Ramiz Mehdiyevin yerinə kim gələcək, seçkiləri kim keçirəcək - günün sualı
Siyaset
Oxunub: 554
29 okt 2019 | 19:49
Ramiz Mehdiyevin yerinə kim gələcək, seçkiləri kim keçirəcək - günün sualı

Oktyabrın 23-də prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Həmin gündən etibarən Prezident Administrasiyasına rəhbər vəzifəsinə təyinat olmayıb. Ramiz Mehdiyevin yerinə kimin gətiriləcəyi ilə bağlı ictimaiyyətdə yekdil fikir mövcud deyil.

Ekspertlər hesab edirlər ki, ümumiyyətlə, Prezident Administrasiyası ləğv edilə bilər. Məsələn, ekspert Natiq Cəfərli özünün facebook hesabında yazıb ki, Prezident Administrasiyasına kimin rəhbər olacağından daha çox, aparatın hansı funksiya daşıyacağı daha önəmlidir:

“Əgər nazirliklərin gücləndirilməsinə, idarəetmənin nazirliklərə ötürülməsinə qərar verilibsə, Aparat ancaq öz normal funksiyası ilə məşğul olmalı, prezidentin dəftərxanası rolunu oynamalıdır. Yox, əgər yenə kompromis axtarılacaqsa və Aparat hələ də güclü olacaqsa, bu zaman nazirliklərin işi effektiv olmayacaq, Aparatın müdaxilələri yerindəcə qalacaq. Nəticə olaraq da səlahiyyət sahiblərinin məsuliyyət yükü yayğınlaşacaq, səhv addımların düzəldilməsi deyil də, kimlərin boynunda qalması yarışı olacaq...”

Ekspertlər bildirirlər ki, konstitusiyada PA-nın ləğv edilməsi məsələsi nəzərdə tutulub. Lakin ekspertlərə görə indiki halda PA-nın ləğv edilməsi mümkün deyil. Səbəb kimi isə bildirilir ki, prezidentin siyasətini həyata keçirən struktur fəaliyyət göstərməlidir.

Bəs ümumiyyətlə, Prezident Administrasiyasının işi nədir?

Qanunvericiliyə görə, prezident konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezidentin Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini, prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.

Administrasiya qəbul olunmuş qanunların, prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Administrasiya prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.

Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.

Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir. Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir.

1995-ci ildən Administrasiyanın rəhbəri vəzifəsini Ramiz Mehdiyev tuturdu. Hazırda isə yuxarıda da qeyd etdiyimiz kimi, Administrasiya rəhbərsizdir.

Administrasiyada fəaliyyət göstərən sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi daxil olmuş bütün məktub və müraciətləri təhlil edərək Administrasiyanın müvafiq şöbələrinə və ya digər dövlət orqanlarına göndərir.

Ən mühüm məlumatlar müxtəlif məruzə və hesabatlara daxil edilərək prezidentin nəzərinə çatdırılır.

Onu da bildirək ki, Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra Prezident Administrasiyasında 3 vakant yer yaranıb. Belə ki, bu ilin 8 oktyabr tarixində Əli Əsədovun Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilib, baş nazir postuna aparılması ilə həmin kürsü də boşalıb.

Daha əvvəl isə Administrasiyanın İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin rəhbərliyində vakansiya yaranmışdı. Həmin şöbənin müdiri Rövşən Nəcəf bu il Vergilər Nazirliyinin yeni yaradılmış Maliyyə Monitorinq Xidmətinin direktoru vəzifəsinə aparılmışdı.

Ən vacib suallardan biri isə seçkilərlə bağlıdı. Məlumdur ki, Azərbaycanda seçkilərin təşkili, keçirilməsi Ramiz Mehdiyevə həvalə edilmişdi. Bəs bundan sonra necə olacaq? Bu vacib proses hansı yüksək mənsublu məmura həvalə ediləcək?

Ekspertlər bildirir ki, bu məsələ də yaxın zamanlarda həllini tapmalıdı. Çünki bu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi planlaşdırılır. Bu cür mühüm kampaniyaya nəzarətin həyata keçirilməsi üçün çox güman ki, PA-ya rəhbər təyinatı çox uzadılmayacaq.
“Yeni Müsavat”
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü