“Acından ölən deyiləm”- deyən Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
Siyaset
Oxunub: 464
16 sen 2019 | 09:55
“Acından ölən deyiləm”- deyən Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI

Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır.

Musavat.com xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama ilə gündəm olmuşdu.

Belə ki, Şamaxının Məlhəm kəndində özünə məxsus restoranı işlədən Vidadi Zeynalov bu addımını belə izah etmişdi ki, ac qalmaq fikri yoxdur.

“Rose Park” adlı restorana ümumi nəzarəti özünün etdiyini deyən V.Zeynalov toyuq-cücə saxladığını, taxıl əkdiyini də bildirmişdi: “Acından ölən deyiləm ki?”.
“Acından ölən deyiləm”- deyən Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımı isə göstərir ki, sabiq aparat rəhbəri heç də özünün dilə gətirdiyi kimi kasıblamayıb.

C.Həsənli rəsmi sənədlərə istinadən yazır ki, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və hazırda “Rabitəbank”ın “Mərkəz” filialının direktoru olan kürəkəni Nəriman Muradovun İstanbulun Şişli bölgəsində şərikli inşaat şirkəti var.

Şirkətin adı “PLZ Star Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret Limited”dir.
“Acından ölən deyiləm”- deyən Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI
Şirkət inşaat sektorunda demək olar ki, bütün xidmətləri göstərir.

Şirkətin baş hərfləri “PLZ” oxuculara heç də yad deyil.

Belə ki, “Rabitə işi” çərçivəsində məhkəmə iclasları davam edərkən Vidadi Zeynalovun özünün və ailə üzvlərinin adına olan şirkətlər və əmlaklar haqda musavat.com olaraq məlumat vermişdik.

“Rabitə işi” üzrə istintaq materiallarında yer alan məlumatlar sırasında bir neçə özəl şirkətin nazirliklə əməkdaşlığı diqqət çəkirdi. Həmin şirkətlər nazirliyin tabeliyində olan müəssisələrdə, telefon qovşaqlarında təmir-tikinti işlərinin aparılmasında, poçt xidmətlərinin göstərilməsində iştirak edib. Özü də Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasovun “krışalığı” ilə.Bu şirkətlər arasında diqqət çəkənlər əsasən “Qafqaz-S İnşaat” MMC və “PLZ” MMC idi.

“Qafqaz-S İnşaat” MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub.

“PLZ” MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb. “PLZ” V.Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərflərindən ibarət olub.

MMC-nin faktiki sahibi Vidadi Zeynalov özü olub və mühasibatlığa da o nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da bu formal xarakter daşıyıb.

Rabitə nazirliyində təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı “PLZ” MMC, “Qafqaz-S İnşaat” MMC, “Fərid R” MMC, “Real-Tikinti Quraşdırma” MMC və “Violin Travel” MMC qalib edilib.

Bundan əvvəl isə “PLZ.” MMC nazirliyin müəssiələrinə aid yerli və beynəlxalq poçt daşınması və təmir işləri ilə məşğul olub.

Yerli daşınmalar əsasən Bakı şəhəri ərazisində həyata keçirilib və bütün yerli daşınmaları MMC-nin öz kuriyerləri həyata keçiriblər. Təxminən 7-8 nəfər məktubların daşınması işləri ilə məşğul olub. Beynəlxalq poçt daşınması ilə əlaqədar isə MMC-nin “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzi, 1 saylı Poçt filialı və “Azəreksprespoçt” RM-lə müqavilələri olub, beynəlxalq daşınmalar da məhz həmin təşkilatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.Bakı Apellyasiya Məhkəməsi onun cəzasını azaldıb. Bu ilin mart ayında isə azadlığa buraxılıb.

Onu da qeyd edək ki, Vidadi Zeynalovun özünün və yaxınlarının adına plan fantastik əmlakının sayını da eksklüziv olaraq musavat.com dərc edib.

Məhkəmə istintaqı dövründə Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi. Məlumata görə, Zeynalov dövlətə vurduğu zərəri ödədikdən sonra əmlakları üzərindən həbs qərarı götürülüb.

Həmin siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://musavat.com/news/kriminal/hebsde-olan-vidadi-zeynalovun-fantastik-sayda-mulkleri-43-milyonluq-emlakin-tam-siyahisi-ekskluziv_412271.html
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı