Yeni parlamentə iqtisadçılar lazımdır-Ayaz Qocamanov kimi...
Siyaset / Dunya / Video
Oxunub: 890
22 yan 2020 | 13:54
Yeni parlamentə iqtisadçılar lazımdır-Ayaz Qocamanov kimi...





Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Təşəbbüs hakim Yeni Azərbaycan Partiyasından gəlib. YAP-ın Siyasi Şurası hesab edir ki, Azərbaycan parlamentinin yeniləşməsi Prezidentin apardığı islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir.

Parlamentdə yerlərin yarıdan çoxunun – 68-nin YAP-a aid olduğunu nəzərə alsaq, aydın olur ki, yenilənmə, əsasən, YAP-çı deputatların hesabına baş verəcək. Hakim partiya daxilində Prezident İlham Əliyevin siyasi və iqtisadi kursunun yekdilliklə dəstəkləndiyini nümayiş etdirən gözəl təşəbbüsdür.

Uzun beşilliklər ərzində parlamentdə kürsüyə sahib olan insanlar kürsülərini, deputat statusunun onlara bəxş etdiyi toxunulmazlıqlarını və bir sıra əlavə üstünlüklərini könüllü şəkildə itirməyə razılaşıblar. Bu, Azərbaycan tarixində və siyasətində ilk təcrübədir və alqışalayiqdir.

Alman filosofu Osvald Şpenqler "Avropanın qürubu” əsərində qocalıb əldə düşmüş Avropanın inkişafı üçün "yeni qanın” lazım olduğunu yazırdı. Parlamentimiz yenilənəcək, gəncləşəcək, daha çevik, dinamik və iş qabiliyyətli olacaq, onun sifəti dəyişəcək, daha intellektual, praqmatik, texnokrat olacaq.

Sosial şəbəkələr artıq "Deputat olmaq istəyirəm”, "Məndən yaxşı deputat olar” kimi statuslarla doludur. Sosial şəbəkələrdə artıq 125 yerə CV qəbulu elan edilibsə, deməli, biz Azərbaycan tarixində bir ilk yaşayırıq.

YAP-ın parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi qəfil olsa da, əslində, son vaxtlar baş verənlər fonunda belə bir qərar haradasa gözlənilən idi. Necə ola bilər ki, hakimiyyətin idarəedici qolu yenilənsin, amma qanunverici orqan köhnə qalsın. Axı hakimiyyətin bu iki qolu arasında uyğunluq olmalı, bu qollarda təmsil olunanlar bir-birinin anladığı dildə danışmağı bacarmalıdırlar ki, iş getsin.

Söhbət heç də hər iki qolun ingilis dilində danışmağı bacarmasından getmir. Söhbət eyni yöndə düşünməkdən və fəaliyyət göstərməkdən, eyni dəyərləri bölüşməkdən gedir. İslahtaçı icraedici hakimiyyətlə paralel islahatların mahiyyətini dərk edən islahatçı parlament də lazımdır.



Ölkədə neft gəlirlərinin azalması müşahidə olunur. Təbii ehtiyyatlar əbədi deyil.

Bu baxımdan həm hökumətdə, həm parlamentdə gənc, ixtisaslı iqtisadçıların təmsil olunması vacibdir.

Axı ölkənin gələcəyi üçün qəbul edilən qanunları siyasətçilər, mügənnilər yox, məhz iqtisadçılar qəbul etməlidir.

Boş-boş danışan, danışanda da vətəndaşları qıcıqlandıran deputatların vaxtı ötüb.

Bizə Ağsu-İsmayıllı seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürmüş Ayaz Qocamanov kimi gənclər vacibdir. Təkcə Şirvan eli üçün yox, bütün Azərbaycana.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən bundan əvvəl Milli Məclisdə təmsil olunan deputat etimadı doğrultmadı.

“Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.”

Bu sözlər Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur və əminik ki, Ayaz Qocamanov həm prezidentin, həm dövlətin, həm də seçicilərin etimadını doğruldacaq.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO