Paşinyana “Valday”dan sonra Aşqabad şilləsi - “məxməri” baş nazirin yeni publik yalanı
Siyaset
Oxunub: 546
12 okt 2019 | 17:22
Paşinyana “Valday”dan sonra Aşqabad şilləsi - “məxməri” baş nazirin yeni publik yalanı

MDB dövlət başçılarının sonuncu, Aşqabad sammiti bəzi maraqlı məqamlarla yadda qalıb. Gələn informasiyalara görə, bu da əsasən təcavüzkar Ermənistan və onun rəhbərliyi ilə bağlı olub - təbii ki, neqativ planda. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında işğalçı Ermənistanda faşizm əlaltılarına rəsmi səviyyədə pərəstiş faktına da toxunub. O, öncə ölkəmizin faşizm üzərində qələbəyə verdiyi töhfədən, Hitlerin Bakını almağa necə can atmasından, ardınca isə Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasından danışıb.

“Əgər Böyük Vətən müharibəsi zamanı faşistlər Bakını ələ keçirsəydilər, sovet ordusu yanacaqsız qalardı”, - deyə prezident qeyd edib. Ardınca xatırladıb ki, sammitin gündəliyinə daxil olan məsələlərdən biri kimi Qələbənin 75 illiyi münasibətilə MDB dövlət başçılarının beynəlxalq ictimaiyyətə və quruma üzv olan ölkələrin xalqlarına birgə müraciətinin qəbul edilməsi nəzərdə tutulur.

“Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib” -İlham Əliyev deyib.

Prezident çıxışında bildirib ki, Azərbaycan o vaxt bütün ölkəni yanacaqla təmin edib. Cəbhənin ehtiyacları üçün zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. “Bunlarsız sovet ordusu düşmənə qalib gələ bilməzdi” - Əliyev bildirib.

Azərbaycan prezidenti ardınca çıxışında Ermənistanda faşizmin qəhrəman obrazının yaradılmasından danışıb. O, dəfələrlə Birlik ölkələri rəhbərlərinin nasistlərin hər hansı şəkildə qəhrəmanlaşdırılmasına qarşı çıxdığını xatırladıb və Ermənistanda nasistlərin qəhrəman edildiyini söyləyib. “Təəssüf ki, bu, MDB məkanında, xüsusən də Ermənistanda baş verir. Burada keçmiş hakimiyyət ”Qaregin Njde" ləqəbi ilə alman faşistlərinə xidmət edən cəllad və satqın Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində abidə ucaltdı", - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı Rusiya Xarici İşlər Nazirliyinin nasistlərin qəhrəmanlaşdırılması vəziyyəti ilə bağlı may ayında yaydığı hesabata da istinad edib. Həmin hesabatda deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlığı haqda informasiyalar var. İlham Əliyev sonradan Njdehin sovet hakimiyyəti tərəfindən tutulduğunu və Vladimir həbsxanasında öldüyünü qeyd edib. “Təəssüflər olsun ki, Ermənistanın yeni hökuməti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin tərənnümünə yer olmamalıdır”, - deyə Azərbaycan lideri fikrini tamamlayıb.

İlham Əliyevdən sonra söz alan Ermənistanın baş naziri Nikol Paşinyan isə nala-mıxa vuraraq haqlı ittihamlardan qaçmağa və Njdeni müdafiə etməyə çalışıb, iddia edib ki, guya Njde “türk işğalı”ma qarşı vuruşub. Yəni sələflərinin yalanlarını davam etdirib.

*****

“Yeni Müsavat” xatırladır ki, faşist əlaltısı Qaregin Njdeyə İrəvanın mərkəzində abidə təxminən iki il öncə, eks-prezident Serj Sərksiyanın dövründə ucaldılıb. Aydın olur ki, inqilab yolla devirdiyi köhnə rejimi cümlə cinayətlərdə, o sırada ölkəni talamaqda və korrupsiyada suçlayan “məxməri” baş nazir Paşinyan Sərkisyan rejimi ilə bu məsələdə eyni məfkurə daşıyıcısıdır. Yəni özü də faşizmin pərəstişkarıdır. Njdenin “türk işğalı”na qarşı döyüşməsi iddiası isə təbii ki, Paşinyanın növbəti publik yalanıdır. Ən azı, o səbəbə ki, abidəyə Rusiya da öz XİN-i və XİN sözçüsü Mariya Zaxarova səviyyəsində sərt etiraz bildirib.

Bu mənada Nikol Paşinyanın İlham Əliyevə cavabı göyə yumruq atmaqdan savayı bir şey deyil və dişsizdir. Fakt budur ki, Azərbaycan prezidentinin uğurlu “Valday” çıxışından sonra Aşqabadda Paşinyan Bakının növbəti şilləsini yeyib - Ermənistan təkcə işğalçı kimi deyil, həm də dövlət səviyyəsində faşizmin tərənnümçüsü kimi faş və təqdim edilib.

Yeri gəlmişkən, o vaxt abidə məsələsi dərhal İsrail dövlətində və yəhudi toplumunda sərt reaksiya doğurmuşdu. Çünki yəhudi xalqı 2-ci Dünya Savaşında ən böyük soyqırıma məruz qalan toplumdur. Postsovet məkanında yeganə monoetnik ölkə kimi Ermənistanın özündə yəhudilərə münasibət isti deyil. Üstəlik, Azərbaycanda böyük bir yəhudi icması olduğu halda, Ermənistanda, demək olar, yəhudi qalmayıb. Bu və digər səbəblərdən İsrail dövləti ilə Ermənistan arasında siyasi-diplomatik əlaqələr aşağı səviyyədədir. Bu ölkələrin bir-birinin ərazisində səfirliyi yoxdur.

Söz düşmüşkən, ötən ay Ermənistan XİN-i İrəvanın Təl-Əvivdə səfirlik açmaq niyyətində olduğunu bəyan edib. Lakin belə görünür, bu, istəkdən o yana keçə bilməyəcək.

“Bir neçə səbəb var ki, o səbəblərdən Ermənistanın İsraildə diplomatik nümayəndəliyinin açılması mümkün deyil. Bu, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin aşağı səviyyədə olması, həmçinin Ermənistanda yəhudi icmasının yoxluğudur”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu “Sputnik Armenii” radiosunun efirində İsrail-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, politoloq Aleksandr Tsinker deyib.

“Böyük diaspora olanda çoxsaylı məsələlər ortaya çıxır ki, onların həlli üçün də konsul lazım olur. Məsələdə sırf maliyyə amili də var”, - deyə o, əlavə edib.

Yəni belə görünür, səfirlik məsələsi hələ uzun müddət havadan asılı qalacaq. İstənilən halda, belə fikir var ki, Bakı İsraildə Azərbaycan səfirliyinin açılması məsələsini tezləşdirsə, yaxşı olar.

“İsrailin Azərbaycanda illərdir səfirliyi fəaliyyət göstərir. Ancaq Azərbaycanın İsraildə səfirliyi yoxdur. Bu məsələni tezləşdirmək lazımdır. Ona görə tezləşdirmək lazımdır ki, Ermənistan bir gün bizi qabaqlaya və ortada səfirliyini aça bilər. Nəticədə İsraildə Azərbaycan əleyhinə kampaniya apara bilər”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ancaq İsraildə Ermənistan səfirliyi açılsa belə, bu, Azərbaycan-İsrail əməkdaşlığına ciddi zərbə vura bilməz. Həm də o səbəbə ki, monoetnik Ermənistanda faşizmə dövlət səviyyəsində pərəstiş, yəhudilərə qarşı isə antipatiya var və bunlar keçici faktorlar deyil...

*****

Yazı hazırlanarkən MDB sammitində Ermənistan baş nazirinin özünü həm də gülməli duruma saldığı məlum olub. Belə ki, bu kimi dövlət tədbirlərində özünü düz-əməlli apara bilməyən, naşı siyasətçi imici qazanan Nikol Paşinyan ermənipərəst rusiyalı diplomat, Rusiyanın ATƏT-in Minsk Qrupundakı keçmiş səfiri Vladimir Kazimirovun “Mir v Karabexe” (“Qarabağda sülh”) kitabını Rusiya prezidentinə təqdim eləmək üçün həqiqi mənada onu qapıda pusub, Putinin iclas zalından çıxmasını gözləyib. Rusiya prezidenti zaldan çıxan kimi isə uşaq kimi onun qabağına qaçaraq Kazimirovun cızma-qarasını cəld Putinə təqdim edib.

Yayılan videodan göründüyü kimi, erməni baş nazirin bu qəfil hərəkətindən Rusiya lideri heç də məmnun olmayıb və üzündə süni təbəssüm yaradaraq, Nikolu bir növ, başından edib. Fakt hətta Ermənistan KİV-də Paşinyana qarşı iradlara səbəb olub.
“Yeni Müsavat”
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...