Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM
Siyaset
Oxunub: 543
20 sen 2019 | 17:51
Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM

“Gömrükdə rüşvət və inhisarçılıq olarsa, istefa verəcəm” deyən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdyev uzun illər qurumda rüşvət-korrupsiya-monopoliya sisteminin baş “prorab”ı olub. Bu gün isə gömrük sistemində korrupsiyanın-inhisarçılğın-tayfabazlığın baş memarıdır.

Dia.az xəbər verir ki, nuh.az saytı DGK sədrinin keçmiş və indiki əməlləri ilə bağlı araşdırma yazısının 1-ci hissəsini ictimaiyyətə təqdim edir.

Uzun illər Dövlət Gömrük Komitəsinin ( DGK ) iş adamlarına gömrük bəyannamələri, ciddi hesabat blankları kimi təqdim etdiyi nömrələnmiş adi rəngli vərəqlərin satışını ancaq DGK-nın nəzdində olan Təsərrüfat Hesablı Azərterminalkompleks Birliyi həyata keçirmişdir.

Yəni Azərterminalkopmpleks bəyannamələrin satışı üzrə ölkədə monopolist idi. Həmin dövrdə dəyəri 5-10 qəpik olan kağız parçası, yəni rəngli vərəqlər gömrük bəyannamələri adı altında iş adamlarına 210 manata satılırdı. Kimsə inadkarlıq edib qəbz tələb edəndə 18 manatın qəbzi verilirdi. Yəni iş adamı 210 manat ödəyib əvəzində 18 manatlıq qəbz alırdı və (210 – 18 = ) 192 manat(lar) kimlərinsə cibinə gedirdi.

Gömrük Məcəlləsinin 150-ci maddəsində isə konkret olaraq “Bəyannamə elektron, yaxud da kagız üzərində verilə bilər” yazılsa da DGK ancaq və ancaq kağız üzərində qəbul edirdi. Kağızın hər vərəqi isə iş adamlarına 210 manata başa gəlirdi, yəni satılırdı.

“Dövlət orqanlarında Elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 429 saylı 23 may 2011-ci il tarixli Fərmanına və “Mərkəzi İcra Hakimiyyəti orqanlari tərəfindən konkret sahələr üzrə Elektron xidmət göstərilməsi Qaydalarının və Elektron xidmət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 22.1 bəndinə əsasən isə gömrük bəyannaməsi ancaq elektron qəbul edilməli idi.

DGK isə Prezidentin Fərmanını, Nazirlər Kabinetinin Qərarını heç nəzərə almırdı.Həmin dövrdə dəyəri 5-10 qəpik olan bəyannamə adlı rəngli kağızın iş adamlarına 210 manata satışı uzun illər DGK sədrinin birinci müavini olmuş Səfər Mehdiyevin nəzarətində idi. Yəni Səfər Mehdiyev adi rəngli kağız parçasından bəyannamə adı altında milyonlar qazanırdı. İndi isə Səfər Mehdiyevin DGK-da qurduğu bəyannamə biznesinin mexanizminə nəzər salaq:” Təsəvvür edin 1 500 000 – 2 000 000 bəyannamə yazılsa (idxal, ixrac, tranzit, əlavə vərəqlər də daxil və əgər 18 manatlıq rəsmi qəbz verilsə ) 210-18=192 manatdan ( 1 500 00 * 192 man = 288 000 000 man, 2 000 000 * 192 man = 384 000 000 manat), yəni az qala 300 milyondan yarım milyarda yaxın qanunsuz pul əldə edilirdi. Hətta qəbz verdikləri 18 manatın özü də qanunsuz idi. Bəli, Səfər Mehdiyevin nəzarəti altında 5-10 qəpiklik kağız vərəqi 18 manata sənədləşdirib 210 manata satılırdı.

Kağız vərəqlərdən əlavə “Tərəzi pulu” adı ilə yığılan küllü miqdarda vəsait və “Xidmət göstərmək” adı ilə yığılan pullar isə başqa problemdir. Artıq bəyannamə adı altında 5-10 qəpik dəyəri olan adi rəngli kağız vərəqələrin iş adamlarına 210 manata satmağın mümkün olmadığını görən Səfər Mehdiyev hansı yola əl atdı?

Əgər iş adamı idxal və ya ixrac etdiyi malı elektron formada Elektron hökümət portalında DGK-ya bəyan edirsə, onda Səfər Mehdiyevin qaynı Zeynal Tarquliyevin Təsərrüfat Hesablı Azərterminalkompleks Birliyinə niyə külli miqdarda pul ödəməlidir?

“Qısa idxal bəyannaməsi”ndən yığılan qanunsuz pullar hara gedir? İş adamı bəyannamədəki bir hərif səhvinə görə əlavə olaraq niyə 35 manat 40 qəpik ödəməlidir? Bu barədə növbəti yazıda. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR