Azərbaycanın, Dağlıq Qarabağın və Ermənistanın maraqlarına cavab verən həll nədir... - TƏHLİL
Siyaset
Oxunub: 492
25 sen 2019 | 18:49
Azərbaycanın, Dağlıq Qarabağın və Ermənistanın maraqlarına cavab verən həll nədir... - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair bəzən bir-birini təkzib edən, yaxud avantürist mahiyyət daşıyıb danışıqların tamamilə dalana dirənməsinə gətirən bəyanatları məlumdur. Bu bəyanatların nəticəsi odur ki, Paşinyanı indi heç Ermənistanın özündə də Qarabağa dair danışıqlar aparacaq səriştəyə malik adam saymırlar və əksinə, onun ölkəni təhlükəli müharibəyə sürüklədiyi haqda həyacan təbili çalırlar. Doğrudan da Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyirsə və Xankəndində “miatsum” şüarını dirildirsə müharibənin alternativi qalmır. Belə olan halda müharibənin başlaması ancaq zaman amilinə bağlı olacaq.

Lakin Paşinyan Qarabağa dair bir tezisi də vaxtaşırı olaraq təkrarlayır ki, onun üzərində ayrıca dayanmaq lazım gəlir. Bu keçmiş müxalifət qəzeti redaktoru, icevanlı Vovanın inqilabçı oğlu deyir ki, münaqişənin həlli Ermənistanın, Dağlıq Qarabağın və Azərbaycanın maraqlarına cavab verməlidir. Və əlavə edir ki, o Ermənistanda bu cür “cəsarətli” danışan, münaqişənin həllinin həm də Azərbaycanın maraqlarına cavab verməli olduğunu deyən ilk siyasətçidir, dövlət başçısıdır. Hansı ki, belə danışdığı üçün Ermənistanda ona hücum edirlər, tənqidlərə məruz qoyurlar.

Nikol Vova oğlu bu bəyanatını növbəti dəfə ABŞ-ın Los-Anceles şəhərində keçirdiyi mətbuat konfransında təkrarlayıb. Deyib ki, Azərbaycan prezidenti İlham Əliyevdən də belə bəyanat gözləyir və əgər rəsm Bakı da belə bəyanatla çıxış etsə o zaman münaqişənin həllinin yolu açılacaq.

Bəs həm Azərbaycanın, həm Ermənistanın və eyni zamanda separatçı Dağlıq Qarabağ regionunun maraqlarına cavab verən həll variantı varmı? Və bu həll variantının konturları nədən ibarət ola bilər? Bakı üçün Paşinyana cavab jesti edib həmin tezisi təkrarlamaq məqsədəuyğundurmu?

Bu suallara cavab vermək üçün şübhəsiz ki, əvvəlcə Qarabağ münaqişəsinin tərəflərinin-Ermənistanla Azərbaycanın və ayrıca olaraq Dağlıq Qarabağ regionunun maraqlarının nədən ibarət olduğunu ayrıd etmək lazım gələrdi. Bunu etmədən Paşinyanın dedikləri sadəcə olaraq beynəlxalq publikada , vasitəçilərdə Ermənistanın “demokratik hakimiyyətinin” konstruktiv yanaşması barədə rəy yaratmağa hesablanmış riyakar cəhd, aldadıcı manevr ola bilər.

Beləliklə, maraqlar barədə danışarkən ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etmək vacibdir. Bu normalara əsasən Azərbaycan ərazilərinin bir hissəsi işğal edilən, ərazi bütövlüyü pozulan tərəfdir. Deməli onun həyati əhəmiyyət kəsb edən maraqları məhz ərazi bütövlüyünün bərpasından, işğal edilmiş ərazilərini geri qaytarmaqdan ibarət olmalıdır və bu, belədir.

Dağlıq Qarabağ regionunun və orada yaşayan erməni əhalisinin maraqlarına gəldikdə isə burada dəqiqləşdirmələrə ehtiyac var. Bu maraqlar nədən ibarətdir? Ermənistan rəhbərliyinin hər addımda təkrar etdiyi kimi, Azərbaycanın tərkibində yer almaqdan birmənalı imtina, nəticədə ya müstəqillik, ya da Paşinyanın dediyi “miatsum”?

Əgər belədirsə o zaman avtomatik olaraq Azərbaycanın maraqlarına cavab verən həll variantı qüvvədən düşür, bu haqda danışmaq tamamilə məntiqsiz görünür.

Yaxud Ermənistanın münaqişədə maraqları nədən ibarətdir? Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamaq və perspektivdə öz ərazisini Azərbaycan əraziləri hesabına genişləndirmək?

Paşinyan əvvəlcə bu suallar barədə öz mövqeyini dəqiqləşdirməlidir. Əgər o Xankəndindəki çıxışına sadiqdirsə deməli bu suallara da müsbət cavab vermiş olur. Belə olan halda “hər üç tərəfin” maraqlarına cavab verən həll variantı sadəcə olaraq mövcud olmayacaq, belə variantı axtarmağa, bu haqda danışmağa dəyməz.

Paşinyanın dediyi kimi “hər üç tərəfin” maraqlarına cavab verən həll variantı isə doğrudan da mövcuddur və bu haqda on illərdir danışılır, təkliflər, planlar irəli sürülür. Bu həll variantının konturları ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipi, eyni zamanda Dağlıq Qarabağ ermənilərinin bu prinsipin pozulmasına gətirib çıxarmayan hansısa formada öz müqəddəratını təyin etməsi, Ermənistanın isə işğal etdiyi ətraf rayonları geri qaytarmaqla Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin, regionun yekun hüquqi statusunun təminat altına alınmasının iştirakçısı olması şərtləri çərçivəsində nizamlana bilər.

Əslində bu şərtlər Minsk Qrupu həmsədrləri olan ölkələrin dövlət başçılarının birgə bəyanatlarında əvvəllər bir qədər yayğın formada da olsa səsləndirilib. Bu bəyanatlarda əsas qeyri-konkretlik ondan ibarət olur ki, öz müqəddəratını təyin etmə hüququnun ərazi bütövlüyü ilə ziddiyyət təşkil etmədiyi ayrıca vurğulanmır. Ermənistan isə “Madrid prinsipləri” adlanan çərçivə sənədində yer alan bu şərtlərdən praktiki olaraq imtina edib. Və indi Paşinyan Azərbaycanın, Dağlıq Qarabağın və Ermənistanın maraqlarına eyni zamanda cavab verən həll variantına tərəfdar olduğunu təkrarlayır. Və Bakıdan da belə jest gözləyir.

Belə olan halda rəsmi Bakı üçün həmin tezisi publik qaydada, lap elə yüksək səviyyədə səsləndirmək problem olmazdı. Bir şərtlə ki, əvvəlcə Paşinyandan “maraqlar” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək mümkün olsun...
virtualaz.org
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər