Niyə hamı deputat olmaq istəyir? – ŞƏRH
Siyaset
Oxunub: 427
10 dek 2019 | 12:21
Niyə hamı deputat olmaq istəyir? – ŞƏRH


Əhməd Qəşəmoğlu: “İnsanlarımızda belə bir psixologiya da var, harada asan və çox pul qazanmaq imkanı varsa, oraya can atırlar”
Azərbaycanda Milli Məclis buraxıldı və 2020-ci ilin fevral ayının 9-da növbədənkənar seçkilər elan edildi. İki ay sonra vətəndaşlar səsverməyə gedərək özlərinin yeni millət vəkillərini seçəcəklər. Müşahidələr isə ritorik bir deyimi ortaya çıxarıb – deyəsən, bu dəfə namizədin sayı seçicidən çox olacaq…
Artıq ictimai-siyasi rəydə tanınan şəxslər, cəmiyyətdəki nüfuz sahibləri arasında deputatlığa namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Digər tərəfdən, sosial şəbəkədə də bir çox gənc fəalların, ziyalı kəsimin, həmçinin bloger və jurnalistlərin, xeyli sayda sıravi şəxslərin deputatlıq arzusunda olduğunu müşahidə edirik. Bu özlüyündə müsbət tendensiya olsa da, iddia edənlərin heç də hamısı deputatlığa , bu missiyanı layiqincə həyata keçirməyə hüquqi savadı və təcrübəsi çatmayanlardır. Bəs görəsən, ötən bir neçə parlament seçkilərindən fərqli olaraq bu dəfə sadə xalq arasından deputatlıq iddiasında olanları sayı niyə bu qədər çoxdur?
“Yeni Müsavat”a açıqlamasında bu durumu dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, deputatın vəzifələri ilə bağlı təsəvvür aydın deyil:
“İndiyə qədər bizim insanlar görüblər ki, hər cür adamdan deputat ola bilər. Bu insanlar deputatlığın meyarlarını bilmirlər. Deputat elə adam olmalıdır ki, natiq olsun, gözəl danışa bilsin, təşəbbüs irəli sürə bilsin, təkliflər səsləndirsin, seçicilərini təmsil edə bilsin, qanunvericiliklə bağlı işlər görə bilsin. İnsanlar gözünü açdıqda görsəydi ki, deputatlıq çox ciddi meyarlar, çox böyük savad və təcrübə tələb edir, o zaman çoxları bilərdi ki, ondan deputat olmaz. Bir dəfə adi bir məktəb direktorunu çox böyük bir vəzifəyə gətirdilər, ondan sonra onun ətrafındakı məktəb direktorları hamısı təəccüb etdi ki, ondan deputat olursa bizdən də olar. Vətəndaşlar görür ki, müğənni belə mandat alır, illərlə orada oturur, yaxşı maaş alır”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, bizim insanlarımızda belə bir psixologiyada da var ki, harada asan və çox pul qazanmaq imkanı varsa, oraya can atırlar:
“Necə ki, müğənnilərin yaxşı qazanmasını görən əksər gənclər şou-biznesə üz tutmaq istəyirlər. İnsanların müxtəlif peşələrlə bağlı həm təsəvvürü yaxşı olmalıdır, həm də bu sahədə əmək bölgüsü və maaşlar elə olmalıdır ki, insanlarda məsuliyyət olsun. Sovet dövründə hüquq və tarix fakültələrinə axın ona görə var idi ki, oranı bitirib vəzifə sahibi olmaq istəyirdilər. İnsanlar görür ki, deputat onun maaşından 10 dəfə artıq alır, o adam da can atacaq ki, deputat olsun və ümid edir ki, tutar. Deputatın vəzifələri ilə bağlı təsəvvür aydın deyil, həmçinin onların maaşı və həyat tərzi cəlbedicidir. Ona görə də insanlar daha çox buna can atırlar”.
Ə.Qəşəmoğlu onu da vurğuladı ki, son islahatlardan sonra cəmiyyətdə dəyişikliklərə inam artıb və bu aktivlik həm də ondan qaynaqlanır:
“Artıq insanlar hiss edir ki, dəyişiklik gedir, kadr islahatları başlayıb, vəzifələrə daha çox gənclər gətirilir. Ona görə də cəmiyyətin ən aktiv təbəqəsi olan gənclər də düşünür ki, yaxşı dövrdür, gənclərə diqqət artıb, bu situasiyadan bəhrələnərək uğur qazana bilərlər”.
Cəmiyyətdə gedən müzakirələrdən o da bəlli olur ki, mandat qazanmağa nail olmayacağını bildiyi halda insanın deputatlıq iddiasına düşməsi heç də səbəbsiz deyil. Bir çoxları real, imkanlı namizədlərin dairəsindən qatılaraq, onlardan müəyyən maddi vəsait və ya imtiyaz əldə edərək geri çəkilmək, seçkidə uduzmasını təzyiqlərlə, digər neqativ səbəblərlə əsaslandırıb Avropa Məhkəməsinə müraciət etməklə oradan təzminat qazanmaqdır. Bu isə onu deməyə əsas verir ki, deputatlığa iddialı şəxslərin heç də hamısı bu mandatın hansı vəzifələri olduğunu dərk etmir. O mənada seçicilər səslərindən istifadə edərkən diqqətli olmalı, təsadüfi şəxslərin parlamentə düşməsinə imkan verməməlidirlər. İddiaçıların bu qədər çox olması həm də onu deməyə əsas verir ki, bu seçkilər daha aktiv keçəcək və seçici iştirakçılığı da yüksək olacaq.
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA