Öz dövlətçilik təhlükəsizliyinə təhdid yaradan Ermənistan — Mürtəza Bünyadlı
Siyaset
Oxunub: 414
20 dek 2019 | 17:43
Öz dövlətçilik təhlükəsizliyinə təhdid yaradan Ermənistan — Mürtəza Bünyadlı


Nikol Paşinyan ölkənin təhlükəsizlik orqanlarının yaranma günü ilə bağlı keçirilən toplantıda Ermənistanın təhlükəsizliyinin güclü və etibarlı əllərdə olması olması barədə gurultulu bəyanatla çıxış edib.
Paşinyan bəyan edib ki, ölkənin təhlükəsizliyi ən yüksək səviyyədə həll olunub və heç kimsə Ermənistan və Qarabağa təhlükə yarada bilməz. “Bizim təhlükəsizliyimiz məhkəm və etibarlı əllərdədir”, - deyə Paşinyan qeyd edib.

Ermənistanla azdan-çoxdan maraqlanan insanlar da Paşinyanın bu bəyanatını qeyri-ciddiyə alırlar. Bəlkə Paşinyan və Ermənistana rəhbərlik edən şəxslər özləri də bu yöndə səsləndirdikləri fikirlərin boğazdan yuxarı olduğunu yaxşı anlayırlar.

Müstəqil bir dövlətin özünün təhlükəsizliyini təmin etməsini şərtləndirən bir neçə əsas şərt var. Bunların ən birincisi müstəqil dövlərin təhlükəsizliyi onun Silahlı Qüvvələri tərəfindən təmin olunmasıdır. İkinci əsas faktor isə iqtisadiyyatdır. Çünki iqtisadi gücü olmayan dövlət digərindən asılı vəziyyətə saldığından ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Bu iki fakt Paşinyanın Ermənistanın daxili imkanlar hesabına öz təhlükəsizliyini təmin etməsi barədə səsləndirdiyi fikirlər alt-üst etməyə yetər.
Keçək faktlara, əgər bir müstəqil dövlətin sərhəddini başqa bir dövlət mühafizə edirsə, ümumiyyətlə onun tam müstəqil dövlət olması anlayışı absurddur. Beynəlxalq praktikaya, diplomatiyaya və hüquqa əsasən belə bir dövlət tam müstəqil yox, yarımmüstəqil, daha doğrusu vassal ölkə hesab olunur. Bu gün Ermənistanın xarici dövlətlərlə - Türkiyə, İran, Gürcüstanla sərhəddi Rusiya sərhədçiləri tərəfindən mühafizə olunur.

İkinci bir fakt. Bu gün Ermənistanın hava və quru məkanı da özü tərəfindən deyil, Rusiya tərəfindən mühafizə olunmaqdadır. Ermənistanın istər hava-hücumundan müdafiəsi, istərsə də quru sərhədlərinin mühafizəsi Moskva ilə İrəvan arasında imzalanmış sazişlərdə öz əksini tapıb.

Belə ki, 2015-ci ilin dekabrın 23-də Moskvada Rusiya ilə yüksəksəviyyəli bir sıra hərbi sazişlər imzaladı. Bunlardan biri “Qafqaz bölgəsində Rusiya ilə Ermənistan arasında birgə kollektiv hava hücumundan müdafiə sistemi haqqında” saziş imzalanıb. İmzalanmış sazişdə Rusiya Ermənistanın hava məkanın müdafiə etməsi, hərbi növbətçiliyi həyata keçirmək, lazımi hərbi texnika və canlı qüvvə ilə təmin etmək, eyni zamanda uçan obyektlərinin vurulması kimi müddəalar öz əksini tapıb. Adı çəkilən saziş Ermənistanda icra olunmaqdadır.

2016-ci il məlum aprel döyüşlərindən sonra Ermənistan öz təhlükəsizliyinin müdafiəsinin çox kövrək olduğunu anladığından təcili olaraq Rusiya ilə birgə silahlı qüvvələr yaratmaq haqqında saziş imzalamasına nail oldu. 2016-ci ilin noyabrın 30-da Moskvada Rusiya ilə Ermənistan arasında “Birləşmiş qoşun qruplaşması yaratmaq haqqında” saziş imzaladılar.
Ermənistanın o zamankı müdafiə naziri Vigen Sarkisyan imzalanmış sazişi şərh edərək deyib ki, sözügedən birgə qoşun qruplaşmasına hazırda Ermənistan ərazisində mənzillənən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxil olacaq.

Nazir Rusiya-Ermənistan birgə qoşun qruplaşmasının Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində istifadə olunmasının qanuni əsasını təmin edəcəyini bildirib.

“Ermənistana qarşı sui-qəsd zamanı Gümridə yerləşən Rusiya hərbi bazası da müdafiə işinə cəlb edilməlidir, bunun isə qanunvericilik əsasları olmalıdır. Hazırkı halda qanunvericiliyin əsasını bu beynəlxalq saziş təşkil edir”, - Vigen Sarkisyan deyib.

Biz bura Gümridəki Rusiyanın 102-ci diviziyasını da əlavə etsək, o zaman Ermənistanın hərbi “qüdrəti”nin hansı formada təşkil olunduğunu görə bilərik.
Ermənistanın iqtisadiyyatının, xüsusən də mühüm dövlət əhəmiyyətli strateji iqtisadi obyektlərinin 80 faizə yaxınının Rusiyanın nəzarətində olmasını nəzərə alsaq, o zaman Paşinyanın dediklərinə və Ermənistanın necə müstəqil olub-olmadığını sübut etməyə ehtiyac qalmayacaq.

Bir dövlət iqtisadi cəhətdən müstəqil deyilsə, iqtisadiyyatın idarəolunması başqa bir ölkədən asılıdırsa, onu necə müstəqil dövlət hesab etmək olar. Bir dövlət iqtisadi cəhətdən zəif ola bilər, ancaq öz resurslarına, xüsusən də strateji obyektlərinə özü nəzarət etməlidir. Bu müstəqil dövlət olma və müstəqil iqtisadi siyasət yürütmənin əsas şərti olduğu kimi, müstəqil dövlətın əsas anlayışlarından biri hesab olunur.

Bir dövlət iqtisadi və hərbi cəhətdən qüdrətli deyilsə, başqa ölkənin tam asılılığlndadırsa, ona müstəqil dövlət deyil, vassal, forpost ölkə deyilir. Beynəlxalq hüquq və prinsiplər də bunu deyir. Bu gün Ermənistan beynəlxalq hüquq prinsiplərinə əsasən müstəqil yox, vassal və forpost dövlət statusundadır.
Belə olan halda Paşinyanın bəyanat vassal, forpost ölkənin thəlükəsizliyinin başqa dövlət tərəfindən təmin olunduğunu desəydi daha yaxşı olardı. Bəlkə də, o elə sətiraltı mənada bunu deyib. Elə Paşinyanın bəyanatını belə anlamaq daha məqbul variantdır.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi