"AXCP bu hərəkətə görə Azərbaycan qadınlarından üzr istəməlidir" — Məlahət İbrahimqızı
Siyaset
Oxunub: 532
27 sen 2019 | 17:54
"AXCP bu hərəkətə görə Azərbaycan qadınlarından üzr istəməlidir" — Məlahət İbrahimqızı

“Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var”.
“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsin in sədr müavini Məlahət İbrahimqızı YAP partiyanın Qadınlar Şurasının təşkilatçılığı ilə “Ailə və cəmiyyət: ənənə və məsuliyyət” mövzusunda keçirilən konfransında çıxışı zamanı deyib.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ailə xalqımızın əsas dəyərləri sırasındadır və bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir:

“Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var”.

O əlavə edib ki, ölkəmizdə gender bərabərliyi haqqında mükəmməl qanunvericilik bazası yaradılıb, lakin mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də məişət zorakılığı hallarına rast gəlinir. O, son vaxtlar AXCP rəhbərliyində təmsil olunan bir şəxsin öz həyat yoldaşına və qızına qarşı törətdiyi zorakılğın cəmiyyətdə ciddi etirazla qarşılandığını və pislənildiyini diqqətə çatdırıb. M.İbrahimqızı bildirib ki, hakimiyyətə gəlmək iddiasında olan bir şəxs ailəsində qadınlara işgəncə verirsə, belə adamlar vəzifəyə gəlsə, qadınlara daha çox şiddət göstərər. M.İbrahimqızı vurğulayıb ki, belə şəxslər vəzifəyə gələ bilməzlər: “Avropa ölkələrində hər hansı şəxsi vəzifəyə təyin edərkən onun qadınlara münasibəti də nəzərə alınır. Əgər həmin şəxs qadınlara qarşı pis münasibət göstərirsə, onu qabağa çəkmirlər”.

Millət vəkili bildirib ki, AXCP bu hərəkətə görə Azərbaycan qadınlarından üzr istəməlidir:
“Bu hərəkət Azərbaycan qadınlarının adına bütün dünyada mənfi təsir göstərir. Ona görə də, partiya Azərbaycan qadınlarından üzr istəməlidir”.
Tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında bu hadisənin gündəmin əsas mövzularından olduğunu deyib.
Onun sözlərinə görə, buna səbəb hakimiyyətə iddia edən bir siyasi partiyanın rəhbərliyində olmuş şəxsin öz ailə üzvlərinə qarşı zorakı hərəkətləridir. Bu səbəbdən də, həmin hadisə cəmiyyətdə ciddi qınaq obyektinə çevrilib.

Tədbirdə digər çıxış edənlər də qeyd ediblər ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. Bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi vacib məsələdir.
Sonda konfransda iştirak edən 8 siyasi partiyanın qadın təşkilatlarının rəhbərləri və 30 qeyri-hökumət təşkilatı sədrlərinin adından müraciət qəbul olunub.

Müraciətdə bir daha AXCP rəhbərliyində təmsil olunmuş Fuad Qəhrəmanlının öz həyat yoldaşına və qızına qarşı zorakılıq hərəkətləri qətiyyətlə pislənilib. Müraciətdə həmçinin müəyyən insan hüquq müdafiə təşkilatlarının bu məsələdə susqunluğu da pislənilib. Bu da qeyd olunur ki, həmin xoşagəlməz hadisə əvvəlcədən partiya rəhbərliyinə də məlum olub, bununla belə zorakılğın qarşısını almaq üçün heç bir tədbir görülməyib. Ona görə də, AXCP rəhbərliyi tam tərkibdə istefa verməli və Azərbaycan qadınlarından üzr istəməlidir.

Müraciətdə məlum zorakılıq hadisələri bir cinayət kimi qimətləndirilib və hüquq-mühafizə orqanlarına bu hadisənin ciddi şəkildə araşdırılması və qanun çərçivəsində müvafiq addımların atılması üçün çağırış edilib.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh