Parisdən Bakıya qəfil zəng: İrəvan və Xankəndi şokda - GƏLİŞMƏ
Siyaset
Oxunub: 453
21 okt 2019 | 17:17
Parisdən Bakıya qəfil zəng: İrəvan və Xankəndi şokda - GƏLİŞMƏ

Ötən həftəsonu Fransandakı Lion İnzibati Məhkəməsi ölkənin Vilörban şəhəri ilə işğal altındakı Azərbaycan şəhəri Şuşa arasında imzalanmış qanunsuz “qardaşlıq müqaviləsi”ni ləğv edib. Bu haqda Frans-Press xəbər yayıb. Çıxarılan məhkəmə qərarında deyilir ki, müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanunsuzdur.

Bununla bağlı Azərbaycan XİN-i də məlumat yayıb və qərarı alqışlayıb. “Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qanunsuz ”sənədlər" də tezliklə ölkə məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidir ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır", - deyə məlumatda qeyd olunub.

“Yeni Müsavat” xatırladır ki, 2013-cü ildən bəri ən azı, 12 fransız şəhəri arasında belə müqavilələr imzalanıb. 2018-ci ildən isə Fransa Xarici İşlər Nazirliyinin tələbi əsasında prefekturalar Azərbaycanın işğal altındakı ərazilərindəki “yerli özünüidarə orqanları ilə” Fransa şəhərləri arasında imzalanmış anlaşmaların məhkəmələrdə ləğvinə nail olmağa başlayıblar. Artıq bu qəbildən 10 qanunsuz “müqavilə”, o sırada Şuşa ilə bağlı 3 “xartiya” sıfırlanıb.

*****

Onu da yada salaq ki, ötən həftə işğal altında olan Şuşada qədim Azərbaycan məscidi olan Gövhər ağa məscidinin “təmir”indan sonra təntənəli “açılış mərasimi” olmuşdu. Çıxış edən ermənilər bu islam məbədini sırf fars mədəniyyət abidəsi kimi qələmə verməyə çalışmış, eyni zamanda, bunu özlərinin guya tolerant, mədəni bir xalq olduğunun təzahürü kimi gözə soxmağa səy etmişdilər. Ancaq etnik təmizləməyə məruz qalan və bircə azərbaycanlının belə yaşamadığı Şuşada məscid kimə lazımdır, əgər orada ibadət edəcək müsəlman, yerli əhali yoxdursa?

Eləcə də etnik təmizləmə aparılmış qədim Azərbaycan yurdu Şuşa ümumbəşəri haqlara sayğılı olan Fransanın hansısa şəhəri ilə necə qardaşlaşa bilər? Bu, ən birinci elə təməl insan haqlarına həqarət deyilmi? Şəksiz. Həmçinin, erməni işğalı altındakı digər yaşayış məntəqələrimizlə Fransa şəhərləri arasında bağlanmış və beynəlxalq hüquqa ziddi olan anlaşmalar.

Nə yaxşı ki, belə üzdəniraq sənədlər bir-bir ləğv olunaraq, zibil qutusuna atılır. Sözsüz ki, bu prosesdə Azərbaycanın diplomatik və lobbi fəallığının həlledici rolu var. Erməni tərəfi də etiraf artıq etməyə başlayıb ki, son illər Bakı Qarabağla bağlı beynəlxalq arenada daha aktiv iş aparır və bu, hətta Ermənistanı özünün “kiçik bacısı” adlandıran, dünyada ən böyük və fəal erməni icmasının yaşadığı Fransada da özünü göstərməkdədir. Nəticə ortadadır: Paris daha “kiçik bacı”sının göz yaşlarına inanmır. İrəvan və Xankəndi üçün növbəti bir şok.

*****

Yeri gəlmişkən, Şuşa ilə Vilrbörn şəhəri arasında qondarma “dostluq müqaviləsi”nin ləğvindən cəmi bir həftə qabaq (10 oktyabr) Fransa prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmişdi. Məlumatda bildirilirdi ki, Makron onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan prezidentindən xahiş edib. İlham Əliyev Fransa rəhbərinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Fransa prezidenti dəstəyə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə edikləri də deyilirdi.

Doğrudur, Makronun telefon zənginin motivi humanitar xarakterli olub. Lakin Fransanın Qarabağ məsələsində üç həmsədr dövlətdən biri və ən böyük, ən təşkilatlanmış erməni lobbisinin yaşadığı dövlət olması ciddiyə alınarsa, bu həm də siyasi anlam daşıyır, ölkəmizə bölgədə verilən önəmi göstərir. Güney Qafqazda aparıcı və vazkeçilməz dövlətin, zəngin və varlı məmləkətin hansı ölkə olduğunu bir daha bəlli edir.

Qısası, Makron bilir hara, kimə zəng edir. Acından ölən, tarix boyu onun-bunun himayəsində və qoltuğunda, dotasiya ilə yaşamağa adət eləmiş ermənilərdən, onların “Ermənistan” adlı süni və saxta dövlətindən Fransaya hansı fayda gələ bilər ki. Təsadüfi deyil ki, son illər Fransa və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq da təşəkkül tapmağa başlayıb, bu yöndə ilkin anlaşmalar əldə edilib, mühüm zəmin yaradılıb.

*****

Şübhə yox ki, Ermənistan hər vəchlə işğal altındakı Dağlıq Qarabağda yaradılmışı qanunsuz rejimi dünyada müstəqil dövlət qurumu kimi təbliğ etməyə çalışır. Fransa şəhərləri ilə işğal altındakı şəhərlərimiz arasında imzalanmış “qardaşlıq anlaşmaları” da müstəsna olaraq, bu məkrli məqsədə xidmət edir. Hərçənd, Ermənistanın özü indiyədək saxta qurumu “müstəqil dövlət” kimi tanımağa sürət etməyib. Çünki özü də müstəqil dövlət deyil, Rusiyanın vassalıdır .

Bu xüsusda ötən həftə sonunun diqqətçəkici olaylarından başqa birisi Ermənistanın baş naziri Nikol Paşinyanın separatçı rejimin başçısı Bako Saakyanı yanına çağırması oldu. Artıq bəllidir ki, Paşinyan hakimiyyətə gələr-gəlməz, “DQR”i özünün “müstəqil idarəçiliyi” olan və Ermənistana dəxli olmayan, bu üzdən Qarabağa dair sülh prosesinin üçüncü müstəqil tərəfi kimi təqdim etməyə çalışır. “Qarabağ ermənilərinin öz hakimiyyəti var, mən Ermənistana cavabdehəm”. Bu da Paşinyanın sevimli ifadələrindən idi. Ancaq az sonra sanki bu ifadəni unudubmuş kimi, Nikol “Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsini dilə gətirdi.

Bu da hamısı deyil. Məsələ ondadır ki, Paşinyan Saakyanı İrəvana hansısa üzdəniraq “dövlət”in rəhbəri qismində yox, Ermənistanın hansısa bölgəsinin (ermənilər ona “marz” deyirlər) başçısı, tutaq ki, Gümrünün meri kimi çağırıb, elə bu statusda da onunla söhbət edib. Üstəlik, yayılan fotodan görünür ki, Paşinyanla Saakyanın görüşdüyü otaqda onların arxasında yalnız Ermənistanın bayrağı qoyulub, “DQR”-in əskisi yoxdur. Daha önəmlisi, Paşinyan Saakyana “hörmətli, marzpet” deyə müraciət edib (“Marzpet” rayon administrasiyaların başçılarına deyilir). Yada salmağın yeri var: bir neçə ay öncə Saakyanı artıq bir dəfə “marzpet” adlandırıblar - Gümrüdəki tədbirlərin birində...

Bu da sizə “müstəqil Arsax”! Necə deyərlər, ermənilərin dünyanın gözünə kül üfürməsi, hiyləgər “dövlət-dövlət” oyunu fiasko olmaqdadır. Oyun bitir. Qalır nəticəni rəsmiləşdirmək. Görünür, bunu Ermənistanı “kiçik bacı” sayan Fransada da anlamağa başlayıblar...
“Yeni Müsavat”
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest