Ərdoğanın bu sözünə görə Soylu istefadan vaz keçdi – Gizli danışığın detalları
Siyaset
Oxunub: 337
14 apr 2020 | 19:49
Ərdoğanın bu sözünə görə Soylu istefadan vaz keçdi – Gizli danışığın detalları


Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun istefa verməsindən sonra yaşanan proseslər, onu istefadan imtina etdirən məqamlar açıqlanıb. Bu barədə köşə yazarı Əbdülqadir Selvi yazıb.

Teleqraf.com xəbər verr ki, hökumətə yaxınlığı ilə seçilən yazar qeyd edib ki, Soylu istefa verdikdən sonra Prezident Ərdoğan ona telefon açaraq istefasından vaz keçməsini istəyib.

Yazar əlavə edib ki, tərəflər arasında telefon danışığı aprelin 12-dən 13-nə keçən gecə, saat 01:30-da baş verib. Həmin telefon danışığı zamanı nazir Soylu sıxıntılarını qeyd edib və məsuliyyəti üzərinə götürərək, istefa verdiyini bildirir. Telefonda nazir “biz siyasətçilər gəldi-gedərik, əhəmiyyətli olanı dövlətimizin bundan zərər görməməsidir” deyib.

Prezident Ərdoğan isə Süleyman Soyluya “Bir az səbir, Süleyman, səbir” deyir. Bundan sonra Soylu 2 il əvvəl Trabzonda istefa qərarı verdiyi zaman da ona sahib çıxan prezidentə təşəkkür edir: “Çox sağ olun, bizə sahib çıxdınız, bizi ətrafınıza yığdınız. Həyatımın sonuna qədər sizə sadiq olacağam”.

Prezident Ərdoğan isə nazirə bildirir ki, onun fəaliyyətindən məmnundur. Əlavə edir ki, kritik bir mərhələ var və mübarizə davam edir.

Daha sonra prezident daxili işlər nazirinə deyir ki, hökumətin toplantısında iştirak etsin və özü iclasdan sonra açıqlama verəcək.

Bununla da prezident və nazir arasında telefon danışığı bitir və istefa məsələsi gündəmdən çıxır.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi