Biabırçı İrəvan sammiti və “Valday” müzakirələri: - Azərbaycan Prezidentinin Soçiyə dəvəti tədbirin imicini yüksəldir
Siyaset
Oxunub: 458
3 okt 2019 | 19:17
Biabırçı İrəvan sammiti və “Valday” müzakirələri: - Azərbaycan Prezidentinin Soçiyə dəvəti tədbirin imicini yüksəldir

Ermənistanda Avrasiya İqtisadi İttifaqının sammiti bu ölkənin baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü göstərdi. Heç kimə sirr deyil ki, sammit Paşinyanın tam fiaskosu ilə yadda qaldı.
Tədbirin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutdu. Əslində, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərdi, yalvarış xarakterli müxtəlif xahişlər edildi. Amma tam bir biabırçılıq. Amma bir Azərbaycan nümunəsi var ki, bu kimi tədbirlərə ev sahibliyi edən ölkəmizdə Azərbaycan Prezidenti dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirir.
Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır.
Ermənistan mediası, ekspertləri də etiraf edir ki, elə buna görə də son illər Ermənistanın olan-qalan nüfuzu da əldən gedir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun fikrincə, İrəvan sammiti əslində Ermənistan dövləti və Ermənistanın baş naziri Nikol Paşinyanın hansı imicə malik olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Sitat:
“Məlum oldu ki, belə bir tədbirə ev sahibliyi edən dövlətin baş nazirinin ən böyük problemi bu tədbirə gələn ayrı-ayrı dövlət başçıların, xüsusən Rusiya Prezidenti Vladimir Putinlə necə görüşməyə nail olmasıdır. Çünki Nikol Paşinyanda belə kompleks yaranıb ki, böyük dövlətlərin rəhbərləri onu qəbul etmək, görüşmək istəmirlər. Xatırladım ki, BMT Baş Assambleyasının sessiyasında iştirak edən Nikol Paşinyan nə qədər cəhd etsə də, ABŞ Prezidenti Donald Trampla görüşə bilmədi. ABŞ-a səfəri öncəsi Nikol Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi. Ermənistan mətbuatı bunu rişxəndlə “Paşinyanın selfi diplomatiyası” adlandırır. İndi də Avrasiya İqtisadi İttifaqı Sammitinin İrəvanda keçirilməsinə baxmayaraq, Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub. Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir. Tədbirlərdə iştirak edən dövlət başçıları, Nobel mükafatçılarının hər biri çalışır ki, Azərbaycan Prezidenti ilə görüşsün. İrəvanda Vladimir Putinlə Nikol Paşinyan arasında görüşün isə günün sonunda, özü də Avrasiya İqtisadi İttifaqı Sammiti çərçivəsində baş tutması Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir”.
Yadınızdadırsa, Sammitdən əvvəl rəsmi Moskvadan açıqlama verildi ki, İrəvana bir neçə saatlıq səfər edəcək Rusiya Prezidentinin Paşinyanla görüşü nəzərdə tutulmayıb. Bu, o anlamı verir ki, Putin Yerevanda keçirilən sammitə elə sammit naminə qatıldı. Politoloq Qabil Hüseynlinin fikrincə, Paşinyan üçün bundan biabırçı nəticə ola bilməzdi.
“Sonradan Yerevan diplomatik vasitələrlə dəridən-qabıqdan çıxaraq sammit çərçivəsində Putinlə bir neçə dəqiqəlik görüş ala bildi. Halbuki, belə görüşlər geniş tərkibdə, təkbətək keçirilir, ölkələr arasında müzakirələr aparılır. Amma Yerevanda bu baş vermədi. Görünən odur ki, Ermənistanı və Paşinyanı beynəlxalq güclərdən əlavə, hər zaman bu ölkəyə dəstək olan Rusiya belə ciddiyə almır. Hətta Putinin Rusiya səfirliyinə keçmiş prezident Robert Koçaryanın arvadını çağırması, onunla görüşməsi, Paşinyanın sayılmadığının bariz nümunəsidir”.
Bu ərəfədə isə Azərbaycan Prezidenti İlham Əliyevi dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasına dəvət edilib. Prezident İlham Əliyevin bu mötəbər tədbir çərçivəsində çoxsaylı yüksək vəzifəli dövlət xadimləri ilə görüşləri planlaşdırılır.
Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. Azərbaycan Prezidenti ona görə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət edilir ki, dövlət başçımızın səsləndirdiyi fikirlər beynəlxalq aləmdə ciddi rezonans doğurur. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq sülhə və təhlükəsizliyə böyük töhfələr verib. Azərbaycan Prezidentinin bu tədbirə qatılması da tədbirin imicini yüksəldir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycandan fərqli Ermənistan rəhbərliyinin ikiüzlü, bir çox hallarda avantürist, populist siyasəti bumeranq effekti doğurub və ona beynəlxalq ictimaiyyət arasında olan etimadın kəskin şəkildə aşağı düşməsini şərtləndirib. Paşinyanın dünyada qəbul olunmamasının səbəbi onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır.
Qeyd edək ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb.
Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar.
Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avroatlantika dialoqları kimi regional konfranslar da təşkil edir.
Sonda onu da qeyd edək ki, Paşinyanın nüfuzsuzluğu özü ilə yanaşı, işğalçı dövlətini də dünyada biabırçı duruma salmaqdadır.
Analitiklər də belə qənaətdədirlər ki, Paşinyan dünyada qəbul olunmayan, küçədən siyasətə gəlmiş, təsadüf nəticəsində özünü ölkə rəhbəri postunda tapmış qeyri-ciddi şəxsdir. Beynəlxalq aləm onu siyasətçi kimi ciddi qəbul etmir.
Səbuhi Sədəf //lent.az//
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh