Sahil Babayev və şübhəli çevrəsi... - İTTİHAM
Siyaset
Oxunub: 485
25 sen 2019 | 23:48
Sahil Babayev və şübhəli çevrəsi... - İTTİHAM

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumu başdan ayağa dəyişir və özününküləşdirir. Miq.Az-a daxil olan məlumata görə, Sahil Babayevin nazirliyin strukturu ilə bağlı hökümətə təqdim etdiyi isrlahatlar paketi olduqca əhatəlidir. Nazirliyin aparatı və Dövlət Əmək Müfəttişliyi Xidməti istisna olmaqla bütün struktur vahidləri publik hüquqi şəxsə çevrilir. Bununla da nazir Sahil Babayev həm inzibatçılıq, həm də maliyyə resurslarından sərbəst istifadə etmə baxımından müstəqillik qazanır.

Maliyyə nəzarəti onun korrupsiyalaşan proqramlarının icrasını çətinləşdirir

Sahil Babayevin ondan əvvəlki dövrlərdə işə götürülən kadrları işdən çıxararkən müqavimətlə üzləşməsi və işə götürdüyü kadrların dövlət qulluğu imtahanlarından keçə bilməməsi onun kadr siyasətini istədiyi şəkildə həyata keçirməsini məhdudlaşdırır. Buna görə də o, həm İşsizlikdən Siğorta Fondunun, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsini istədiyi kimi talan edə bilmir. Bununla yanaşı Nazirliyin maliyyə hesabatlılığı və dövlətin maliyyə nəzarəti onun korrupsiyalaşan proqramlarının icrasını çətinləşdirir. Buna görə də, o nazirliyin Prezident Administrasiyasına, Milli Məclisə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına, Nazirlər Kabinetinə və digər səlahiyyətli qurumlara qarşı hesabatlılığını azaltmaq üçün var gücüylə çalışır.

Sahil Babayev şəhid ailələrindən, Qarabağ qazilərindən, işsiz və yoxsul əhalidən qisas alır

Gənc nazir şəxsi münasibətlərindən və birinci ailəyə yaxın resurslardan istifadə edərək nazirliyin əksər struktur vahidlərini publik hüquqi şəxsə çevirmək və növbəti büdcə ilində nazirliyin maliyyə resurslarını rahat bir şəkildə talan etmək arzusundadır. Sahil Babayev özünü dövlətin sosial siyasətini həyata keçirən və dövlət qayğısına ehtiyacı olan həssas əhali qrupları ilə işləyən bir dövlət orqanının rəhbəri kimi aparmır. O, sanki şəhid ailələrindən, qarabağ qazilərindən, işsiz və yoxsul əhalidən qisas alır.

Nazir ona salam verən fəhləni işdən qovub

Sahil Babayev rəhbərlik etdiyi qurumun əmək kollektivinə qarşı mərhəmətli davranmır. Vəzifə sərxoşluğundan gənc nazirin başı elə dumanlanıb ki, ona salam verən fəhləni işdən qovur və adamı olmayan işçiləri müxrtəlif qanunsuz yollarla sıxışdırıb işdən çıxarır. 23 aprel 2018-ci il tarixdən bu yana Sahil Babayevin müvafiq əmrləri ilə Nazirlikdə qulluq keçən 2000 nəfərə yaxın dövlət qulluqçusunun əmək müqaviləsinə xitam verilib və ya aşağı vəzifələrə keçirilib. Hazırda 900 nəfərə yaxın nazirlik əməkdaşı dövlət qulluğu imtahanlarından keçə bilmədiklərinə görə müddətli əmək müqavilələri ilə nazirlikdə yüksək vəzifələr tuturlar. Bu şəxslər nazir Sahil Babayevin əvvəlki iş yerindən və biznes fəaliyyətindən tanıdığı, eyni zamanda qohumlarının və tanışlarının təqdimatıyla işə götürdüyü kadrlardı.

Sahil Babayevin nazirlikdə apardığı represiyalar və məmur soyqırımı

Sahil Babayevin nazirlikdə apardığı represiyalar və məmur soyqırımı davam edir. Əfsuslar olsun ki, onun davranışları və əməlləri əhalini dözümsüzlük həddinə çatdırsa da, hakimiyyət dairələri bundan narahatlıq keçirmir. Bundan təngə gələn xalq isə məcburiyyət qarşısında qalıb səslərini ölkə rəhbərliyinə çatdırmaq üçün hakimiyyətə daxildən və xaricdən daş atanlara üz tuturlar. Gəncə hadisələri və 19 yanvar mitinqi bunun baris nümunəsidir. Sahil Babayev xalqı üsyana sürükləyir. Onun struktur paketi 10 minə yaxın nazirlik kollektivini və bu nazirliyin xidmətlərindən yararlanan həssas əhali kütləsini hakimiyyətdən incik salmağa yönələn siyasi xəyanətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oliqarx övladlarının hazırlıq kursuna çevrilib. Vəzifəli və imkanlı şəxslər təcrübə və sınaq üçün övladlarını buraya göndərir ki, yaramaz balaları burada səhvi görə-görə düzü öyrənsin. Orada gördüyü səhvləri öz şəxsi bizneslərində təcrübə etməsinlər.

500 min manatlıq avtomobillə işə gəlib 650 manat maaş alan məmur

Təsəvvür edin ki, 650 manat aylıq əmək haqqı olan bir işə Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayevin oğlu Fuad Musayev 500 min manatlıq avtomobillə gəlir. O, özlərinə məxsus biznesdə çalışan xadiməyə öz əmək haqqının bir neçə misli zəhmət haqqı ödəyir. Hələ bu harasıdır! 23 yaşlı Əliyev Sadiq Mürsəl oğluna Nazirlikdə ürəyincə bir vəzifə tapa bilmirlər. Sahil Babayev Mürsəl Əliyevin istəyini nəzərə alıb oğlu Sadiq Əliyev üçün Dövlət Əmək Müfəttişliyi Xidmətində bütün Bakını əhatə edən və daha geniş səlahiyyətləri olan bir vəzifə rica edib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifə tutan Mürsəl Əliyev özünü hər yerdə ölkənin birinci xanımı Mehriban Əliyevanın atası Arif Paşayevin biznes şəriki olaraq təqdim edir və bu münasibətlərdən istifadə edərək idarəçiliyi yarıtmaz övladını Bakının söz sahiblərindən etməyə çalışır. Sadiq Əliyevi Nazirlik kollektivi kərpiçkəsən oğlan olaraq tanıyır. O, bu gündə kərpiç zavodu işlədir və nazirlikdəki kabinetində oturub kərpiç satmaqla məşğuldur. Sadiq Əliyevdə 500 manatlıq işə 500 min manatlı avtomobillə gəlir. Sadiq Əliyevin Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı tərəfindən sünü təbliğatı aparılır. O, dövlətə və dövlətçiliyə xidmət edən savadlı və perespektivli bir gənc kimi ictimaiyyətə təqdim olunur. Halbuki, Sadiq Əliyev ilk olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatına sektor müdiri vəzifəsinə təyin edilmişdi. O, həmin sektorun işini bilmədiyinə görə xidmətin fəaliyyəti qısa müddətdə iflic olmuşdu. Lakin, o işdən çıxarılmaq əvəzinə biraz daha irəli çəkildi. 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəis vəzifəsinə təyin olundu. Buranı da bərbad hala salandan sonra onu daha geniş ərazisi olan 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəis vəzifəsinə təyin etdi. Kərpiçkəsən oğlan buranı da yarıtmaz vəziyyətə salıb.

Korrupsiya və maliyyə fırıldaqçılığı pik həddə çatıb

Sahil Babayev Bakı müfəttişliklərini birləşdirib Sadiq Əliyevi ora rəis təyin etmək niyyətindədir. Gənc nazir Sadiq Əliyevin savadsız, təcrübəsiz və hakim ailəylə bağlarının olmasından məharətlə istifadə edir və öz təbliğatını aparır. Eyni kriteryalarla nazirlikdə yüzlərlə oliqarx övladı xəyallarına qovuşur. Azərbaycanın müstəqillik tarixində Sahil Babayev kimi uğursuz kadr təyinatı həyata keçirilməyib. Nazirlikdə heç bir zaman bu qədər iri həcimli korrupsiya olmayıb. Düzdür bu sahədə əvvəlki illərə nisbətən rüşvət azalıb. Lakin, korrupsiya və maliyyə fırıldaqçılığı pik həddə çatıb.

Qarşı tərəfin fikirləri bizim üçün önəmlidir və onların da bu haqda münasibətini ictimailəşdirməyə hazırıq. //teref.az//
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest