Əli Əsədov dəyişikliklərə müavinlərdən başlayacaq? - Kimlər yol üstündədir?
Siyaset
Oxunub: 592
15 okt 2019 | 19:18
Əli Əsədov dəyişikliklərə müavinlərdən başlayacaq? - Kimlər yol üstündədir?

Azərbaycan Nazirlər Kabinetinə yeni başçı təyinatından bir həftə keçib. Yeni baş nazir Əli Əsədov artıq vəzifəsinin icrasına başlayıb. Nazirlər Kabinetinin internet saytında yerləşdirilən məlumatdan aydın olur ki, oktyabrın 9-da Ə.Əsədov Gürcüstanın baş naziri ilə görüşüb. Sonra Əli Əsədovun adından Gürcüstanın baş naziri Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.

İnternet mənbələrində baş nazirin fəaliyyətinə dair hansısa əlavə məlumat yoxdur. Nazirlər Kabineti rəhbərinin imzaladığı sonuncu qərarın altında Novruz Məmmədovun imzasıdır. Oktyabrın 4-də imzalanan “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" qərar oktyabrın 9-da sayta yerləşdirilib.

Onu da qeyd edək ki, Ə.Əsədovun Nazirlər Kabinetində ciddi kadr islahatları aparacağına dair məlumatlar yayılmaqdadır. Bildirilir ki, islahatların mühüm bir istiqamətini baş nazirin müavinlərinin dəyişdirilməsi təşkil edəcək.

Belə ki, hazırda baş nazirin bir birinci müavini, 3 müavini var. Birinci müavin postunu 2003-cü ildən indiyədək Yaqub Eyyubov tutur. Y.Eyyubov hökumətdə hərbi-müdafiə və yanacaq-energetika sahələrini kurasiya edir.

2013-cü ildən baş nazirin müavini vəzifəsini tutan Əli Əhmədov həm də hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibidir. Ə.Əhmədov təhsil, səhiyyə və humanitar sahələri kurasiya edir.

Baş nazirin digər müavini Əli Həsənov bu postu 1998-ci ildən tutur. Nəhayət, baş nazirin sonuncu müavini Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbovdur. O, 2000-2001-ci illərdə bu postu tutub, daha sonra Bakıya rəhbər təyin olunub, 2018-ci ilin prezident seçkilərindən sonra yenidən Nazirlər Kabinetindəki işinə qayıdıb. Hacıbala müəllimə baş nazirin əvvəlki müavini Abid Şərifovun məsul olduğu sahələr - kommunal təsərrüfat, fövqəladə hallara qarşı mübarizə və sair sahələr həvalə edilib.

Xatırladaq ki, N.Məmmədovun baş nazirlikdən təqaüdə çıxması ilə əlaqədar getdiyi bildirilirdi. Bu isə faktiki olaraq, təqaüd yaşı çoxdan çatmış olan baş nazir müavinlərinin də analoji addım atmasının gərəkdiyini göstərir. Belə ki, baş nazirin birinci müavini Y.Eyyubovun 75 (1945-ci il təvəllüdlüdür), Əli Əhmədovun 66 (1953), Ə.Həsənovun 72 (1948), H.Abutalıbovun isə 76 yaşı var. Onlardan yalnız Ə.Əhmədov yaşda N.Məmmədovdan kiçikdir. Sadə məntiqlə götürdükdə, N.Məmmədov yaşına görə baş nazirlikdən imtina edirsə, onun ən azı 3 müavini üçün bu qərarın alınması vaxtı çoxdan yetişmiş olmalıdır.

Yeni baş nazirin Nazirlər Kabinetində aparacağı dəyişikliklər sırasında ilk olaraq müavinlərin yeni kadrlarla əvəzlənməsinin qeyd olunması, görünür, bu yanaşmadan irəli gəlir. Bildirilir ki, Ə.Əsədov ölkə rəhbərliyinə gənc və operativ şəxslərlə işləmək arzusunu çatdırıb və müsbət cavab alıb. Ölkə rəhbərliyinin də Nazirlər Kabinetinin peşəkar komanda tərəfindən idarə olunaraq, iqtisadiyyatda, iqtisadi siyasətin müəyyənləşməsində daha aktiv rol almasında maraqlı olduğu qeyd edilir.

Ə.Əsədova həmçinin Azərbaycanda iqtisadi islahatların davamı olaraq həyata keçirilməsi gözlənilən mühüm proseslərə rəhbərliyin həvalə olunması gözlənilir. Təsadüfi deyil ki, onun təqdimatı müzakirə olunarkən əksər iqtidar təmsilçiləri məhz bu məsələni qabardaraq, ölkə prezidentinin həyata keçirəcəyi yeni islahatların daha çevik hökumət tələb etdiyini bildirmişdilər. Məsələ burasındadır ki, uzun illər iqtisadi blokda yüksək vəzifə tutan Ə.Əsədovun Azərbaycan iqtisadiyyatına yaxından bələd olması burada kök salmış fundamental problemlərin həllində mühüm rol oynaya bilər. Belə ki, hazırda Azərbaycanda biznesin inkişafı qarşısında duran əsas maneələr qismində inhisarçılıq, onun kökündə isə məmur oliqarxiyası göstərilir. Ölkədəki biznes mühitinin real vəziyyətini bilən yeni baş nazirin məmur-biznes əlaqələrinin qarşısını almaq, inhisarçılığı zəiflətmək üçün daha effektiv mexanizmlərin tapılmasında rolu böyük ola bilər. Bunun üçünsə ona çevik, dünya təcrübəsindən məlumatlı, eyni zamanda mövcud məmur oliqarxiyası ilə əlaqəsi, yaxud münasibətləri olmayan komanda lazımdır.

Maraqlıdır ki, uzun illər boyu baş nazirin müavini postunu tutub, məsul olduqları sahələr üzrə böyük təcrübə qazanmış şəxslərin əvəzlənəcəyi xəbəri heç də hamı tərəfindən müsbət addım kimi dəyərləndirilmir. Hesab olunur ki, hazırkı baş nazir müavinlərindən bəzilərini əvəz edəcək gənc kadr tapmaq müşkül məsələdir...
“Yeni Müsavat”
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest