Niyə deputat olmaq istəyirsiniz? – Cavablara baxın…
Siyaset
Oxunub: 480
7 yan 2020 | 13:36
Niyə deputat olmaq istəyirsiniz? – Cavablara baxın…


Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq namizədlərin irəli sürülməsinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 456 şəxsin namizədliyi təsdiqlənib.

Maraqlıdır, ayrı-ayrı peşə sahibləri, nüfuzlu və ya sıravi vətəndaşlar niyə deputat olmaq istəyirlər?

Modern.az bu sual ətrafında deputatlığa namizədlər arasında sorğu keçirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cəmiyyətimiz, millətimiz və xalqımızla bağlı çoxlu ideyalarının olduğunu söyləyib:

“Bunun həyata keçirilməsi üçün ən yaxşı vasitə məhz parlamentdir. Qanunvericilik təşəbbüsü məhz parlamentə məxsus olduğuna görə, biz cəmiyyətin inkişafı, milli problemlərin həllinə kömək edəcək qanunların təklifinə başlamalıyıq. Ona görə, mən partiya sədri kimi xalq üçün reallaşdırmaq istədiyim fikirləri Azərbaycan qanunları çərçivəsində reallaşdırmağı məqsədəuyğun hesab edirəm”.

Beşinci Çağırış Milli Məclisin deputatı Vahid Əhmədov 15 ildir Quba camaatını Milli Məclisdə təmsil etdiyini xatırladıb:

“Bu müddət ərzində rayonda, eləcə də ölkə üçün xeyli iş görülüb. Bundan sonra da yarımçıq qalan – işlərimizi davam etdirməyi düşünürəm. İnsanlar da bunu dəstəkləyir”.  

Təhsil eksperti Kamran Əsədov isə öncə doğulub boya-başa çatdığı rayonun problemlərini sadalayıb:

“Mən Nefçalada doğulub, böyümüşəm. Kəndimizdə nə uşaq baxçası var idi, nədə ki, məktəb. Bunlar üçün 10 kilometr uzaqda olan qonşu kəndlərə gedirdik. 2003-c ildə orta məktəbi bitirib, təhsil almaq üçün Neftçaladan çıxdım. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, 2009-cu ildə magistr, 2015-ci ildə BDU-nun Azərbaycan tarixi kafedrasını Vətən tarixi üzrə doktoranturanı, 2018-ci ildə MEA-nın Tarix institutunun Qafqaz ölkələri tarixi şöbəsinin doktorantura pulləsini bitirdim, orta məktəblər üçün tarix dərsliklərinin müəllifi oldum. Bu illər ərzində Neftçalaya gedəndə orada heç bir inkişaf, dəyişiklik görmədim. Hər dəfə rayona gedəndə insanların problemlərini deməyə deputatlarını görmədiklərini, məmurların onlara xidmət etmədiklərini eşitdim, gördüm. Digər tərəfdən isə ölkədə təhsilin inkişafı üçün qanunvericilik bazasının formalaşmasında müəyyən çatışmazlıqların olduğunun şahidi oldum. Hələ də içməli su, işsizlik ilə bağlı problemlər qalmaqda davam edir. Əsas məsələ, bizim kənddə yenədə məktəb, bağça, kitabxana, poçt yoxdur. Kənd və qəsəbə daxili yollar bərbad vəziyyətdədir, hələ də qəzalı vəziyyətdə olan məktəblər var, qazlaşma ilə bağlı rayonda problemlər mövcuddur. 80 mindən çox əhalisi olan, 50 dən çox yaşayış məntəqəsi olan Neftçala kəndlərində bankomat yoxdur. Kəndlilər təqaüdlərindən pul çıxarmaq üçün rayon mərkəzinə, qonşu kəndə gedirlər. Kəndlərdə baxçaların olmaması uşaqların normal inişafına maneə yaradır. Rayon üzrə cəmi 16 uşaq bağçası var ki, bu da bağça yaşlı uşaqların yalnız 4 faizini əhatə edir”.

Kamran Əsədov qətiyyətlə vurğulayıb ki, insanlara dəstək verməyi özünə borc bilir:

“Neftçalalıların mövcud problemlərinin həllində mənim dəstəyimə ehtiyacları var. Mən deputat mandatı uğrunda mübarizə aparmıram, mən ölkə Prezidentinin siyasətinin yerlərdə tam şəkildə həyata keçirilməsini təmin etmək üçün, ölkəmizin, rayonumuzun inkişafı, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi üçün bu marafona qoşulmuşam. Neftçalalıların dərdini dinləyəcək, onlara yol göstərəcək, onların içindən çıxmış birinə ehtiyacları var. Hesab edirəm ki, bilik və bacarıqlarım, təcrübəm həm ölkəmizin, həm təhsilimizin, həm də Neftçalamızın inkişafına xidmət edəcək. Mən bunu edə biləcək kompitensiyaya malikəm. Mənim deputat olmağım məndən çox ölkəmiz, dövlətimiz, Neftçalamız üçün faydalı olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə səbəblərini bu cür ifadə edib:

“Bir şəxs tək namizədliyini irəli sürdüyü dairənin deputatı seçilmir, millət vəkili seçilir. İndiyə qədər millət üçün etdiyimiz işlərin davamı üçün namizədliyimi irəli sürdüm”.

Demokratik İslahatlar Partiyasının sədri, beşinci çağırış Mİlli Məclisin deputatı Asim Mollazadənin isə əsas məqsədi müasir, demokratik Azərbaycandır:

“İslahatların davamı, bunun nəticəsində qüdrətli Azərbaycan dövlətinin formalaşdırılması əsas niyyətimizdir. Azərbaycanın ərazi bütövlüyü və güclü dövlət kimi inkişafı hər bir vətəndaşın istəyi olmalıdır. Əsl deputat məhz dövlətinə sədaqətlə xidmət etməlidir”.

Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı növbəti çağırışda deputat seçiləcəyi təqdirdə siyasi proseslərdə yeni hədəflərinin olmadığını söyləyib:

“Mənim hədəfim güclü, demokratik, bütöv Azərbaycandır. Bu amala partiya sədri kimi illərdir xidmət edirəm. Bu xidmətimi yenidən deputat seçilsəm, davam etdirəcəyəm”.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi