ABŞ Paşinyana əvəz axtarır – Mühüm gəlişmə
Siyaset
Oxunub: 420
15 yan 2020 | 11:56
ABŞ Paşinyana əvəz axtarır – Mühüm gəlişmə


MVaşinqtonun yeni Ermənistan planı – ad açıqlandı; Amerika “məxməri” baş nazirin reytinqinin sürətlə “əriməsi”ndən narahatdır – səbəblər…
2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab”da ABŞ-ın rolu haqda kifayət qədər yazmışıq. Bəllidir ki, Vaşinqton – hansı ki, postsovet məkanında ən böyük səfirliyi məhz Ermənistanda yaradıb, – inqilabın qələbəsi və “qərbyönlü” Nikol Paşinyanın hakimiyyətə gəlməsi üçün əlindən gələni edib, o sırada özünə sadiq yerli QHT-lər və KİV-lər vasitəsilə ona hər cür siyasi, təbliğati və maliyyə dəstəyi verib.

Lakin Paşinyan hakimiyyəti ələ keçirən kimi Birləşmiş Ştatları məyus elədi, narazı xalqa verdiyi populist vədləri isə unutdu. Nəticədə Ermənistanda əhalinin sosial-iqtisadi durumu inqilabdan əvvəlki ilə müqayisədə zərrəcə yaxşılaşmadı. Ölkədən əsasən də reproduktiv yaşda olani, əmək qabiliyyətli insanların köçü davam elədi. İqtisadi islahatlar söz olaraq qaldı, xaricdən böyük sərmayələr gəlmədi. Hətta Qərbdəki varlı erməni iş adamları da pullarını Ermənistana yatırmaqdan çəkindilər.

*****

Hazırda yekun həm də odur ki, baş nazir Nikol Paşinyanın reytinqi ən aşağı həddə düşüb – hansı ki, okeanın o tayında da deyəsən diqqət çəkməyə başlayıb. Bu da təzə fakt.

“ABŞ hökuməti erməni baş nazir Paşinyanın apardığı siyasəti və davranışını diqqətlə izləyir. Həmçinin hər ay onun reytinqini analiz edir. Bu işlə də ABŞ-ın İrəvandakı səfirliyi məşğul olur”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə dünən “Qraparak” nəşri yazıb. Erməni nəşrinin iddiasına görə, Paşinyanın reytinq göstəricilərinin pisləşməsi Amerikanı təlaşlandırır.

ABŞ Paşinyana əvəz axtarır – Mühüm gəlişmə


“ABŞ xüsusən də ondan narahatdır ki, reytinq çöküşünün nəticəsi olaraq, Ermənistanda hadisələr Amerika üçün proqnozlaşdırılmayan məcrada inkişaf edər və hakimiyyətə ABŞ üçün arzulanmaz bir fiqur gələr. Ona görə də məqbul variantlar üzərində müzakirə gedir”, – deyə erməni qəzeti öz etibarlı mənbələrinə istinadən qeyd edib. Nəşrin məlumatına görə, Amerika tərəfi üçün ən sərfəli variant baş nazirin müavini Tiqran Avinyanın namizədliyidir.

“İrates” erməni nəşri isə yazıb ki, “artıq çoxdan hamıya göstəriş verilib ki, baş nazirin hər gün azalan reytinqi ilə ciddi məşğul olsunlar”. Əks halda, qəzetin yazdığına görə, bu, işdən çıxarılma ilə nəticələnə bilər. “Saxta və real istifadəçilər sosial şəbəkələrdə baş nazirin hərəkətlərini tərifləməyə başlamalıdır. Ən əsası, bütün mümkün yollarla onun opponentləri neytrallaşdırılmalı və gözdən salınmalıdır. Onlara inqilaba kimi kim olduqları xatırladılmalıdır”, – deyə qəzet əlavə edib.

*****

Erməni mediasında gedən bu qəbildən yazılar maraq kəsb etməyə bilməz. Xüsusən də o kontekstdə ki, ABŞ bir müddət öncə Paşinyanla bağlı illüziyalardan qurtulmuş kimi görünürdü. Nədən ki, inqilabdan keçən 1 il 8 ayda Ermənistan ABŞ-a (Qərbə) bir qarış da yaxınlaşmayıb və bu da Paşinyanın sayəsində olub.

