Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - Sənəd-sübut...
Siyaset
Oxunub: 590
26 sen 2019 | 21:20
Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - Sənəd-sübut...

Millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu üzə çıxıb.
Yenisabah.az xəbər verir ki, bu, Yusif Orucov adlı vətəndaşdır. O, həkim işləyir. Yusif həkim Rafael Cəbrayılovun “borc qalmaqalı” barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və redaksiyamızla əlaqə saxlayıb.

O, bildirib ki, 2015-ci ildə Rafael Cəbrayılova 240 min ABŞ dolları verib. “Biz Rafael Cəbrayılovun Binəqədidə tikdiyi binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi almaq istəyirdik. Bu pulu da onun üçün vermişik. Lakin bir neçə aydan sonra aldandığımızı başa düşmüşük”,- deyə Yusif Orucov bildirib.

Onun sözlərinə görə, dəfələrlə Rafael Cəbrayılovla əlaqə saxlasa da, pulu geri ala bilməyib. “Əvvəllər “bu gün-sabah” deyirdi. Amma sonradan təhqir və təhdidlərə başladı. Təhqiramiz formada deyirdi ki, pulum yoxdur, nə istəyirsən məndən?!” deyən Yusif həkim məsələ ilə bağlı bir sıra dövlət qurumlarına və yüksək vəzifəli şəxslərə müraciət edib:

“Milli Məclisin sədrinə, Daxili İşlər nazirinə, Baş prokurora müraciətlər etmişəm. Lakin müsbət nəticəsi olmayıb. 4 ildir ki, bütün əsəblərim pozulub. 240 min dollar az pul deyil. Amma nə edəsən, kimə deyəsən”.

Şikayətçi məsələ ilə bağlı məhkəməyə müraciət etməyib. Yusif Orucov bunu belə izah edib. “Əvvəla, məhkəməyə müraciət etməyə vaxt yoxdur. Həm də düşündüm ki, müraciət etdiyim şəxslər problemi həll edər. Amma indi baxıram ki, artıq bu məsələ itimailəşib. Xeyli adama borcu varmış. Yəqin ki, mən də pulumu geri almaq müəyyən hüquqi addımlar barədə düşünəcəm”,- deyə şikayətçi bildirib.

Yusif Orucov bağlanmış müqavilənin surətini və kassa mədaxil qəbzini də redaksiyamıza təqdim edib. Sənədlərdən aydın olur ki, müqavilə Yusif Orucovun xanımı ilə Rafael Cəbrayılovun qardaşı Rauf Cəbrayılovun təsisçisi olduğu “Binəqədi-İnşaat MMC-nin direktoru Aqil Mirqasım oğlu Talıbov arasında bağlanıb. Aqil Talıbov Rafael Cəbrayılovun bacısının həyat yoldaşıdır. Müqavilədən aydın olur ki, Orucovlar ailəsinə ödədikləri 240 min ABŞ dolları müqabilində Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 8-in birinci mərtəbəsində 100 kvadratmetr qeyri-yaşayış sahəsi verilməli imiş.Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - Sənəd-sübut...Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - Sənəd-sübut...Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - Sənəd-sübut...Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - Sənəd-sübut...
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi