Zümrüd Yağmurun səs yazıları yayıldı: AXCP -ni sübut və dəlillərlə hədələdi (SƏS YAZISI)
Siyaset
Oxunub: 504
24 sen 2019 | 13:00
Zümrüd Yağmurun səs yazıları yayıldı: AXCP -ni sübut və dəlillərlə hədələdi (SƏS YAZISI)

“Sənayın ayağının qırılma, gipsli şəkillərini, raporunu, özümün əlimin qırılmasını, gipsini paylaşacam, dalında dura biləcəksiz? ”

AXCP sədrinin bu günlərdə istefa verən müavini Fuad Qəhrəmanlı “cəbhə”sində sular durulmur.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmura aid səs yazıları yayılıb. Vatsap üzərindən göndərilən səs yazılarından birincisində Z.Yağmur baş verənlərə üsyan edir. Yazar səs yazısını yolladığı şəxsə (kim olduğu bilinmir-red.) sosial şəbəkədə yazdıqlarına görə etiraz edir və aşağıdakıları deyir: “Kama, sənin yazdığını mən oxudum. Çox təəssüf edirəm, yazıqlar olsun. Sən bir qadın idin və hər şeyi də bilirdin. Yazmağa başqa cür cəsarətin yox idisə, mən bunu səndən istəyə bilməzdim. Mən indi başa düşürəm ki, siz cəbhəçilərin ədalət anlayışı qüsurludur. Hamınız bilirdiz ki, Fuad onları edir. İndi dünən mənim uşağımı psixoloji xəstə çıxardılar. İndi də yalançı çıxarmağa çalışırlar. Pes yani. Mənim yanımda-falan olmanızı da istəmirəm. Siz Fuadı seçdiz. Mən buna heç nə demirəm. Amma bu riyakarlıq məni doyurdu. Ona görə də burdan belə status yazıb, sonra da mənə kədər mötərizələri açmağınızı istəmirəm”.

Yayılan ikinci səs yazısında isə Z.Yağmur Türkan Cahangir adlı xanıma müraciət edir. Yeri gəlmişkən, sözügedən səs yazısı da T.Cahangirə aid youtube kanalından “Zümrüd Yağmur AXCP-ni sübut və dəlillərlə hədələdi” başlığı altında yayılıb.

Xanım yazar bu dəfə əlində F.Qəhrəmanlıya qarşı ciddi faktlar olduğunu deyib: “Türkan, sənin belə sağ duyu ilə yanaşmana heyrət etdim. Təşəkkür edirəm. Bəli, Selcanı dünən linc elədilər. İndi də çalışırlar ki, onun yalan dediyini yaysınlar. Məmməd İbrahimə zəng edib dedim ki, sən hardan bilirsən yalan olduğunu? Mənim səbrimi daşırmayın. İndi Sənayın ayağının qırılma, gipsli şəkillərini, raporunu, özümün əlimin qırılmasını, gipsini paylaşacam, dalında dura biləcəksiz? Bu qədər ədalətsizlik, yalan olmaz. Bu qədər kor-koranə təəssübkeşlik olmaz. Edirsizsə edin, amma uşaqlarımı əzdirməyin üzərindən yox”.

İddialara görə, bu səs yazılarını bunda maraqlı olan AXCP üzvləri – səs göndərənlər, ya da göndərilənlər yayırlar.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı