Daha bir deputatın adı qalmaqalda hallanır - İDDİA
Siyaset
Oxunub: 542
5 okt 2019 | 23:55
Daha bir deputatın adı qalmaqalda hallanır - İDDİA

Sizi Milli Məclisin “adlı-sanlı” deputatlarının dosyeləri ilə bir-bir tanış edəcəyimizi demişdik. Bir halda ki, son günlərin qızğın müzakirələri “borclu” deputatların üzərinə cəmlənib, Lənkəran seçki dairəsindən mandat almış Rüfət Quliyevi də unutmayaq. Mandatı necə aldığını təxmin etmək elə də çətin deyil. Bir də adamın məhkəməyə qədər gedib çıxmış sələmçilik işini xatırlatsaq, hər şey gün kimi aydın olur.

Dörd il əvvəl deputatın mətbuata manşet olmuş qalmaqallı borc söhbətini unumamısınız yəqin ki. Məsələ belə olmuşdu. Rüfət Quliyev vaxtilə dostluq etdiyi Namiq Səfərovun ailəsini məhkəməyə vermişdi. Deputat iddia ərizəsində göstərmişdi ki, 3 il əvvəl dostuna aylıq 8-10 faiz olmaqla, ümumilikdə 81 min 850 dollar pul verib. 2015-ci ilin martında N. Səfərov dünyasını dəyişib. Deputat da onun evinə gedib yoldaşından pulu tələb edib. Lakin o, həyat yoldaşının kimsəyə borcu olmadığını bildirib və iş gedib çıxıb məhkəməyə. O zaman Rüfət Quliyev mərhum dostunun ailəsindən 81 min 850 dollar əsas borc, 246 min 800 dollar da faiz olmaqla, ümumilikdə 328 min 650 dollar pul tələb edirdi. Hakim Nuranə Səfərova və övladlarının əmlakının üzərinə həbs qoyulması barədə qərar çıxarmışdı. Sonra Səfərova Milli Məclisin sədri Oqtay Əsədova şikayət etdi. O, sələmlə pul verdiyini etiraf edən deputatla bağlı məsələyə parlamentin İntizam Komissiyasında baxılmasını və buna hüquqi qiymət verilməsini xahiş etdi. “Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı? Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi?”- deyilirdi həmin müraciətin sonunda. O vaxt uzun çək-çevirdən sonra məsələyə xitam verilmiş və sübutlar əsasında Nuranə Səfərova deputata 80 min dollar ödəməyi öhdəsinə götürməklə iş qapanmışdı. Lakin bu biabırçı həngamədən sonra belə sələmçi deputata bir kəlmə söz deyən olmamışdı.

Əslinə qalsa, Nuranə Səfərovanın dediklərində böyük həqiqət yoxdurmu? Qanunverici orqanın binasında oturub, qanunu pozan bu adamlar xalqa nə gün ağlaya bilər? Deputat hansı haqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur axı?

Rüfət Quliyevin “Vikipedia”dakı dosyesi göz qamaşdırır. Quliyev 300-ə yaxın elmi əsər və məqalənin müəllifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub. O, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin BMT-nin 60 illiyi münasibətilə fəxri yubiley medalı, Ukrayna Ədliyyə Nazirliyi İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin fəxri medalı, MDB-nin 20 illiyi fəxri yubiley medalı, T. Şevçenko adına Kiyev Milli Universitetinin 3 fəxri medalı, Qırğızıstanın “Birimdik-Yedinstvo” Ictimai fondunun “Birimdik-Yedinstvo” ordeni ilə təltif olunub. 1999-2017-ci illərdə “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədri idi. O, Azərbaycan Türkiyə İş Adamları Birliyinin həmsədridir. Biz hələ onun haqqında yazılan bioqrafik mədhiyyənin qısa variantını verdik. Titulları tam siyahı üzrə sadalasaq, onların da mandat kimi saxta yollarla alındığına dair hamınızda şübhə yaranacaq… //gundemxeber.az//
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”