"Əli İnsanovun pulunun hesabına müxalifətdəki ömürlərini uzatmaq istəyirlər" — Deputat
Siyaset
Oxunub: 574
7 noy 2019 | 17:44
"Əli İnsanovun pulunun hesabına müxalifətdəki ömürlərini uzatmaq istəyirlər" — Deputat

“Azərbaycan cəmiyyəti son 25 ildə müxalif düşərgədə Əli İnsanov kimi çox “qəhrəmanlar” görüb. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra etimad edib yüksək vəzifələrəçəkdiyi, lakin etimadı doğrultmadığı üçün tutduqları kresloları itirərkən necə radikal, “millət qəhrəmanı”, “millət fədai”lərinin çox şahidi olmuşuq”.
Bunu açıqlamasında deputat Rüstəm Xəlilov deyib.

Onun sözlərinə görə, hələ Ümummil lider Heydər Əliyev o zaman çıxışlarında dəfərlərlə deyib ki, etimadı doğrultmayan, rüşvət, korrupsiyaya bulaşan, öz vəzifə borcunu yerinə yetirməyib, şəxsi mənfəəti üçün çalışan nazirləri, məmurları işindən çıxaran kimi tez müxalif düşərgəyə qaçaraq özlərini bir anın içində müxalifətə keçərək, demokrat kimi qələmə veriblər.

“Ulu Öndər hələ onda deyirdi ki, necə olur vəzifədə olanda yırtıcı olursan, vəzifədən gedəndə demokrat, qanun keşikçisi... Məmurları anladım, amma müxalifəti anlaya bilmirəm. Bir yandan özlərini demokrat adlandırırlar, digər tərəfdən korrupsioner, rüşvətxor məmura qucaq açırlar. Bunun bir adı var;- prinsipsizlik, tutduğun yola xəyanət”.

Bax, Ulu Öndərin dediyi kimi biz bu ötən müddətdə müxalifətin tutuduğu yola xəyanətinin daimi şahidi olmuşuq, Rəsul Quliyevin, Lalə-Şövkət Hacıyevanın və digərlərinin simasında çox görmüşük. Özlərini müxalifət liderləri adlandıran şəxslərin Ulu Öndərin dediyi kimi, vəzifədən çıxarılan şəxslərin hansı düşüncə sahibi olmasına deyil, maddiyatına olan vurğunluğuna görə, onlara qucaq açıb. Onlar demokratiya, müxalifət adından istifadə etməklə həmin keçmiş məmurların maliyyəsini qoparmaqla özlərinə yaxşı şərait yaradıblar. Məhz ona görədir ki, bu gün Əli Kərimlinin xarici banklarda milyonlarla vəsaitinin olması barədə mediada yazılar gedir. Bir zaman onlar Rəsul Quliyevin və digərlərinin maliyyəsinə göz dikib xeyli varlandırlar. Rəsul Quliyev sonda adı çəkilən müxalifətçilərin başına nə üçün yığışdığını gördükdə, onlardan qaçdı. İndi isə bu şəxslər Əli İnsanova kəmənd atıb maliyyəsindən yaralanmaq istəyir. Eyni zamanda onun hesabına müəyyən müddət müxalifətdə ömürlərini uzatmaq istəyirlər. Özü də Əli Kərimli ilə Arif Hacılı Əli İnsanovun pulunu başqalarına vermək niyyətində deyil, özləri yemək istəyir. Ona görə də daha dar çərçivədə əməkdaşlığa üstünlük verirlər”- deputat bildirib.

O, əlavə edib ki, onların fəaliyyəti heç də həqiqi müxalifətçilik deyil, öz şəxsi planlarını həyata keçirməkdir.
“Əli İnsanovdan ikinci İbrahimbəyov obrazı yaratmaq planı da fiaskoya uğrayacaq. Çünki bu gün Azərbaycan cəmiyyəti Əli İnsanovu “iqnor” edir və qəbul etmir.
İnsanovun məqsədi heç də Azərbaycanın inkişafı deyil. Qisasçılıq hissi onu müxalif düşərgəyə getməyə vadar edib. Bəzi müxalifət partiyaları da ondan “lider” obrazı yaratmağa çalışır. Lakin elə həmin müxalifətçilər düşüncələrində yanılacaqlar. Elə İnsanov da onlara qoşulmaqda yanılacağını görəcək. Ona görə də Əli İnsanov Rəsul Quliyev, Rüstəm İbrahimbəyov kimi həmin şəxslərin iç üzünü görüb, iyrənərək onları tərk edəcək. Zaman gələcək elə onu bu gün keçirdikləri tədbirlərdə başa dəvət edənləri ən sərt formada tənqid edən Əli İnsanov olacaq”-deputat bildirib.
Xəlilov onu da əlavə edib ki, xalq onsuz da bu qüvvələri qəbul etmir:

“Bunu zaman sübut etdi. Onların taleyinə müxalifətdə çürümək yazılıb. Bir zamandan sonra elə onların ətrafındakılar onları uğursuzluq labirintinə sürüklədiyi üçün linç edəcəklər. Ölkə ictimaiyyətinin böüyk bir qismi, o cümlədən bəzi konstruktiv müxalifət, ölkənin inkişafını istəyən siyasi qüvvələrə Azərbaycanın gələcəyini Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevada gördükləri üçün onun ətrafında birləşib, uğurlu gələcəyimiz üçün ona dəstək verirlər”.

Deputat sonda bir məqama diqqət edərək bildirib ki, müxalifət düşərgəsinin təmsilçilərinin ölkədəki proseslərə hansı destruktiv münasibət bəsləməsindən asılı olmayaraq, onlar ən dar məqama düşdükdə ölkə başçısı humanizm prinsiplərinə sadiq qalaraq onlara hərtərəfli dəstək verib.

“Elə hakimiyyətə çox sərt münasibəti ilə seçilən və icazəsiz aksiyalarda iştirak edib, insanları hakimiyyətə qarşı itaətsizliyə dəvət edən Oqtay Gülalıyev keçirdiyi qəza nəticəsində səhhətindəki problemlə bağlı ona ilk dəstək verən ölkə başçısı və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva oldu. Onun müalicəsi ilə bağlı bütün məsuliyyəti üzərinə götürərək, hətta onun müalicəsini davam etdirmək üçün xüsusi təyyarə ilə Ankaraya göndərdi. Bunu xalq görür və ona görə də rəhbərinin ətrafında sıx birləşir. Belə radikal ünsürlərə isə cəmiyyətdə yer yoxdur və olmayacaq da...”.
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi