"Adama deyərlər ki, bundan danış, sənin Qarabağla nə işin var?" - ATMACA
Siyaset
Oxunub: 529
26 sen 2019 | 17:18
"Adama deyərlər ki, bundan danış, sənin Qarabağla nə işin var?" - ATMACA

Bugünlərdə “Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz müharibəni arzulayırıq” deyən müdafiə nazirimiz Zakir Həsənova, Ermənistanın müdafiə naziri kinayə ilə belə cavab vermişdi: “Qoy arzulasınlar, arzulamaq yaxşıdır…”

Deputat Qüdrət Həsənquliyev isə müsahibələrinin birində bu mövzuyla bağlı maraqlı bir mövqe sərgiləmişdi. Sitat: “Müdafiə nazirini öyrətmək lazımdır ki, hər zaman eyni sözü desin. Başqa açıqlama vermək ona qadağan olunmalıdır. Axırıncı müsahibəsində də dolayısı ilə Rusiyanı qıcıqlandıracaq bir açıqlama vermişdi (red: “Sizi müdafiə edənlər arxanızda dura bilməyəcək”)… Ümumiyyətlə, yaxşı olardı ki, bizim xarici işlər nazirinin özü də açıqlama verməsin. Elə mətbuat xidmətinin rəhbəri, Prezident Adminstrasiyasında müvafiq şöbə ilə razılaşdırılmış açıqlamalar versin. Bu halda bizim işlərimiz daha yaxşı olar…”

Q.Həsənquliyevin bu münasibəti təsadüfi deyil və bəlkə də bu, Azərbaycanın bəzi yüksək rütbəli məmurlarına, onların işinə, bacarığına, savadına verilən ən doğru qiymət və münasibətdir. Həmin sıraya keçmiş “Qaçqınkom” sədri, hazırda baş nazirin müavini postunu tutan Əli Həsənov da daxildir. Görün baş nazirin müavini nə deyir: “Azərbaycan ordusu istəsə Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Bir günə… Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir… Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır…”

Adamdan soruşan lazımdır ki, görəsən əslində “ağzına gələni” kim danışır?

Bu qədər primitiv, savadsız və naşı bir açıqlamanı yalnız illər boyu başı yeyib-yağlanmağa qarışan, nəinki geopolitik anlayışı, təsəvvürü, doğru-düzgün məntiqi, heç olmasa ən azından dövlətin, onun başçısının mövqeyindən belə düz-əməlli xəbəri olmayan Azərbaycan məmuru verə bilər!

Birincisi, bu adama kim ixtiyar verib ki, ölkə başçısının adından danışır? Özü də belə primitiv və insanlarda qıcıq yaradan bir formada. İnanın ki, hansısa ucqar bir kənd məktəbinin ibtidai sinif müəllimi də bu mövzuda daha savadlı fikir yürüdər və bu cür kələ-kötür, bəsit danışmaz.

Bəli, inanırıq ki, Ordumuz bir günəmi, beş günəmi, bir ayamı, bir sözlə, qısa müddətə torpaqlarımızı işğaldan azad etmək qüdrətindədir. Ancaq bunu edə bilməməyimizin səbəbləri bəllidir. Bunun qan tökmək istəməməklə nə əlaqəsi ola bilər? Bütün dünya, aləm bilir ki, heç kim qanla aldığı torpağı qansız geri verməyəcək. Elə 25 ildir saqqız kimi uzanan və heç bir nəticə verməyən danışıqlar da bunun sübutu deyilmi?

“Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin..” Bunu ölkə Prezidenti deyib. Ancaq görünür, Əli Həsənovun bu açıqlamadan xəbəri yoxdur. Varsa da, mahiyyətini anlamır. Bu ifadə həm də onun təsdiqidir ki, erməni əsgərinin qanı tökülməsə və təəssüf ki, biz də itkilər verməsək, nə Ağdam, nə də başqa torpaqlar azad edilməyəcək.

“Geopolitik düha” olan Əli Həsənovun Paşinyanın hakimiyyətə gəlişi və ondan olan gözləntilərə dair sonrakı fikri də başqa bir aləmdir. Onun sözlərindən belə çıxır ki, Azərbaycanın ümidi Ermənistanda hakimiyyət dəyişikliyinə bağlı olub, ancaq heyf ki, Paşinyan da “fal çıxdı”. Bu “böyük diplomata” başa salan lazımdır ki, Azərbaycanın xarici siyasət konsepsiyasında təcavüzkar ölkənin kim tərəfindən idarə edilməsinə, hakimiyyətin hansı siyasi qüvvənin əlində olmasına dair heç bir bənd, müddəa yoxdur. Əksər iri məmurlardan daha çox ölkəsinə, xalqına xeyir verən adi çoban da başa düşür ki, Ermənistanda hakimiyyətdə kim də olsa, o torpaqları bizə xoşluqla qaytarmayacaq. Və heç bir erməni siyasətçi işğal olunan torpaqları danışıq yolu ilə azad edib, öz karyerasını və həyatını təhlükə altına qoymaz.

Ümumiyyətlə, axı nəinki xaricdə, elə Azərbaycanda da kimə maraqlıdır ki, Əli Həsənov Qarabağ məsələsi barədə nə düşünür? Adama deyərlər ki, sən Almaniyadakı biznesindən, yığdığın varidatdan, ya da harınlayıb camaatı tapdalayan nəvənin maşın kolleksiyasından danış. “Qaçqınkom” kimi qaçqın-köçkünün ümid, çörək yeri olaraq baxdığı qurumu korrupsiya yuvasına çevirən birinin Qarabağla bağlı danışmağa mənəvi haqqı varmı? Bunu biz demirik, dövlətin rəsmi qurumu olan Hesablama Palatası deyir ki, 2016-2017-ci illərdə, yəni hələ Əli Həsənovun 20 illik (!) sədrliyinin yoxlama aparılan təkcə bir ilində “Qaçqınkom”da böyük yeyintilər, pozuntular, hətta ölülərin adına yardımlar, müavinətlər yazılaraq, mənimsənilməsi faktları aşkarlanıb. Bununla bağlı materiallar isə Baş Prokurorluğa göndərilib. İndi görün digər 19 ildə nələr olub. Adama deyərlər ki, bundan danış, sənin Qarabağla nə işin var?

Onsuz da ya zəlzələdən, ya vəlvələdən, Azərbaycan vətəndaşının məmurlara, xüsusilə də Əli Həsənov kimi iri çaplılarına münasibəti “sıfırın altındadır”. Və belələrinin hər yersiz, mənasız, ucuz pafos və yalançı vətənpərvərlik şüarlarıyla dolu açıqlamaları həmin münasibəti daha da yerin dibinə soxur. Hələ bəzən bunlar “ali baş komandanın döyüş əmrini gözləyirik”, “ölümə hazırıq” və s. kimi “goplar” da danışırlar. Ancaq belələrinə döyüş əmri yox, sadəcə, ölkə, dövlət, hakimiyyət adından açıqlama verməyi qadağan edib, “sus” əmri vermək lazımdır!/AzPolitika.info/
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh