“Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ
Siyaset
Oxunub: 349
28 may 2020 | 13:00
“Ramili qınamaq yox, onunla fəxr etmək lazımdır” – Millət vəkili Cavanşir Feyziyevlə MÜSAHİBƏ


Millət vəkili Cavanşir Feyziyev Avropa İnsan Hüquqları Məhkəməsində Makuçyan və Minasyanın Azərbaycana və Macarısatana qarşı qaldırdığı iddia əsasında məhkəmənin çıxardığı qərar, habelə zabitimiz Ramil Səfərovun adı ətrafında sosial şəbəkələrdə gedən müzakirələrə münasibətini açıqlayıb. Modern.az həmin müsahibəni təqdim edir.



– Cavanşir müəllim, Avropa İnsan Hüquqları Məhkəməsində Makuçyan və Minasyanın Azərbaycana və Macarısatana qarşı qaldırdığı iddiaya baxılıb. Məhkəmənin qərarını necə qiymətləndirirsiz ?

-Əslində bu iddiaları Makuçyan və Minasyanın timsalında Ermənistan hakimiyyətinin iddiaları kimi başa düşməliyik. Ermənistan hakimiyyəti üzləşdiyi saysız-hesabsız problemlərlə məşğul olmaq əvəzinə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Beynəlxalq aləmdə onların riyakarlığı ifşa olunduqca özlərini yeni bir ampluada, bu dəfə “insan haqlarının müdafiəçisi” kimi qələmə vermək istəyiblər. Avropa İnsan Hüquqları Məhkəməsi isə Makuçyan və Minasyanın müraciətinə baxaraq onların iddialarını rədd edib. Belə də gözləmək olardı.



– Sizcə, ermənilər belə bir iddia qaldırmaqla nəyə nail oldular və ya nəyə nail olmaq istəyirdilər ?

-Çox güman ki, məqsəd Avropa Məhkəməsi kimi beynəlxalq bir qurumda ölkəmizin adını mənfi kontekstdə hallandırmaqla Azərbaycanın imicinə xələl gətirmək olub. Bütün beynəlxalq platformalarda öz çıxışları və hətta görüntüləri ilə gülüş doğuran erməni siyasətçiləri bu dəfə özlərini “insan haqlarının müdafiəçisi” və “etnik zəmində nifrətə qarşı mübarizə aparan bir dövlət” kimi göstərmək istəyirdilər. Amma belə bir iddianın məhz ermənilər tərəfindən qaldırılması özü absurddur. Öz ərazisindən bütün milli azlıqları sıxışdırıb qovmuş, qonşu dövlətin ərazisini işğal edib etnik təmizləməyə məruz qoymuş bir dövlətin vətəndaşları və ya təmsilçiləri fərdi zəmində baş vermiş mübahisə əsasında öldürülmüş bir erməniyə görə 2 dövlətə qarşı iddia qaldırıb. Bu iddia nə qədər absurd olsa da, ermənilərin belə davranışına təəccüb etmirəm, çünki tarix boyu hər addımda erməni hiyləgərliyinin, erməni həyasızlığının şahidi olmuşuq. Bu da həmin sıradan olan növbəti erməni riyakarlığıdır.



– Erməni mətbuatında Avropa Məhkəməsinin qərarını çox ehtiyatla şərh edirlər. Belə çıxır ki, gözlədikləri qərara nail ola bilməyiblər?

- Ermənistan hakimiyyəti bütün fürsətlərdən istifadə edərək, həm öz xalqlarını, həm də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldurlar. Lakin bu dəfə özlərini qalib kimi göstərmək üçün əllərində bir şey yoxdur. Ona görə də bu iddiadan bir şey əldə etmədikləri üçün indi yeni bir təxribat düşünəcəklər.



– Bizim sosial şəbəkələrdə bu mövzu ilə bağlı böyük fəallıq var. Vətəndaşların çoxu Ramil Səfərova haqq qazandırsa da, bəzi vətəndaşlar Ramil Səfərovun hərəkətini qınayır, bunu etməməli olduğunu bildirirlər…

- Qurgen Markaryanın ölümü fərdi səviyyədə baş vermiş bir cinayət hadisəsidir. Ona görə də belə bir fakta görə iki dövlətə qarşı iddia qaldırmaq, hər hansı bir təzminat tələb etmək məntiqsizdir. Lakin hər bir cinayətin motivləri olur. Ramil Səfərovun da öz motivləri vardı və konkret vəziyyətdə bu motivlər başa düşüləndir. Erməni təcavüzünə məruz qalan yaxınlarını itirmiş, öz vətəninin torpaqlarını itirmiş bir zabitin – Ramil Səfərovun on minlərlə soydaşını qətlə yetirmiş bir ordunun, yəni erməni ordusunun zabiti tərəfindən aşağılanması onda affekt halı yarada bilərdi və bu vəziyyətdə artıq o öz hərəkətlərini idarə etmək qabiliyyətindən məhrum ola bilərdi. Hadisə elə belə də baş verib və buna görə də Ramil Səfərovu qınayanlar haqsızdırlar. Ən azı, onlar insan iztirablarını, bir milyona yaxın qaşqın və köçkünümüzün yaşadığı acıları göz önünə gətirərək, zabitimizin davranışına düzgün qiymət verməlidirlər. Ramil Səfərovun törətdiyi əməlin səbəbində dayanan motivlər erməni qəddarlığına məruz qalmış xalqı üçün təəssübkeşlik və onun vətənsevərliyi olub. O bu ədalətsizliyi qəbul edə bilməyib. Buna görə onu qınamaq yox, onunla fəxr etmək lazımdır.



– Bəs onu qınayanlara nə demək istərdiniz?

– Onu qınayanlara nə isə deməyin mənasını görmürəm. Çünki düşünürəm ki, əslində onlar Ramil Səfərovun davranışını anlayırlar. Amma onların məqsədi başqadır. Onlar ölkə üçün, xalq üçün hətta özləri üçün də heç bir faydalı iş görə bilməyən, amma bütün günü sosial şəbəkələrdə oturub yüksək materiyalardan danışmaqla özlərinin yarımçıqlıq kompleksinə qarşı vuruşanlardır. Bir milyon insanın hüquqları, onların yaşadıqları faciələr, ermənilərin son qoyduğu on minlərlə soydaşımızın həyatı bu adamlar üçün sadəcə siyasi alver predmetidir. Amma nə etmək olar. Tarix boyu Ramil Səfərov kimi qəhrəmanlarımız çox olub. Eyni zamanda şəxsi mənafeyi naminə öz xalqının, millətinin maraqlarına xəyanət edən “keçəl həmzələr” də olub. Bunlar da bizim müasir “keçəl həmzə”lərimizdir. Mən onlara heç nə demək istəmirəm, sadəcə öz vicdanları qarşısında cavab versinlər.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi