İrəvan Bakının “Rus NATO-su”na yolunu açdı - Putinin təhdidi
Siyaset
Oxunub: 606
12 sen 2019 | 22:49
İrəvan Bakının “Rus NATO-su”na yolunu açdı - Putinin təhdidi

Ermənistan parlamenti sentyabrın 11-də “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə dəyişiklikləri nəzərdə tutan protokolları ratifikasiya edib. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, düzəlişləri həm də Ermənistandakı siyasi sistem dəyişikliyi zəruri edib, çünki ölkənin rəhbəri artıq prezident yox, baş nazirdir.

Ermənistan parlamentinin təsdiqlədiyi başqa bir protokol “Rus NATO-su”na üzv olmayan dövlət və digər beynəlxalq təşkilatlar üçün bu qurum yanında müşahidəçi statusunu nəzərdə tutur. Həmin protokola görə, müşahidəçi ölkə və təşkilatlar KTMT-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edə, qurumun hərbi-siyasi tədbirlərini izləyə, həmçinin hərbi-texniki əməkdaşlıq imkanları qazana bilərlər. O sırada ortaq təlimləri izləmək və orada iştirak hüququ da var.

Yada salaq ki, Rusiyanın dominant olduğu bu hərbi blokun nizamnaməsinə son dəyişikliklər qurumun keçən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada (Nur-Sultan) keçirilən sammitində bilavasitə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə qəbul edilib. Qalırdı onun üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunması. Ermənistan onların arasında sonuncu idi.

*****

Bir sıra təhlilçilərə görə, Moskva bu dəyişiklikləri ilk növbədə Azərbaycan üçün nəzərdə tutub. Yəni bu yolla Bakını tədricən “Rus NATO-su”na üzvlüyə şirnikləndirmək və Qərbin siyasi-hərbi bloklarından, xüsusən də qardaş Türkiyənin üzv olduğu NATO-dan uzaq saxlamaq hədəfi güdülür. Bundan ötrü müşahidəçi dövlət statusuna qarşılıq olaraq Rusiyadan Azərbaycana silah-sursatların daha ucuz qiymətə satılması da nəzərdə tutulur.

İşğalçı ölkəni əndişələndirən həm də bu idi. İrəvanı əlavə olaraq, Bakının KTMTdaxili durumdan daim xəbərdar olması və bu duruma və üzv ölkələrə müşahidəçi dövlət kimi daha güclü təsir göstərmək imkanı əldə eləməsi də qayğılandırırdı. Onsuz da Azərbaycanın Ermənistan xaric, KTMT üzvləri arasında nüfuzu işğalçı ölkədən - onun üzvündən güclüdür. Bunu 2016-cı ildəki “4 günlük” aprel savaşı da göstərdi. Ermənilər özləri də bu nüfuz fərqini etiraf edirlər.

Lakin direktiv “ən yuxarı”dan - Moskvadan gəldiyi üçün Ermənistan protokolları təsdiq eləməli oldu və bununla da Bakının “Rus NATO-su”na yolunu açmış oldu. Ancaq Bakı “Rus NATO-su”na can atmır və hələlik müşahidəçilik məsələsinə dair mövqe bildirməyib. Üzvlüklə bağlı isə Azərbaycanın prinsipial mövqeyi belədir ki, Qarabağ məsələsinin həllində ciddi irəliləyiş olmayınca işğalçı ölkə ilə eyni hərbi blokda təmsilçilikdən söhbət gedə bilməz. Odur ki, “top” İrəvanın, daha doğrusu, onun sahibi Moskvanın meydanındadır.

*****

Moskva-İrəvan münasibətləri isə “məxməri inqilab”dan sonra heç də isti dövrünü yaşamır - tərəflər bunu gizlətməyə çalışsalar da. Elə KTMT nizamnaməsinə dəyişiklikləri ehtiva edən sənədin ratifikasiya edildiyi gün Ermənistan parlamentində anti-Rusiya, anti-Putin çıxışları səslənib. Belə ki, “Yeni Müsavat” Rusarminfo-ya istinadən bildirir ki, deputat Arman Babacanyan Ermənistanın “suverenliyi”nə ən böyük təhlükənin Rusiyadan gəldiyini bəyan edib.

“Prezident Putin ən ağır cinayətdə - konstitusiya quruluşunu devirməkdə ittiham olunan adamı (Robert Köçəryanı - ”YM") təbrik edir. Bu, bizim suverenliyimizə təhdiddir, ya yox? Yaxud Rusiyanın hüquq-mühafizə sistemi Ermənistanın axtarışa verdiyi keçmiş yüksək çinli şəxsə münasibətdə “özəl davranış” sərgiləyirsə, bu, bizim suverenliyimizə qəsd deyil ki? 1 mart 2008-ci il hadisələrində adı keçən ən mühüm adam - keçmiş müdafiə naziri Mikayel Arutyunyan haqda Rusiya Baş Prokurorluğunun qərarı (Moskva onu İrəvana təhvil verməkdən imtina edib - “YM”) məgər suverenliyimizə qəsd deyil? Konstitusiya Məhkəməsinin sədri Rusiya səfiri ilə görüşür və biz söhbətin məğzi barədə heç nə bilmirik. Az öncə isə bəlli oldu ki, Rusiyanın təbliğat aləti olan “Sputnik” İnformasiya Agentliyi İrəvanın mərkəzində oturub hökumətə etimadsızlıq yaratmaqla məşğuldur. Bu bizim suverenliyimızə təhlükə deyil?" - deyə o sual edib.

Erməni parlamentar əlavə edib ki, bu kimi vəziyyətlərin hamısında Ermənistan tərəfdən Moskvanın ünvanına etiraz kimi bircə söz də deyilməyib. “Çünki cəsarətləri yoxdur, mən isə bu haqda danışacağam”, - deyə o, Rusiyanı təhdid edib.

Qeyd edək ki, bir neçə gün öncə Babacanyan Putinə qarşı cinayət işi qaldırmağa çağırış eləmişdi...

*****

Beləcə, Ermənistan hökuməti və onun parlamentdəki çoxluğu Kremldən həm qorxur, həm də qorxudur. Daha doğrusu, qorxutmağa çalışır. Tamamən Moskvamın vassal asılılığında olan bir ölkədən gələn bu kimi “təhdid”lər gülünc görünsə də, Rusiyanı xüsusi narahat eləməsə də, Moskvada yəqin ki, bunu görməzlikdən də gəlməyəcəklər...
“Yeni Müsavat”
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...