ATƏT azərbaycanlıların işğal edilmiş ərazilərə qayıtmaq hüququnu təsdiq etdi
Yekun bəyannamə qəbul edilib
ATƏT-in Parlament Assambleyası (PA) iyulun 5-9-da keçirilən Helsinki sessiyasının nəticələri üzrə yekun bəyyanamə qəbul edib.
Trend xəbər verir ki, bəyannamə münaqişələr nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna əhalisinin təhlükəsizliyin və şərəf və ləyaqətə hörmətin təmin edilməsi şərtilə evlərinə qayıtmasının ayrılmaz hüquqları olduğunu bir daha təsdiq edir. Həmçinin bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi şəraitlərin yaradılmasının zəruriliyi vurğulanır.
Yekun bəyannamənin 4-cü maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə nizamlanması üzrə səylərin fəallaşdırılmasının, güc tətbiqindən çəkinməyin və ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmanın zəruriliyi qeyd edilir.
Bəyannamə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişələrin bu ölkələrin bütün əhalisi üçün sabit, firavan və demokratik gələcəyin təmin edilməsi məqsədilə Helsinki Yekun Aktının və beynəxalq hüququn prinsiplərinə riayət etməklə uzunmüddətli sülh yolu ilə həllinin axtarışı üzrə səyləri dəstəkləyir.
Yekun bəyannamə münaqişənin toxunduğu bütün tərəfləri, o cümlədən Azərbaycana da toxunan münaqişələrin hərtərəfli və siyasi nizamlanmasına nail olmaq naminə, xüsusilə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə aid beynəlxalq norma və prinsiplər əsasında danışıqlar yolu ilə həlli axtarışlarında xoş niyyətlə iştirak etməyə çağırır.
Xatırladaq ki, ATƏT-in Parlament Assambleyasının iyulun 7-də Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. 19 maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi