Deputatların ən azı 50 faizinə “qırmızı işıq” - yeni iddialar
Siyaset
Oxunub: 518
24 sen 2019 | 23:43
Deputatların ən azı 50 faizinə “qırmızı işıq” - yeni iddialar

Qəfil növbədənkənar parlament seçkiləri olmayacaqsa, hazırkı Milli Məclisin bir il ömrü qalıb. 2020-ci ilin noyabrında növbəti parlament seçkiləri keçiriləcək. Yayılan xəbərlərə görə, parlamentin hazırkı tərkibinin ən azı yarısından siyasi hakimiyyət narazıdır. Ona görə də növbəti seçkilərdə indiki deputatların ən azı 50 faizi mandatsız qalacaq. Hakimiyyət onların parlamentə düşməsinə “qırmızı işıq” yandıracaq.

Bəs müxalifət düşərgəsi parlamentin tərkibində ciddi dəyişikliklərə ehtiyac olduğunu düşünürmü? Əgər hakimiyyət buna gedirsə, hansı zərurəti, səbəbləri nəzərə alırlar?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, əgər bugünkü parlamentin tərkibinə nəzər salsaq, nəinki deputatların yarısını, hətta 95%-ni heç parlament binasına yaxın buraxmağın düzgün olmadığı qənaətinə gəlmək mümkündür. Bəlkə də müstəqillik dövrümüzün, yumşaq desək, acınacaqlı heyəti parlamentin hazırkı heyəti olub: “Bir nəzər yetirin, elə bir gün olmur ki, hansısa millət vəkili ağzına gələn bir fikir, ya hərəkətlə gündəmi işğal etməsin. Hələ bu günə qədər hansısa deputatın təmsil etdiyi iqtidarı qürurlandıracaq bir çıxışının, ya əməlinin şahidi olmamışıq. Elə ancaq şou-biznes əhli kimi səviyyəsiz qalmaqallarla gündəmə gəliblər. Bu deputatlardan bu xalq daha nələr eşitmədi ki? Biri dedi ”müəllimlər getsin, bənnalıq etsin", biri dedi “Filankəs gəlsin, mən onunla rinqdə boks edim və fikirlərinə görə onu əzişdirim”, biri dedi Şimali Koreya kimi “sosial şəbəkələri ləğv edək, ya da facebooka giriş pasport qeydiyyatı ilə olsun”, biri Rəsulzadəni fərari adlandırdı, digəri obyektinə gələn vergi işçilərini döydürdü, bir digəri də deputat vəsiqəsini girov qoyub borc götürərək ev tikdirir. İndi mən sizə sual edirəm ki, belə bir heyəti saxlamaq və bu qafalı insanlarla normal parlamentarizm mümkünüm? Hələ mən burada millət vəkillərimizin macəralarından kiçik bir hissəni xatırlatdım.

Təbiidir ki, belə bir parlament tərkibi xalqın etimadını qazana bilməz və xalq qarşısında heç bir söz sahibi ola bilməz. İstənilən iqtidara isə belə heyət ancaq və ancaq yük ola bilər, necə ki, elə yükdür. Ola bilsin ki, hakimiyyət növbəti seçkidə belə bir yükdən azad olmaq istəyir. Odur ki, biz AĞ Partiya olaraq buradan Azərbaycan hakimiyyətinə səslənərək bu artıq gülüş obyektinə çevrilmiş, xalqın etibarını itirmiş, öz maraqlarından başqa bir şey düşünmə bacarığından məhrum olmuş şəxslərin də əyləşdiyi parlamenti buraxmağı və təcili olaraq yeni, ədalətli və şəffaf seçkilər keçirməsini istəyirik. Zatən Azərbaycanın real siyasi və sosial sahəsində heç bir rola malik olmayan bələdiyyələrə kimsənin marağı və tələbatı yoxdur. Ona görə də düşünürəm ki, hətta bələdiyyə seçkilərini ertələyib, təcili parlament seçkiləri keçirmək lazımdır. Bununla da köklü, davamlı və səmimi siyasi islahatlara start verilməlidir".

VİP sədri Əli Əliyev isə bildirdi ki, parlament seçici tərəfindən formalaşmalı, cəmiyyətdəki siyasi tabanı əks etdirməlidir. Əgər ölkədə normal seçki olarsa, parlamentin mövcud tərkibinin 95%-ni xalq kənarda saxlayacaq, yəni hakimiyyətin həmin adamları kənarda saxlamasına ehtiyac qalmayacaq. Bu gün ədalətli seçki keçirmənin vasitələrini axtarmaq lazımdır. Demokratik seçki olsa normal da parlament formalaşacaq.

Müstəqil siyasi ekspertlər isə hesab edir ki, əslində dünyada mütləq mənada xalqın iradəsi ilə formalaşan parlament yoxdur. Hətta ABŞ-ı götürsək, konqres nümayəndələr vasitəsilə seçilir və xalqın hər bir fərdinin həmin nümayəndənin lazım olan namizədə səs verib-verməməsini müəyyənləşdirmək imkanı olmur. Yəni onlar nisbi olaraq xalqın iradəsini təmsil edirlər. Elə ölkələr var, geniş tərkibdə, elə ölkələr də var ki, daha az səviyyədə reallaşır. Seçilən partiyalar o demək deyil ki, xalqın iradəsini təmsil eləmək üçün parlamentə düşürlər. Hansı formada təmsilçilikdən asılı olmayaraq, parlament üzvlərinin peşəkarlığı daha vacibdir. Hər bir deputat özünə aid olan dairədə vicdanla seçicinin problemi ilə maraqlansa, cəmiyyət həyatındakı neqativ proseslərlə bağlı mövqeyini ortaya qoysa, müəyyən məsələlərin həlli istiqamətində təklif və təşəbbüslərlə çıxış eləsə, tamam fərqli bir situasiya yaranar və parlamentin nüfuzu artar. Amma bu da olmayanda, müəyyən narahatlıqlar ortaya çıxır. Bütün hallarda xalq prosesin içində olur və iradə ifadə eləməyi aktivlik və vicdanlılığın üzərinə buraxmaq lazımdır. Əgər parlamentdə təmsil olunan deputat bu ölçülərə, meyarlara cavab vermirsə, xalqın yüzdə-yüz səsi ilə seçilsə də, seçicisinə fayda verə bilmirsə, elə iradəni ifadə etməmə mənasına gəlir.
“Yeni Müsavat”
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...