Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir — Deputat
Siyaset
Oxunub: 293
9 may 2020 | 17:20
Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir — Deputat


Ermənistanda faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir
Bunu açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinclə qeyd etdiyi bir gündə, Ermənistanda faşist cəlladının abidəsi önünə əklil qoyulması, bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini bariz şəkildə göstərir:

“Təəssüf hissi ilə qeyd etməliyik ki, sülhsevər bəşəriyyətin 75 il əvvəl üzərində qətiyyətli qələbə çaldığı faşizm ideologiyası bu gün Ermənistanda siyasi ideala çevrilərək təbliğ olunur və yaşadılır. Faşist canilərinin qəhrəmanlaşdırılması bu ölkədə siyasi ənənəyə çevrilməkdədir. Bu isə əslində, Ermənistandakı siyasi rejimin təhlükəli faşizm ideologiyasına əsaslanmasının əyani sübutudur.

“Njde” ləqəbi ilə tanınan məşhur faşist cəlladı Qaregin Ter-Arutunyana 6 metr hündürlüyündə abidənin ucaldılması və qatilin xatirəsinin əbədiləşdirilməsi göstərir ki, Ermənistanda faşist və millətçi ideoloji kursu dövlət siyasəti səviyyəsində müdafiə olunur.
Vətənə xəyanət, həmçinin kütləvi qətllər törətməkdə şübhəli bilinən və buna görə SSRİ məhkəməsi tərəfindən mühakimə edilərək 25 il müddətinə həbs olunan qatil Njdenin hazırkı rejim tərəfindən erməni xalqının “qəhrəman oğlu” kimi təqdim olunması Böyük Vətən Müharibəsində qazanılmış tarixi qələbənin ermənisayağı intepretasiyasıdır.
Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi faktını MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Qarergin Njdeyə quraşdırılan xatirə lövhəsi sökülüb. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyası dairələri tərəfindən xüsusilə pislənilib”.

S.Mikayılova əlavə edib ki, faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına ziddir:

“Dünyada sülhün və sabitliyin qorunması naminə faşizm və millətçilik meyillərinin baş qaldırmasının yolverilməz olması ilə bağlı Prezident İlham Əliyevin çağırışları dünya birliyində birmənalı təqdir olunur və dəstəklənir. Yeni təhlükəli vandal hərəkatının yaradılması meyilləri dünya birliyi tərəfindən birmənalı və qətiyyətlə pislənməlidir, bunun qarşısının alınması üçün dünya liderləri tərəfindən sərt mövqe ortaya qoyulmalıdır”.
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib