ABŞ-ın Ermənistana maliyyə yardımını kəsməsinin səbələri — Politoloqların şərhi
Siyaset
Oxunub: 530
24 avq 2019 | 13:15
ABŞ-ın Ermənistana maliyyə yardımını kəsməsinin səbələri — Politoloqların şərhi

ABŞ işğal edilmiş Dağlıq Qarabağ bölgəsində “The HALO Trust” təşkilatı tərəfindən aparılan fəaliyyətə maliyyə dəstəyini dayandırıb. Ermənistan və ABŞ-dakı erməni lobbisinin cəhdlərinə baxmayaraq, təşkilatın yenidən işğal olunmuş ərazilərdə mina təmizlənməsinə maliyyə vəsaiti ayırmaq niyyətində deyil. ABŞ və “The HALO Trust”təşkilatının ermənilə pul ayrımamasının səbəblərini politoloqlarla aydınlıq gətirməyə çalışdıq.
Politoloq Mübariz Əhmədoğlu “Ölkə.Az”a açıqlamasında deyib ki, Azərbaycan qarşısına hansı hədəfi qoyursa, ona nail olur.

“Bu da Azərbaycanın yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsidir. Azərbaycan hökumətinin ABŞ-la apardığı sıx əməkdaşlığın nəticəsidir ki, “The HALO Trust”təşkilatı separatçı rejim də mina təmizlənməsinə vəsait ayrımaq istəmir. Bu gün Azərbaycan tərəfinin yürütdüyü siyasət nəticəsində xarici investorlar nəinki Dağlıq Qarabağdakı işğalçı rejimin ərazisindən, eyni zamanda Ermənistandan getməyə üz tutublar. Artıq Ermənistan onlar üçün sərmayə qoyuluşu cəhətdən perspektivsiz bir ölkəyə çevrilib”- M.Əhmədoğlu deyib.

Konkret olaraq “The HALO Trust”təşkilatına gəldikdə, politoloq deyib ki, bu təşkilat təkcə orada mina təmizlənməsinə yox, eyni zamanda separatizm və işğalçılıq siyasətinin möhkəmlənməsinə, onun beynəlxalq aləmdə dəstəklənməsinə dəstək verən bir qurum idi. İndi istər ABŞ, istərsə də adıçəkilən təşkilatın ermənilərə maliyyə vəsaitinin ayrımamasının bir səbəbi var, bu da ondan ibarətdir ki, artıq Amerikada da ermənilərin işğaçılıq siyasətinin mahiyyətini anlayırlar. Bunun dünyanın təhlükəsizlik arxitekturasına, xüsusən də Vaşinqtonun maraqlarına necə zərbə vurduğunun fərqindədirlər. Ona görə də maliyyə yardımını dayandırıblar”- M.Əhmədoğlu qeyd edib.

Politoloq İlqar Vəlizadə isə bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra ölkələrin maliyyələşdirməsi ilə bağlı prioritetləri də dəyişib. “Ümumiyyətlə Tramp hakimiyyəti USAİD proqramı çərçivəsində xarici ölkələri maliyyələşdirməsini minimuma endirib. Məqsəd də ondan ibarətdir ki, ayrılan maliyyə vəsaitlərinin ABŞ-ın maraqlarına nə qədər xidmət edib, hansı dividentləri gətirib. Ermənistana ayrılan maliyyə vəsaitinin ayrılmasının kəskin surətdə azalmasının səbəbi bununla əlaqədardır”- politoloq deyib.
İ.Vəlizadə əlavə edib ki, Tramp hakimiyyəti əksinə onun maraqlarını təmin oldunduğu ölkələrə maliyyə vəsaitini artırıb. “Azərbaycan da ABŞ-ın maliyyə yardımını artırdığı ölkələrdəndir. Çünki Azərbaycandan Əfqanıstana tranzit ölkə kimi istifadə olunur. Yəni Azərbaycan üzərindən Əfqanıstanın təchizatı baxımından müxtəlif təyinatlı yüklər daşınır. Azərbaycan Əfqanıstanda sülhün təmin olumasında müstəsan rol oynadığından, ABŞ üçün böyük əhəmiyyət kəsb etdiyindən, maliyyə yardımını artırıb. Lakin Ermənistan ABŞ-ın maraqlarını təmin edən proseslərdə iştirak etmədiyindən, ona maliyyə vəsaiti ayırmağa lüzum görmür”- ekspert bildirib.

Politoloqun sözlərinə görə, ABŞ rəsmiləri və bölgənin yaxşı tanıyanlar bilir ki, Ermənistana ayrılan pullar təyinatı üzrə istifadə olunmur: “Onlar yaxşı bilir ki, ayrılan pullar təyinatı üzrə deyil, ayrı-ayrı insanların, siyasi elitada olanların ciblərinə gedir. Ayrılan pulların nəticə vermədiyindən bu ölkəyə maliyyə yardımı etməkdən imtina edir”.

Erməni lobbisinın cəhdərinə baxmayaraq, Ermənistana pul ayrılmamasının səbəblərinə gəldikdə ekspert bildirib ki, artıq erməni lobbisi də acizlik çəkir. “Artıq ABŞ konqresində erməni lobbisinin də təsiri və irəli sürdüyü arqumentlərin kəsərliliyi azalır. Erməni lobbisi Konqresə təsir edə bilmədiyindən Ermənistana maliyyə vəsaitinin ayrılmasında aciz qalırlar. Yəni, ABŞ artıq boş yerə pul xərcləmək istəmir”- politoloq qeyd edib.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh