Qarabağ Azərbaycan üçün nədirsə, Krım da Ukrayna üçün odur! - TƏHLİL
Siyaset
Oxunub: 498
13 sen 2019 | 17:50
Qarabağ Azərbaycan üçün nədirsə, Krım da Ukrayna üçün odur! - TƏHLİL

Ötən statusların birində yazmışdım ki, dövlətlərarası münasibətlərdə “mən sənə, sən də mənə” prinsipi işləyir. Məsələn, Azərbaycan XİN Abxaziya separatçılarının keçirdiyi “prezident” seçkisini tanımadığını bəyan etdi, ardınca eyni açıqlama Gürcüstan XİN-dən gələrək Tiflisin Dağlıq Qarabağda keçirilən “bələdiyyə seçkilərinin” tanımadığı vurğulandı.

Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, eyni sözləri Azərbaycanla Ukrayna arasındakı münasibətlərə də şamil etmək olar:

“Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “yerli özünüidarəetmə seçkilərini” tanımadığını və qanunsuz hesab etdiyini bu cümlələrlə vurğuladı: “Sözügedən “seçkilər” Azərbaycan Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini pozur və hüquqi cəhətdən etibarsızdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Bizim mövqeyimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək olmaqdan ibarətdir”.

Buna cavab olaraq eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”ə münasibət bildirib. Leyla Abdullayeva bildirib ki, Azərbaycan XİN Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Leyla Abdullayeva Krımın adını çəkmədən belə bir cümlə işlədib: “Azərbaycan Respublikası Ukrayna hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”.

Azərbaycanın, Gürcüstanın və Ukaynanın dərdi eynidir, bu 3 ölkə separatçılarla mübarizədə bir-birlərinə dəstək vermək məcburiyyətindədirlər. “Sənin separatçın ayrı, mənimki ayrı” prinsipi etibarsız və təhlükəlidir. Dağlıq Qarabağ Azərbaycan üçün nədirsə, Krım və Donbass da Ukrayna üçün odur!”.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...