“İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı” – Əli Həsənov
Siyaset
Oxunub: 506
10 sen 2019 | 15:00
“İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı” – Əli Həsənov

“Zənnimcə, “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı”.

Minval.info xəbər verir ki, bu fikirləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk səhifəsində paylaşdığı “Nəsimi – 7 böyük ozandan biri” başlıqlı yazısında qeyd edib.

“50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 – 1417) 600 illik yubileyi keçirilmiş, bununla həm ölkəmizdə, həm də xaricdə onun həyat və yaradıcılığına maraq artmışdı. Ana dilimizdə yaratmış olduğu mükəmməl poeziya nümunələri yüz illər boyunca ozanların, muğam ustalarının dilindən düşməyərək milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verən qüdrətli sufi şairin əlyazmalarının tədqiqi həmin vaxtdan etibarən genişlənmiş, əsərləri kütləvi tirajla çap edilmişdi. Təsadüfi deyil ki, İmadəddin Nəsiminin təbliğində xüsusi yeri olan film də məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətdə olduğu zamanda- İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında rejissor Həsən Seyidbəyli tərəfindən 1973-cü ildə çəkilmiş, baş rolun ifaçısı, o dövrdə gənc olan istedadlı aktyorumuz Rasim Balayevin yaratdığı obraz xalqımız tərəfindən böyük sevgi ilə qarşılanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncama əsasən işıq üzü görən, oxuculara təqdim və ölkə kitabxanalarına hədiyyə edilən nəşrlər arasında, heç şübhəsiz, Nəsiminin əsərləri də yer almışdı. Hər kəsə o da yaxşı məlumdur ki, dövlət başçımız Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq içərisində olduğumuz 2019-cu ili “Nəsimi ili” elan edib. Prezidentin bu sərəncamından irəli gələrək il ərzində xalqımızın ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş şair haqqında çox sayda elmi və mədəni tədbir keçirilib, araşdırmalar aparılıb, o cümlədən kütləvi informasiya vasitələrində sanballı məqalələr dərc olunub.
Tədbirlər davam edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu barədə yayılan açıqlamadan xəbərdarsınız ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və könüllü gənclər qoşulacaqlar.

Zənnimcə, “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı.

Müntəzəm olaraq Azərbaycana gələn, ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi- şeir, incəsənət və mənəviyyat festivalında iştirak etmiş Sami kimi məşhur, açıq konsertlərinə yüz minlərlə tamaşaçı toplanan bir sənətçinin klassik poeziyamızın pərəstişkarı olması, mənəvi dünyamızın incilərini yeni və peşəkar formada bütün dünyaya yayması, əlbəttə, təqdirə layiqdir. Onun xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, xanəndə Təyyar Bayramovun, digər sənət adamlarımızın ifasından, bacarığından uğurla yararlanaraq hazırladığı parçanı internetin verdiyi imkanlar sayəsində işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı.

Odur ki, türk dünyasının 7 böyük ozanından biri sayılan Nəsiminin “Sığmazam” rədifli qəzəlinin bu cür ecazkar, ovsunlayıcı musiqiyə çevirilməsinə əmək sərf etmiş hər kəsə təşəkkür edir, böyük məmnuniyyətlə videosunu sizlərlə- öz Facebook dostlarımla paylaşıram. Paylaşıram həm də ona görə ki, Heydər Əliyevin və İlham Əliyevin Nəsimi kimi tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi cəmiyyətimizin və bütün dünyanın nəzərində ucaltmaqla standart məkan qəliblərinə sığmadıqları barədə qənaətimi bir daha sizlərlə bölüşüm”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib