Paşinyan Qarabağa dair yeni utopik tezislər irəli sürdü
Siyaset
Oxunub: 486
2 sen 2019 | 09:37
Paşinyan Qarabağa dair yeni utopik tezislər irəli sürdü

Ermənilər elə birlik və güc nümayiş etdirməlidir ki, istənilən mümkün düşmən Ermənistana qarşı hərbi addımlardan bəribaşdan imtina etsin.

Virtualaz.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağ münaqişəsinin həlli yollarından danışarkən bu utopik tezisi irəli sürüb.

Bundan əvvəl Paşinyan Xankəndində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” demişdi və Ermənistanın 2050-ci ilə qədər elə inkişaf hədəflərini açıqlamışdı ki, hətta öz tərəfdarları belə ona inanmamışdı. Bura Ermənistan əhalisinin 4 milyon nəfər çatdırılması, maaşların, ÜDM-in, səhiyyə və hərbi xərclərin 10 dəfəyədək artırılması kimi utopik məqsədlər daxil idi. Paşinyan bu fantastik hədəflərə necə çatmaq yolları barədə heç nə deməmişdi.

Bir neçə gün əvvəl isə o, guya münaqişənin etimologiyasını əsaslandıra bilmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə etmişdi. Hansı ki, sovet dövründə heç bir muxtariyyətə daxil olduğu respublikanın tərkibindən çıxmaq hüququ verilməmişdi. Müttəfiq respublikalar isə SSRİ-nin tərkibindən çıxmaq hüququna formal da olsa malik idilər.

İndi isə Paşinyan Fransada nəşr edilən erməni jurnalı “Nouvelle d’Arménie”-ə verdiyi müsahibədə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə hərbi və ya diplomatik müstəvidə mümkün deyil. “Bizdə münaqişə var və o nizamlanmayıb. Əgər biz xalqıqsa və strateji düşüncəyə malikiksə, hansı ki, mən buna əminəm, o zaman biz məsələni qısa müddətdə, bir neçə günə həll edə bilmərik. Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyası lazımdır. İlk növbədə zəruridir ki, Ermənistan iqtisadiyyatı və cəmiyyəti rəqabət qabiliyyətli olsun, daimi inkişaf yoluna çıxsın”,-o deyib.

Onun sözlərinə görə, məsələnin həlli üçün geniş kombinasya lazımdır, bunun mərkəzində isə rəqabət qabiliyyətli iqtisadyyat, güclü cəmiyyət və yüksək texnologiyalar dayanmalıdır.

“İdeya bundan ibarətdir ki, bizim mümkün rəqiblərimizə bunu nümayiş etdirək: xalq olaraq biz o qədər birik və cəmiyyət olaraq o qədər səfərbər olunmuşuq ki, dövlət kimi o qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır, çünki bunun yeganə nəticəsi məğlubiyyət olacaq”,-Vovanın oğlu Nikol belə deyib.

Paşinyanın hakimiyyətə gəlişindən bu yana Qarabağ məsələsiinə dair çox vaxt bir-birini təkzib edən, əsasən pafosa və əlçatmaz xəyallara söykənən tezisləri artıq onun qeyri-ciddi siyasətçi obrazının formalaşmasına səbəb olub. Belə görünür ki, bu adam köhnə peşəsindən-90-cı illərə xas olan hay-küylü, pafoslu jurnalistika vərdişlərindən əl çəkə bilmir. Və həmin vərdişləri hər addımda öz siyasətində əks etdirir.
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO