Bu fakt Fuad Muradovu zərrə qədər də olsa, narahat etməlidir... - VİDEO
Siyaset / Video
Oxunub: 847
20 sen 2019 | 20:44
Bu fakt Fuad Muradovu zərrə qədər də olsa, narahat etməlidir... - VİDEO

Məlumatlarının etibarlılığına şübhə etmədiyimiz mənbənin Rusiyanın Samara vilayətindən araz.az-ın redaksiyasına ötürdüyü bu videomaterial, murdar antimilli əməllərindən utanmayanlar, doğma Azərbaycan adıyla hər cür iyrəncliyə gedənlər haqqındadır.
Adamı dəhşətə gətirən odur ki, onlardan biri -- Şirvan Kərimov, 15 ildən çoxdur ki, Samaradakı Azərbaycan diasporuna rəhbərlik edir. Millətimin qatı düşməni, Ermənistan adlı murdar bir dövlətə rəhbərlik edən Serj Sarkisyanla sevinclə badə qaldıranlarla dostluq edir. Anlamaq olmur ki, bu tarixi missiyanı yerinə yetirmək, milli qürur və şərəf duyğularından tam məhrum olan belə saxtakar, xain və satqın xislətli "sapı özümüzdən olan baltaya" necə etibar edilib?!
Bu fakt Fuad Muradovu zərrə qədər də olsa, narahat etməlidir... - VİDEO
Həmvətənlərimizin daha çox yaşadıqları çoxmillətli Rusiya Federasiyasındakı bu məyusedici mənzərə, bu gərgin dövrdə daha acınacaqlı şəkildə nəzərə çarpır.
Lakin reputasiyası təmiz olmayan bu təşkilat rəhbərlərinin vicdanları belə ağrımaq bilmir. Yalnız öz mənafeləri üçün çalışan, öz fikir və maraqlarını digər həmvətənlərinin maraqlarından daha vacib hesab edən belə azərbaycanlıların belə bəd əməllərinin acı nəticəsidir ki, bu ölkədəki Azərbaycan diaspor təşkilatlarının birliyinə nail olmaq indiyədək mümkünsüz olub. Məhz belə riyakarların bağışlanmaz günahları ucbatındandır ki, Rusiya kimi nəhəng bir ölkədə Azərbaycan diasporu üçün keçilməz bir ?’bataqlıq’’ yaranıb. Bu keçilməzliyin acı nəticəsidir ki, bu ölkənin bir çox regionlarındakı diaspor təşkilatlarımızın strukturları iflic vəziyyətə düşərək, öz effektivliyini itirib, nüfuzları isə, tamamilə zəifləyib.
Bu fakt Fuad Muradovu zərrə qədər də olsa, narahat etməlidir... - VİDEO
Göstərilən etimadı layiqincə yerinə yetirməyən Şirvan Kərimovun və onun ətrafında toplaşanların simasında xain və satqın nümunəsini aydın görmək olur. Hamı yaxşı bilir ki, bir çox soydaşımızın diaspor təşkilatlarımızdan uzaq düşmələrinin günahkarları da, elə, hər cür cəzaya layiq, milli şərəf və qeyrət daşıyıcısı olmayan belələridir. Bu nəhəng ölkədəki milli diasporumuz Şirvan Kərimov kimi çirkin əqidəli, zəkası kasad insanlardan çoxdan yaxa qurtarmalıdır. Bütün bunlara görədir ki, Azərbaycanın tanıdılmasında rolu hələ də aydın görünməyən diasporumuzun fəaliyyəti indiyədək yaxşı cəhətdən dəyərləndirilmir. Milli dölətçiyilimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliği, həmvətənlərimizin hüquq və maraqlarının müdafiəsi məsələlərində hələ də ciddi şəkildə uduzuruq və bu ciddi sahəyə sərf etdiyimiz bütün enerjimiz illərdir boşa gedir. Nəticədə, getdikcə daha da zəifləyən diasporumuzun nüfuzlu təşkilatlarını belə itiririk. Belələrinin bağışlanmaz günahları ucbatından, möhtəşəm tarixə malik xalqımın şərəf və qürur nüfuzu nədən aşağı enməlidir?!
Bütün ölkələrdəki diasporumuzun işləri ilə daim maraqlanan bir qəzetçi kimi, qəti şəkildə deyirəm ki, xaricdə nüfuz sahibi olan soydaşlarımıza qarşı özümüzünkülərin iyrənc planları əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyaları, belələri tərəfindən düşünülmüş şəkildə ortaya "səpilən qarşıdurma toxumları", eləcə də ortadakı saysız-hesabsız intriqa və ədavətlər diasporumuzun işinin normal inkişafına əngəl yaradan başlıca səbəblərdir. Bu, həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq kimi, milli diasporumuzun tarixinə qara ləkələr vurur. Özünə, ailəsinə, xalqına sayğı duyan hər kəs, Şirvan Kərimov kimilərin mənəviyyatsız, tərbiyəsiz belə bəd və murdar əməllərinə qarşı vaxtında reaksiya göstərməlidirlər.
Azərbaycanın Samara diasporunun taleyi ilə oynayan belə şəxslərin alçaq hərəkətləri bu videomaterialın baş mövzusudur. Baxın və nəticəsini özünüz çıxarın. Özünüz deyin, Rusiya Azərbaycanlıları Liqası adı altında milli maraqlarımız əleyhinə gedən, diasporumuzun imicinə yalnız düzəlməz ziyan vuran belələri hansı cəzaya layiqdirlər?!
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev