Fazil Məmmədov labirintdə – holdinqinin rəhbəri dəyişdi
Siyaset
Oxunub: 501
22 okt 2019 | 11:46
Fazil Məmmədov labirintdə – holdinqinin rəhbəri dəyişdi

Yeddi ildir “AtaHolding”ə rəhbərlik edən Adığözəl Ağayevi Rəşad Rəsullu əvəz edib; sabiq nazirin sahibkarlardan topladığı qeyri-qanuni vəsaitlər ölkədən necə çıxarılıb?

Sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaHolding” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı mediada artıq bir müddətdir ki, xəbərlər yayılır. Yada salaq ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb.

İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. “AtaHolding” iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirib.

“AtaHolding”in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, “AtaTravel” MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” sənaye sektorunda “Şəmkir Quşçuluq” MMC və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan şirkətlər və obyektlərlə bağlı planlar da dəyişdi. “AtaHolding”in sabiq nazirin himayəsində qalsa da, bir sıra obyektlər, məsələn, Bakıdakı məşhur beşulduzlu “Excelsior Hotel & Spa”nın mülkiyyətçisi dəyişdi. “Excelsior Hotel & Spa” “AtaHoldinq”ə daxil idi.Hotel “PMD Hospitality” şirkətinin mülkiyyətinə keçdi. 2019-cu il fevralın 1-də bu hotelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib.

“AtaHolding” ile ilgili görsel sonucu

“AtaHolding”lə bağlı əsas iddialar-sabiq nazirin sahibkarlardan topladığı qeyri-qanuni vəsaitlərin-hansı ki, söhbət milyardlardan gedir-xaricə çıxarılmasında əsas funksiyanı bu holdinqin oynadığı deyilirdi. Məsələn, mediada Vergilər Nazirliyinin xətti ilə yığılan milyonların müxtəlif yollarla xaricə çıxarılmasında nazirliyin keçmiş əməkdaşı, Fazil Məmmədoun etibarlı kadrları olan Qafar Qurbanovun adı hallanırdı. Sabiq nazirin ən taxın adamlarından olan Qafar Qurbanov 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bir müddət sonra isə Fazil Məmmədovun digər ailə şirkətinə – “Synergy Group” ASC-yə transfer edilib. Ondan bir il sonra isə bu vəzifə Adığözəl Ağayevə həvalə edilib.

Adığözəl Ağayev ile ilgili görsel sonucu

Adığözəl Ağayev

A.Ağayev 1978-1983-cü illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnib. 1983-cü ildə Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunub. 1989 – ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləyib. Milli Bankın dəvəti ilə 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışıb.

“AtaHolding” ASC-də əmək fəaliyyətinə 2005-ci ilin yanvarından başlayıb. Əvvəl Maliyyə departamentinin direktoru, sonra İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunub. 15 oktyabr 2012-ci il tarixindən “AtaHolding”in baş direktoru olub. Qeyd edək ki, 2018-ci ildə holdinqdə “İdarə Heyəti sədri” vəzifəsi dəyişdirilərək “Baş Direktor” vəzifəsi ilə əvəz olunub.

Oktyabrın 21-də isə mediada “AtaHolding” MMC-nin yeni baş direktoru vəzifəsinə 39 yaşlı Rəşad Rəsullunun təyin edilməsi xəbəri yayılıb. Sonra internet resurslarından axtarışdan məlum olub ki, əslində təyinat 14 oktyabrda olub. R.Rəsullu 2014-cü ildən «AtaHolding»in strukturlarında işləyir. O, həmçinin “Azmont İnvestments” MMC-nin Müşahidə Şurasının üzvüdür.

“Azmont İnvestments” ile ilgili görsel sonucu

Rəşad Rəsullu 11 aprel 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Milli Bankda başlayıb və 2002-2004-cü illərdə İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi olub. Rəşad Rəsullu həmçinin, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvüdür.

Rəşad Rəsullu eyni zamanda 2007-2012-ci illərdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi olub.

Son zamanlar “AtaBank” ASC barəsində də bir sıra iddialar var ki, bir neçə gün əvvəl bununla bağlı bankdan açıqlama yayılıb. Aşıqlamada deyilir ki, bank stabil fəaliyyətini davam etdirir. “Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir”-deyə, məlumatda bildirilir.
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest