Qarabağ vasitəçiliyi uğrunda informasiya müharibəsi
Siyaset
Oxunub: 1 228
8 avq 2015 | 07:30
Qarabağ vasitəçiliyi uğrunda informasiya müharibəsi




















Xəbər verildiyi kimi, bugünlərdə Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) sifarişi ilə Azərbaycanda əhalinin bu ölkəyə münasibətini öyrənmək üçün sosioloji sorğu keçirilib. Sosioloji araşdırma kifayət qədər maraqlı nəticələr üzə çıxarıb. Sorğu nəticəsində Azərbaycanda ABŞ-ın nüfuzunu xeyli itirdiyi məlum olub

Təhqiqat göstərib ki, Azərbaycanda sadə insanlar Birləşmiş Ştatları dünya nəhəngi statusuna iddia edən, eyni zamanda başqa dövlətlərin daxili işlərinə qarışan, öz maraqlarını güdən dövlət hesab edirlər. Müəlliflərə görə, bu nəticə Rusiyanın apardığı təbliğatın birbaşa nəticəsidir.

Doğrudur, bir çox analitiklər Azərbaycanda keçirilən istənilən rəy sorğusunun nəticələri şübhə doğurduğundan, son sorğunu da yetərincə etibarlı saymamağın tərəfdarıdır. Bununla belə, əksəriyyət o qənaətdədir ki, tam obyektiv sorğu keçirilsəydi belə, Azərbaycanda ABŞ-ın reytinqinin yenə yüksək olmadığı bəlli olardı ki, bunun da bir neçə köklü səbəbi var və onların arasında Qarabağ amili öndə gəlir.

İş ondadır ki, Azərbaycan cəmiyyətinin xarici dövlətlərə münasibətinin formalaşmasında ən əvvəl həmin ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe əsaslı rol oynayır. Konkret olaraq Vaşinqtonun münaqişənin alovlanmasında, Azərbaycan ərazilərinin işğalında rolu olmasa da, problemin həlli prosesində tutduğu neytral mövqe, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyması Azərbaycan toplumunda heç vaxt rəğbətlə qarşılanmayıb və indi də qarşılanmır.

Üstəgəl, vaxtilə ABŞ “Azadlığı Müdafiə Aktı”na “işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz, indiyə qədər də ləğv edilməyən ”907-ci düzəlişi" qəbul edib və hər il Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırır. Halbuki belə bir lütfkarlıq nə Abxaziya və Cənubi Osetiya, nə də Dnestryanı bölgə və Krım separatçılarına əsla göstərilmir, əksinə, onlara qarşı sərt sanksiyalar mövcuddur. ABŞ və Avropa Birliyi hətta Krımda istehsal edilən istənilən məhsula embarqo qoyub.

Məsələdə şübhə yox ki, İslam (türk) amili də özünəməxsus yer tutur. Təbii ki, bütün bunları Azərbaycan vətəndaşları illərdir görür və yadda saxlayırlar. Eyni zamanda düşünürlər ki, belə bir ölkə Dağlıq Qarabağ məsələsində ədalətli münsif ola bilməz. Azərbaycan insanı həmçinin, Rusiyanın ədalətinə də bel bağlamadığından narahatdır ki, münaqişə tam olaraq Qərbin, ABŞ-ın patronajlığı altına keçsə, Azərbaycanın xeyrinə yaxşı bir şey dəyişməz.

***
Cəmiyyətimizdə ABŞ-a qarşı belə bir neqativ ovqatın hökm sürməsi əlbəttə ki, ən əvvəl Rusiyaya sərf edir. Həm də o səbəbə ki, Birləşmiş Ştatlar demokratiya, azadlıq uğrunda mübarizə aparan xalqlar üçün bir müttəfiq, simvol hesab olunur və stimul rolundadır. Bu mənada Rusiya və ABŞ-ın Qarabağ vasitəçiliyi uğrunda informasiya savaşı içində olduğu da gözardı edilə bilməz. Əfsus ki, bu savaş münaqişənin həlli yox, ona nəzarət uğrunda gedən mübarizdədir və rəsmi Bakı bu reallığı daima diqqətdə saxlamaq zorundadır.

O ki qaldı kimin - Rusiyanın, yoxsa Birləşmiş Ştatların və ya Avropa Birliyinin daha ədalətli münsif olmasına, bu, ilk növbədə Azərbaycan xalqının onlara etimad göstəricisindən asılı olacaq. Yüksək etimad göstəricisinin başlıca meyarı isə bu güc mərkəzlərinin nə dərəcədə beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının, digər mötəbər qurumların Dağlıq Qarabağa dair qəbul elədiyi sənəd-qətnamələrə hörmət bəsləməsi olacaq.

Əsas Qarabağ testi də elə budur. Ayrı sözlə, ən yaxşı və obyektiv vasitəçi beynəlxalq hüquqa hörmət edən vasitəçidir.

***
Hələ ki nə Rusiyadan, nə də ABŞ-dan həmin qətnamə və sənədlərə yetərli sayğı görmürük. Düzdür, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hər il hazırladığı hesabatda Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğal edildiyi qeyd olunur, həmçinin, bu ilin mayında Dağlıq Qarabağda qanunsuz “parlament seçkiləri”nin keçirilməsini rəsmi Vaşinqton pisləyib.

Ancaq o da var ki, Azərbaycan ərazisindəki separatçı rejimə hər il yardım ayıran da ABŞ-dır. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin hazırladığı altı elementdən ibarət həll modeli təklifi isə separatçılara nə vaxtsa öz müqəddəratını təyinetmə haqqı tanıyır ki, bu da əslində nə vaxtsa Azərbaycan torpaqlarında faktiki surətdə ikinci erməni dövlətinin yaradılması deməkdir.

Azərbaycan üçün məsələnin ən qəliz tərəfi də zatən, üç həmsədr dövlətin gizli ermənipərəstliyi ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə onların barmaqarası baxmasıdır. Elə indinin özündə ABŞ-ın dövlət katibi (xarici siyasət idarəsinin başçısı) Con Kerri ermənipərəst biri kimi tanınırsa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov (əsl soyadı Kalantarov) öz kontoruna erməniləri doldurubsa, üçüncü həmsədr - dünyanın ən böyük erməni lobbisinin yaşadığı, Ermənistanı “kiçik bacı” adlandıran Fransa dövləti isə məsələdə daima və açıqca erməni maraqlarından çıxış edirsə, artıq şərhə ehtiyac qalmır yəqin ki/musavat.com/.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib