Parlamentin idmançı deputatları: 66 yaşlı millət vəkili gimnastika ilə məşğul olub - SİYAHI
Siyaset
Oxunub: 354
21 may 2020 | 15:00
Parlamentin idmançı deputatları: 66 yaşlı millət vəkili gimnastika ilə məşğul olub - SİYAHI


Sağlam bədəndə sağlam ruh olar” deyirlər. Azərbaycan hakimiyyətinin qanunverici orqanında – Milli Məclisdə təmsil olunan bəzi deputatlar da bu prinsipi əsas tuturlar.

Deputatların arasında peşəkar idmançılar da, həvəskarlar da var.

Oxu.Az həmin millət vəkillərinin siyahısını hazırlayıb.

Başlayaq Milli Məclisin rəhbərliyindən.

Parlament sədrinin müavini Adil Əliyev idmançı görkəmi ilə fərqlənir. O, cüdo üzrə idman ustasıdır. Əlbəyaxa döyüş növü ilə yanaşı, onun kikboksinq üzrə də nailiyyəti var. Deputat 2008-ci ildə kikboksinq üzrə veteranlar arasında dünya çempionu olub. A.Əliyev eyni zamanda, Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun da idmançı karyerası olub. YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub. S.Novruzov güləş üzrə idman ustasıdır. 1988-ci ildə SSRİ çempionu olub. “Siyasi proseslərə qoşulandan sonra yarışlara çıxmadım. Bu gün də idmanla məşğul oluram, amma çempionatlarda iştirak etmirəm”, - deyə S.Novruzov bildirib.

Milli Məclisin digər deputatı Novruz Aslan idman ustalığına namizəddir. O, həm də bəstəkardır. Vaxtilə cüdo və sambo idman növləri ilə məşğul olub. 12 yaşından idmana marağı olan millət vəkilinin Azərbaycan çempionatında uğurları olub - birinci və ikinci yerlər.

Deputat Ülvi Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İsgəndərov da peşəkar idmançıdır. O, karate-do üzrə 5-ci dan, taekvondo üzrə isə 2-ci dan qara kəmər sahibidir. Eyni zamanda, karate üzrə Avropa çempionu, dünya üçüncüsü, beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adını daşıyır.

Kamilə Əliyeva isə deputat fəaliyyəti ilə yanaşı, elmi işlə də məşğuldur. Kamilə xanım Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin genetika və təkamül təlimi kafedrasının professorudur. Kamilə xanım hündür boyu ilə diqqət çəkir ki, bu da basketbolla məşğul olması ilə əlaqədardır. Deputat 40 yaşına kimi basketbolla məşğul olub.

Parlamentin 66 yaşlı deputatı Sabir Hacıyev də yaxşı fiziki formadadır. Sabir müəllimdən bunun səbəbini soruşduq. O bildirdi ki, peşəkar şəkildə olmasa da, həvəskar kimi idmanı həyat tərzinə çevirib. S.Hacıyev tələbəlik illərində gimnastika və tennislə məşğul olub. Millət vəkili deyir ki, indi də fitnes salonlarının daimi istifadəçisidir.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər