Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi bələdiyyə sədrləri ilə birlikdə müxtəlif qanunsuz işlər həyata keçirir

Nizami Hüseynovla bağlı yeni faktlar üzə çıxdı
Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovun törətdiyi özbaşınalıqlar bütün əndazələri aşıb. Xatırladaq ki, bir müddət əvvəl Sabirabad rayonunun Yenikənd kənd sakini Qanı Cəlilov redaksiyamıza şikayət məktubu göndərərək şöbə rəisinin fəaliyyətindəki qaranlıq məqamlara aydınlıq gətirmişdi. "2011-ci ilin sentyabr ayında Quruzma bələdiyyəsinə müraciət edərək 2000-ci ildən həmin bələdiyyənin keçmiş sədri olan Əliyev Fazil Balaqardaş oğlunun icarəsində olan Yenikənd kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsini subicarəyə götürdüm. Quruzma bələdiyyəsi ilə 15 illik subicarə müqaviləsi bağladım. Bu müqavilə əsasında qoyunçuluğu inkişaf etdirməyə başladım.
Bundan sonra mənimlə ədavəti olan iki nəfər Yenikənd sakini həmin torpaq sahəsini ələ keçirmək məqsədilə Quruzma bələdiyyəsinin keçmiş sədri Fazil Əliyevdən və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovdan müxtəlif dövlət orqanlarına şikayətlər etməyə başladılar. Yazılı çəkişmələr nəticəsində öz vəzifəsini qorumaq üçün Nizami Hüseynov bələdiyyə sədri Fazil Əliyevə təzyiq göstərərək mənimlə bağlanmış subicarə müqaviləsini ləğv etməyi tələb etdi. Beləliklə, Fazil Əliyev Nizami Hüseynovun təzyiqləri nəticəsində mənə subicarəyə verilmiş torpaq sahəsinin boşaldılmasına dair mənim və bələdiyyə üzvlərinin iştirakı olmadan özbaşına qərar verdi. Mən isə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəmə prosesi zamanı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təklif aldım. Təklif bundan ibarət oldu ki, qarşılıqlı razılaşma əsasında Yenikənd ərazisində olan 30 ha torpaq sahəsini boşaldım və bunun əvəzində qonşu kəndin ərazisindən sahibkarlıq fəaliyyətimi davam etdirmək üçün mənə torpaq sahəsi ayrılsın. Çəkişmələrin bitəcəyi barədə mənə təminat verən hər üç şəxsə - icra başçısı, bələdiyyə sədri və Nizami Hüseynova inanaraq razılaşdım. Təklifin icrasını rayon rəhbərliyi və Nizami Hüseynov şəxsən öz üzərinə götürdü. Lakin bu çəkişmələr daha da qızışdı. Nizami Hüseynovun Fazil Əliyevə təzyiqləri artdı. Bu təzyiqlərə tab gətirməyən Fazil Əliyev insult diaqnozu ilə uzun müddət xəstəxanada qaldı", deyə şikayətçi bildirmişdi. Nə yalan deyək, gözləyirdik ki, bu yazılardan sonra Nizami Hüseynov qanuna sığmayan əməllərindən əl çəkib öz işini peşəkarlıqla həyata keçirəcək. Deyir, sən saydığını say, gör Nizami Hüseynov nə sayır. Şöbə rəisinin nə saydığını Şirvan, Salyan, Neftçala, Saatlı, Sabirabad camaatı yaxşı bilir. Əldə etdiyimiz yeni məlumatlara görə, şöbə rəisi təkcə Sabirabad rayon sakini Qanı Cəlilovun hüquqlarını pozmayıb. Belə ki, Salyan rayonu Cəngən kənd sakini Niyaməddin Nağıyev də ədliyyə şöbəsinin rəisi tərəfindən haqsızlığa məruz qalıb. Niyaməddin Nağıyevin bildirdiyinə görə, o, 2011-ci ildə bələdiyyədən ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsi alıb. Əlində ona ayrılan torpağa aid bələdiyyə qərarı da var. Hazırda da evi tikib qurtarıb və orada yaşayır. Amma torpağının sənədini hələ də tam qaydasına sala bilmir: "Həmin vaxt 0.10 ha torpağı mənə 1500 manata dedilər. Sonda 1200 manata razılaşdıq. İlkin olaraq onlara çatası olan büdcə köçürməsinin 600 manatını istədilər, mən də verdim. Söylədilər ki, 600 manatın qəbzini verəcəyik, yerdə qalan 600 manat bizlik deyil yuxarılara çatacaq. Sənədləşməyə lazım olacaq qalığı ödəyəndən sonra biz də sənədlərini qaydaya salarıq. O vaxtdan neçə il keçib. Ancaq bələdiyyə hesabına ödədiyim pulun qəbzini ala bilmirəm. Belə haqsızlıqlarla qarşılaşan təkcə mən deyiləm. Eşitdim ki, bələdiyyə üzvlərinin əlləri aşağıdır və onlar öz adlarına icarəyə götürdükləri 2 ha-lıq əkin sahəsinə təkrar müştəri axtarırlar ki, icarəyə versinlər. Mən də həmin yerə təklif olunan 800 manatı verdim ki, bu əkin sahəsindən üç il, yəni 2015-ci ilin dekabrına qədər istifadə edim. Ora icarə haqqından əlavə 700 manat xərc çəkib yonca əkmişəm. İndi xəbər gəlib ki, yağlı müştəri var və oranı "Nurgün Aqro"ya satırıq. Sənə başqa yerdən torpaq tapıb verərik. Belə də haqsızlıq olar. Oxşar hadisələrə görə son beş ildə bu bələdiyyədə ciddi nöqsanlar aşkarlanıb və nəticədə dörd dəfə sədr dəyişdirilib. Ədliyyə Nazirliyinin Şirvan Regional Şöbəsinin rəisi Nizami Hüseynovun bunların fəaliyyətinə hansı formada və necə nəzarət etdiyi də maraqlı məqamlardan biridir". Bizdə olan məlumatlara görə, şöbə rəisi bələdiyyə sədrləri ilə əlaqəli şəkildə əlverişli torpaq sahələrini müxtəlif yollarla sakinlərin əlindən alıb iş adamlarına satırlar. Nizami Hüseynovun bələdiyyə sədrləri ilə işbirliyi haqda redaksiyamıza bir-birindən ilginc məlumatlar daxil olub. Biz bununla bağlı araşdırmalara başlamışıq. Gələn saylarımızda Şirvan Regional Ədliyyə Şöbəsinin rəisinin gündən-günə çiçəkləyən biznesi və Bakıdakı mənzilləri haqda müfəssəl məlumat verəcəyik.
Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
P.S. Bəs, görəsən, Şirvan Məhkəmə İcraçıları Şöbəsinin rəisi Yasin Ədilov niyə narahatdır? Bu barədə gələn saylarımızda biləcəksiniz.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi