılıb. Məsələn, 2013-cü ildə Zərdabın icra başçısı Lütvəli Babayev, ondan əvvəl isə Hacıbala Abutalıbov "maska-şou” ilə üzləşiblər. 2007-ci ildə belə məlumat yayılmışdı ki, H.Abutalıbov dövlət səviyyəsində ona tapşırılan bir işi yerinə yetirmədiyinə görə, kabinetində qara maskalılar axtarış aparmışdı. Onun seyfindən bəzi mühüm sənədlər və digər bağlamalar müsadirə olunaraq götürülmüşdü.
Zərdabın icra başçısının da belə bir aqibət yaşamasına səbəb kimi Lütfəli Babayevin adının müxtəlif hadisələrdə hallanması, son olaraq isə qardaşı oğlunun avtoxuliqanlığına görə Mingəçevirin polis rəisi ilə qırğına çıxması göstərilirdi.
Qeyd olunurdu ki, L.Babayevin Zərdabda ondan şikayət edən qadını həbs etdirməsi, Mingəçevirdə işlədiyi dövrdə sahibkarın 65 min manatını mənimsəməsi kimi faktlar icra başçısının vəziyyətini ağırlaşdırıb, nəticədə kabinetinə qara maskalılar soxulub. Ona kabinetində əmr edilib ki, hərəkətlərində ölçü-biçili olsun, barəsində yayılan xəbərlərə son qoyulsun və əhalini incitməsin. Əks halda, vəzifəsindən kənarlaşdırılması və hətta həbs edilməsi gündəmə gələcək.
O cümlədən bir neçə iri ranqlı məmurun, bank işçilərinin, deputatların həbsi zamanı da dövlətin gücündən istifadə olunub. 2005-ci ildə iqtisadi inkişaf naziri Fərhad Əliyevə və səhiyyə naziri Əli İnsanova qarşı da oxşar əməliyyatlar baş tutmuşdu.
Razim Məmmədovu dinləməyə, onun mövqeyini çap etməyə hazır;q. /musavat
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi