“Məni ölümlə hədələdilər” - Millət vəkili
Siyaset
Oxunub: 450
3 okt 2019 | 14:44
“Məni ölümlə hədələdilər” - Millət vəkili

Milli Məclisin deputatı Tahir Kərimli İTV-də yayımlanan "3D" verilişinin qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, o, efirdə bir sıra məsələlərə aydınlıq gətirib.

Tahir Kərimli əvvəlcə, Azərbaycan Dövlət Himninin dəyişdirilməsi yönündə səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Mən deyirdim ki, himni Heyratı üstündə, Koroğlu uverturası kimi yazaq. Himdən qəmgin notları çıxardaq. Mən heç vaxt himni dəyişməyi təklif etməmişəm. Buna görə sosial şəbəkələrdə məni ölümlə də hədələdilər. Mən istəyən kimi himn olsaydı, Azərbaycan xalqı onu daha çox sevərdi. Qarabağı azad etmək istəyən millətin hünərvər himni olmalıdır”.

Tahir Kərimli verilişdə daha bir məsələyə aydınlıq gətirib. O, deputatların mənzillə təmin olunması üçün təklif irəli sürmədiyini söyləyib:

“Mən dedim ki, bizə yox, Milli Məclisin adi işçilərinə mənzillər verilsin. Dedilər ki, guya mənzili Tahir Kərimli özünə istəyir. 101 kv metr mənzilim var, bəsimdir. Təbii ki, insan daha geniş evdə yaşamaq istəyir. Götürüb yazdılar ki, Tahir Kərimlinin gözü doymur. Mən nəinki mənzil, əməkhaqqı, deputatların, hər hansı bir vəzifəli şəxsin imtiyaz daşımasına qarşıyam. Olmaz, biz heç kimdən artıq deyilik”.

Tahir Kərimli yaşadığı binanın bir hissəsində əxlaqsızlıq yuvası, hostel açılmasından da bəhs edib. O, bir müddət əvvəl Milli Məclisdə səsləndirdiyi problemin hələ də həll olunmadığını qeyd edib:

“O məsələni həll edə bilmədik. Dəhşətdir. Əvvəl qadınları yaxşı olmayan paltarda görəndə narahat olurduq. Amma biz nələr gördük. Xaricdən gələn kişilər balkona paltarsız çıxırlar. Bizim ailə üzvlərimiz var. Yaşadığımız yer memarlıq binasıdır. Qəti qağandır ki, ora hostelə, otelə çevrilsin. Təəssüf edirəm ki, müraciət etmədiyimiz adam qalmadı. Bizim gücümüz çatmadı, qanundan yüksək olan adam gəlib orada otelini tikdi. Təəssüf ki, bu gün də həmin adamın kimliyini bilmirəm. Əgər men deputat olaraq öz hüquqlarımı həll edə bilmirəmsə, adi adamlar neyləsin? Milli Məclisdə çox yaxşı şərait, kabinetimiz, maaşımız var. Birinci deputatlıq dönəmində dövlətin bütün problemləri Mili Məclisdə həll olunurdu. Sizi inandırım ki, deputatın qarşısında istənilən vəzifəli şəxs məsuliyyət daşıyırdı. İndi isə nəinki nazir, bəzi nazir müavinləri belə hökumət telefonlarına cavab vermir”.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil