Hansı icra başçısı qəbul günlərində dəyişiklik edib? - Qapılar vətəndaşların üzünə açılıb?
Siyaset
Oxunub: 609
6 noy 2019 | 20:19
Hansı icra başçısı qəbul günlərində dəyişiklik edib? - Qapılar vətəndaşların üzünə açılıb?

Bir neçə gün əvvəl Xaçmaz rayonu İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayev qəbul günlərində dəyişiklik edib.

Belə ki, Elnur Rzayev qəbul günlərini ləğv edib, artıq iş günlərində icra hakimiyyətinə gələn hər bir vətəndaş icra başçısı tərəfindən qəbul ediləcək. Qeyd edək ki, bundan əvvəl icra başçısı vətəndaşları həftənin 5-ci günü qəbul edirdi.

Maraqlıdır, digər rayon icra hakimiyyətlərində qəbul günləri ilə bağlı hansısa dəyişiklik varmı?

Məsələ ilə bağlı Cebhe.info rayon icra hakimiyyətləri ilə sorğu keçirib.

Tovuz rayon İcra Hakimiyyətindən Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, rəsmi qəbul günü cümə günü olsa da, vətəndaşlar həftəiçi də icra başçısının qəbulunda ola bilir:

“Tovuz rayonu İcra Hakimiyyətində icra başçısı hər həftənin 5-ci günü vətəndaşları qəbul edir. Qəbul günü həmişə belədir, hazırda da heç bir dəyişiklik edilməyib. Lakin bunun rəsmi qəbul günü olmasına baxmayaraq, vətəndaşlar istədikləri vaxt icra başçısının qəbuluna gələ bilirlər. Ara günlər kim istəyirsə, müraciət edə bilər. Demək olar ki, həftəiçi hər gün müraciətlərinə baxılır. Kim gəlirsə, icra başçısı geri çevirmir, qəbul edib məsələyə aydınlıq gətirməyə çalışır”.

Qazax rayon İcra Hakimiyyətindən verilən məlumatda da iş günlərində vətəndaşların geri qaytarılmadığını diqqətə çatdırılıb:

“Qəbul günlərimizdə heç bir dəyişiklik yoxdur, hər həftənin 5-ci günü qəbul günüdür. Bizdə ümumi qəbul günü 5-ci gün olsa da, başqa günlərdə də gələn vətəndaşlar rahatlıqla qəbula girə bilirlər. Qəbul zamanı əsas üstünlük şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilir. Proqramda boş yerlər varsa, digər günlər də vətəndaşlar rahatlıqla qəbul olunur. Ara günlər vətəndaşlar geri qaytarılmır”.

Şamaxı rayon İcra Hakimiyyəti nümayəndəsi isə rəsmi qəbul gününün çərşənbə günü olduğunu deyib. Lakin çərşənbə axşamı da icra başçısı tərəfindən kənd və qəsəbələrdə qəbul həyata keçirilir:

“Şamaxı rayonu İcra Hakimiyyətində hər həftənin 3-cü günü aparatda vətəndaşların qəbulu keçirilir. Qəbul əvvəlcədən yazılma qaydasında olur. Əvvəlcə vətəndaşların adı və müraciəti qeydə alınır. Daha sonra isə icra başçısı ilə fərdi şəkildə görüşlər keçirilir. Qəbul günündə heç bir dəyişiklik yoxdur, 3-cü günlər "Açıq qapı" günüdür. Vətəndaşlar həmin gün bütün mövzularda icra başçısının qəbulunda ola bilərlər. Həftənin 2-ci günləri isə icra başçısı tərəfindən yerlərdə - kənd və qəsəbələrdə qəbul keçirilir. Bu, səyyar qəbul şəklində olur, ya inzibati binalarda, ya da açıq havada bütün vətəndaşlar qəbul edilir”.

Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı qəbulu ancaq həftənin bazar ertəsi həyata keçirir və bunda heç bir dəyişiklik yoxdur:

“Qəbul günü hər həftənin birinci günüdür. Hazırda bununla bağlı heç bir dəyişiklik edilməyib”.
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