Prinsipcə, “qərbyönlü” Nikol Paşinyanla Rusiya yönlü Serj Sərkisyan və ya hazırda həbsdə olan Robert Köçəryan arasında indi nə fərq var ki? Artıq Birləşmiş Ştatların ümid bəslədiyi baş nazir Paşinyan da Kremlin vassallığını tam qəbul edib. Az qala, hər ay o, Moskvaya sədaqət andı içir. Təkcə and içmir, həm də əməldə forpost Ermənistanı Rusiya orbitində saxlayır və bu asılılığın qalması üçün ciddi şəkildə çalışır. Hətta Moskvanın qəzəbindən yayınmaq üçün Suriyaya Rusiyanın istəyi ilə hərbi-humanitar missiya göndərir – hansı ki, dərhal ABŞ Dövlət Departamentinin kəskin reaksiyasına səbəb olmuşdu.

Gerçəyə qalanda vassal ölkənin indiki rəhbərliyini başa düşmək olar. Məsələ ondadır ki, Ermənistan bütünlüklə Rusiyanın siyasi, hərbi və iqtisadi asılılığındadır. Orada 6-7 minlik rus hərbi bazası var, ölkənin iri müəssisələri silah kreditləri qarşılığında, faktiki, Rusiyanın girovluğundadır, Metsamor AES Rusiyanın hesabına fəaliyyət göstərir, ermənilər Rusiyanın qazını yandırır, Türkiyə və İranla sərhədlərini Ermənistan müstəqilliyini elan edən gündən rus sərhədçiləri qoruyur və s.

ABŞ Paşinyana əvəz axtarır – Mühüm gəlişmə


Pafoslu vədlərlə hakimiyyətə gələn Paşinyan da bu reallıqları görməzlikdən gələ bilməz. Gələ bilmədi də. Yeni hökumətin qəbul elədiyi proqramda Rusiya ilə münasibətlər xarici siyasətin əsas prioriteti elan olundu. Kremlin Avrasiya layihələri olan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT və ya “Rus NATO-su”) əməkdaşlığın gücləndiriləcəyi anons edildi.

Görünür, bütün bunların mükafatı kimi də “Qazprom” işğalçı ölkəyə satdığı təbii qazı bu il bahalaşdırmaqdan vaz keçdi. Hərçənd yekun müqavilə hələ imzalanmayıb. İstisna deyil ki, Moskva bir müddət də Nikol Paşinyanın xarici siyasət kursu ilə bağlı davranışını izləyəcək. Hansı ki, hakimiyyətə gələndən ABŞ və Rusiyaya münasibətdə “iki stul” siyasəti aparmağa cəhd eləsə də, bu siyasət fiasko oldu.

Qərb – ABŞ və Avropa Birliyi açıq mətnlə Paşinyana işarə elədi ki, “yeni Ermənistan” Qərbin ciddi siyasi və maliyyə dəstəyini almaq istəyirsə, ilk növbədə Rusiya orbitindən uzaqlaşmalı, bu fonda isə Qarabağ konfliktinin həllində real addımlar atıb Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmalıdır. Buna isə “Qərbin gizli adamı” Paşinyan cürət eləmədi. İndi – reytinqin aşağı olduğu vaxtda isə ümumiyyətlə, getməz.

****

“Ermənistanın Baş naziri Nikol Paşinyan ən çox ifşa olunmaqdan qorxur. İnsanlıqdan kənar, mənəvi dəyərləri olmayan bir kəs sadə kütləni idarə etmək bacarığı sayəsində krallıq qurdu, özü də taxta əyləşdi. Hamının gözünü yummağı bacardı. Sadə, gözütox, dürüst insan imicini yarada bildi”.

Bu barədə Ermənistanın Tert.am saytı yazıb (Axar.az).

Sayt bildirir ki, məhz yuxarıda göstərilən “saf insan” mifi bu günə qədər Paşinyan və ailəsini dəbdəbəli hökumət evində saxlamağa və həyatdan zövq almağa kömək edir. Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru ətrafındakı mövzuya toxunan sayt daha sonra yazır ki, Artur Vanetsyan (Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru) çox şey bilir və Paşinyanı asanlıqla ifşa edə bilər.

“Vanetsyanın çox şey bilməsi Paşinyan üçün açıq təhlükədir. Əgər o, danışsa və ya heç olmasa, işdən ayrılma səbəbini dilə gətirsə, Paşinyan tərəfindən tikilmiş qum qalası bir dəqiqədən sonra yoxa çıxar. Krallıq batar”, – deyə məqalə müəllifi sonda yazır.

Əlavə edək ki, inqilabın ikinci ildönümü – 2020-ci ilin mayın 8-i Nikol Paşinyan və komandası üçün “hesab günü” sayılır. Qum qalası o vaxta qalacaqmı?.. /Yeni Müsavat/
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı