"Bu erməni təşkilatı Azərbaycanda QHT nümyəndələrini, jurnalistləri, vəkilləri öz şəbəkəsinə cəlb edib" — Sahib Məmmədovdan ŞOK AÇIQLAMA
Siyaset
Oxunub: 533
25 sen 2019 | 16:53
"Bu erməni təşkilatı Azərbaycanda QHT nümyəndələrini, jurnalistləri, vəkilləri öz şəbəkəsinə cəlb edib" — Sahib Məmmədovdan ŞOK AÇIQLAMA

"PİN Azərbaycanda QHT nümyəndələrini, jurnalistləri, vəkilləri öz şəbəkəsinə cəlb edib ermənilərin maraqlarına xidmət edən Avropa təşkilatıdır".
Hüquq müdafiəçisi Sahib Məmmədov Çexiyada qeydiyyatdan keçərək ermənilərin maraqlarına xidmət edən PİN təşkilatı haqqında Azərbaycan cəmiyyətinin bilmədiyi şokedici faktları açıqlayıb.

“Ölkə.Az”ın xəbərinə görə, S. Məmmədov onu da qeyd edib ki, adı çəkilən PİN təşkilatının Azərbaycanda da şəbəkəsi var və həmin şəbəkə təlim adı ilə QHT nümayəndələrini, jurnalistləri, vəkilləri təsir agentinə çevirib, şəbəkəyə qoşmaqla ermənilərin maraqlarına xidmət etdirir.

Onun sözlərinə görə, PİN təşkilatı ermənilərin təşəbbüsü ilə Çexiyada yaradılıb. “Hazırda bu təşkilata de-fakto Azərbaycan xalqına, milli qəhrəmanlarımızı təhqir edən Yaromir Ştaten rəhbərlik edir. Yaromirin ermənilərlə əlaqəsinə gəldikdə, S. Məmmədov deyib ki, 1988-ci ildə Spitakda zəlzələ olanda o, bir qrupla Spitaka yardım gətirib: “Elə ordaca bu bədnam təşkilatı yaradıb. Yaradılan təşkilatın adı möhtaclara xidmət göstəmək olsa da, bunu yaradanların əsl məqsədi başqa olub. Belə ki, adı çəkilən PİN təşkilatı fəaliyyəti dövründə beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud surətdə pozub. Beynəlxalq humanitar hüququn prinsipinə görə humanitar yardım hər iki tərəfə olmalıdır. Məsələn Beynəlxalq Qızıl Xaç Komitəsi belə edir. PİN birinci Qarabağ müharibəsində Xankəndində hospital açıb və yalnız erməni yaralıları müalicə edib. Bu təşkilat “erməni soyqırımını”, “Qarabağın müstəqilliyinin tanınması” ilə bağlı qətnamə layihələri hazırlayıb və Avropa İttifaqı parlamentinə təqdim edib.PİN rəhbərləri, üzvləri dəfələrlə işğal olunmuş ərazilərə səfərlər edib və etməkdə davam edir. Həmin şəxslərin adları Azəbaycanın XİN-in qara siyahısındadır”- S. Məmmədov qeyd edib.
O əlavə edib ki, bu bədnam təşkilatın adı azərbaycanlı körpə girovların orqanlarının ticarətində hallanır: “Bununla bağlı olaraq bir zamanlar Rusiya mediasında yazılar gedib”.

Hüquq müdafiəçisi deyib ki, bu təşkilata rəhbərlik edənlər Azərbaycana xüsusi nifrətləri ilə seçilirlər. “Ən təhlükəli və düşündürcü məqam ondan ibarətdir ki, barəsində danışdığımız bu bədnam təşkilat Azərbaycanda şəbəkə yaradaraq ermənilərin maraqlaırna təmin edən fəaliyyət göstərməkdədir. Belə ki, PİN təlim adı ilə QHT nümayəndələrini, jurnalistləri və vəkilləri öz şəbəkəsinə cəlb edir. Onları müxtəlif vasitələrlə ələ alaraq öz təsir dairələrinə salaraq erməni maraqlarına xidmət etdirirlər. Odur ki, Azərbaycan cəmiyyəti, xüsusən də fəalar belə məsələlərdə diqqətli olmalıdırlar”- hüquq müdafiəçisi qeyd edib.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı