Zirvə görüşü İlham Əliyevin Türk dünyasının maraqlarına xidmət edən lider keyfiyyətlərinin göstəricisidir — Mürtəza Bünyadlı
Siyaset
Oxunub: 316
11 apr 2020 | 16:30
Zirvə görüşü İlham Əliyevin Türk dünyasının maraqlarına xidmət edən lider keyfiyyətlərinin göstəricisidir — Mürtəza Bünyadlı


Beynəlxalq təşkilatların koronavirus pandemiyası qarşısında çaşqın qaldığı, özünəqapanma yolunu seçdiyi bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təhdid və çağırışlara zamanında reaksiya verərək Türk Şurasının ilk beynəlxalq təşkilat kimi COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirməsi bir daha onun çevik, cəsarətli, qətiyyətli siyasi iradəyə malik, xalqını və Türk dünyasının maraqlarına xidmət edən parlaq siyasi lider simasını ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü ilə müasir dünya tarixinə də bir ilkə imza atmaqla Azərbaycan dövlətinin XXI əsrdə dünyanın səhiyyə sisteminin koronavirus COVİD-19 pandemiyası qarşısında aciz və rəzil durumda qaldığı zamanda Azərbaycan dövləti və onun lideri belə bir pandemiayaya qarşı beynəlxalq aləmin birgə səfərbər olması istiqamətində real iş ortaya qoydu. Beynəlxalq aləmin səfərbər olub istər mövcud pandemiya, istəsə də post pandemiya dövrünündə qarşılaşacağımız böhrandan çıxmaq üçün mövqeyini ortaya qoydu. Bununla Azərbaycan beynəlxalq aləmin gözləmədən qəfil üzləşdiyi təhdid və çağırışlarda dünya ölkələrini bu ağır böhran vəziyyətindən birgə səylər, əməkdaşlıq nəticəsində çıxmağın münkünlüyünü ortaya qoymuş oldu. Prezident Əliyev beynəlxalq aləmə mesaj verdi ki, birgə səylər və səmimi əməkdaşlıq olmadan üzləşdyimiz böhrandan heç bir dövlət, hətta nə qədər inkişaf etmiş olsa da çıxamsı mümkün deyil. Necə ki, biz bunun şahidi olmaqdayıq. Bu gün dünyanın iqitsadi və səhiyyə cəhətdən ən inkişaf etmiş ölkələri belə koronavirus pandemiyası qarşsında aciz durmdadırlar. Bütün bunları diqqətə çatdırmaqla qeyd etmək olar ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının aprelin 10-da keçirilən Zirvə toplantısı mühüm tarixi əhəmiyyət daşıyır.
İlk olaraq demək lazımdır ki, Türk Şurası dünyada ilk beynəlxalq təşkilat olaraq dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü Türkdilli dövlətlərin kronavirus pandemiyasına qarşı mübarizədə həmrəyliyinin və birgə əməkdalıqda maraqlı olduğunun bariz təzahürüdür. Bu eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizədə birgə töhfə vermənin göstəricisidir.

Azərbaycan Prezidentinin Zirvə görüşündə dediyi kimi əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir: “ Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”.

İkincisi, Azərbaycanın və Türk Şurasının, bu təşkilata üzv ölkələrin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və nufuzunun artmasına xidmət edən amildir.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə də çıxış edərək bildirdib ki, Azərbaycan Türk Şurasına sədrlik etdiyi dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk. “Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”-Azərbaycan Prezidenti qeyd edib.
Üçüncü ən əsas məqmalardan biri post pandemiya dövrünüə hesablanan Zirvə toplantısı kimi dəyərləndirmək lazımdır. Çünki koronavirus pandemiyası dünya iqtisadiyyatını iflic vəziyyətinə saldığından, hazırda dünya dövlətləri, o cümlədən ən inkişaf emtiş ölkələrin iqtisadiyyatı belə çox ağır durumla üzləşib. Dünya iqtisadiyyatındakı mənfi təsirlər istər-istəməz Azərbaycan və Türkdilli dövlətlərin də iqtisadiyyatına hansısa formada öz təsirlərini göstərəcək. Bu baxımdan da indidən qabaqlayıcı addımlar atmaqla üzləşiləcək iqtisadi böhrandan ən az itki ilə çıxmaq yolları aranmaqdadır. Bax, bu baxımdan da biz Azərbaycan prezidenti İlham Əliyevin necə uzaqgörən, müdrik və xalqının xoş gələcəyini düşünüb, onun üzləşəcəyi biləcəyə çətinliklərlə üzləşməməsi və qaçımlaz olacaq böhrandlardan ən minimal itkilərlə çıxmaq istiqamətdə bütün potensialını səfərbər edən siyasi lider kimi qabliyyətinə bir daha şahidlik etmiş oluruq. Çünki İlham Əliyev zaman zaman bu qabliyyətini sübut edib. Dünya ictimaiyəti bird aha buna şahidlik etdi.

Zirvə torplanıtısında çıxış edən Macarstanın baş naziri Viktor Orbanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dedikləri bunun bariz nümunəsidir.
Macarstan baş naziri Viktor Orban bu çətin günlərdə Azərbaycan dövlətinə və onun başçısı İlham əliyevə təşəkkür edəərk bildirib ki, biz bu xeyirxahlığı heç vaxt unutmayacağıq: “Cənab Prezident Əliyevə - mənim əziz dostuma Azərbaycan tərəfindən bizə göstərilən köməyə görə çox minnətdarıq”.

Baş Nazir Viktor Orban qeyd edib ki, pandemiya Avropa iqtisadiyyatına ağır zərbə vurub: “Bir çox Avropa ölkələrinin müəssisələri ağır vəziyyətdədir və bu vəziyyətdə qalacaq. İşsizlik geniş miqyas alıb, problemlər bundan sonra da davam edəcək. Sənayenin müəyyən sahələri çöküb. Avropanın iqtisadi vəziyyəti indi elədir ki, Avropa dövlətləri külli miqdarda kredit götürməyə məcburdur. Böhrandan sonra ölkələrin borcları daha çox olacaq”.
Pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərini və ondan çıxş yolları haqqında danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, koronovirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq və ona görə də bunun fəsadlarının azaldılması üçün ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi vacibdir: “Türk Şurasının bu fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə aramızdakı həmrəyliyi möhkəmləndirəcək.

Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük. Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib”.
Ərdoğan da həmçinin post pandemiya dövrü üçün ciddi hazırlıqlaırn görülməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə təkliflərini verib.

Prezident İlham Əliyev bildirib ki, ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görülüb. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.

Səhiyyə xidmətləri sahəsində əməkdaşlığa gəldikdə İ.Əliyev bildirib ki, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır: “Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir”.

Qeyd edək ki, artıq Azərbaycan post pandemiya dövrünə hazırlıq işlərinə başlayıb və bununla bağlı xüsusi Tədbrilər Planı hazırlayıb. Hazırlanan Tədbrilər Palnının bir qismi artıq indidən realalşdırılmağa başlanılıb. Məqsəd Azərbaycan iqtisadiyyatını mövcud mənfi təsirlərdən qorumaqla aktivliyini təmin etməyə xidmət edir. Azərbaycan iqtisadiyyatının istər koronavirus pandemiyası, istərsə də post pandemiya dövründə sabitliyini qoruyub, saxlamaq, qısa zamanda iqtisadi aktivliyi bərpa etmək üçün 3 milyard manat həcminədək antiböhran büdcəsi formalaşıb. Bu vəsait pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasına yönəldiləcək. Azərbaycan Prezidenti çıxışında bəyan edib ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

Bütün yuxarıda sadladığımız faktlar bir daha Türk Şurasının aprelin 10-da keçirilən Zirvə toplanıtısının indki məqamda necə mühüm əhəmiyyət kəsb etdiyini, təşkilatın beynəlxalq aləmədəki nufuzunun möhkəmlənməsi, Türkdilli ölkələrin koronavirus pandemiyasında həmrəyliyini və buna töhəfə verməsi, ələxüsus da Azərbaycan Prezidenti İlham Əliyevin necə uzaqgörən, qlobal çağırış və təhdidlərə qarşı çevik siaysət yürüdən lider olma qabliyyətini dünyaya nümayiş etdirdi. Zirvə toplantısı İlham Əliyevin bir daha Azərbaycanın, o cümlədən Türk dünyasının milli maraqlarını hər şeydən üstün tutmasını və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə xidmət edən lider keyfiyyətlərini bariz formada sübut etdi.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi