“Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... - Elman Babayev yazır...
Siyaset
Oxunub: 576
19 avq 2019 | 18:50
“Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... - Elman Babayev yazır...

Demək, bu prosesdə o, yetərincə gücsüz, cəmiyyətin qarşısına cıxmağa sözsüz, qələbəyə yaxın olmağa imkansızdır

Siyasi mübarizəni sosial şəbəkələrə daşıyan, bu şəbəkənin yaratdığı hüdudsuz sərbəstliklərdən bəhrələnən müxalif siyasi spektr cəmiyyətdə gərginlik ab-havasını daha da artırmaq üçün etdiyi cəhdləri bir az da intensivləşdirib. Hakimiyyətin atdığı addımlara, həyata keçirdiyi islahatlara göstərilən kəskin münasibət heç bir obyektivliyə söykənmir; yalnız radikallıq niyyətlərinə xidmət edir. Birmənalı belədir!

Məsələn, bir müddət öncə ayrı-ayrı kənd təsərrüfatı məhsullarında müşahidə edilən qiymətlərin müvəqqəti artımı məsələsindən müxalifət öz nəfinə siyasət qurmağa cəhd etdi. Ayrı-ayrı sosial narazılıqları bir arada toplayıb, real hərəkətə çevirmək təşəbbüsləri göstərildi. Nəticə? Nəticə yoxdur! Müxalifət məyus duruma düşdü.

Bundan başqa, şifahi bəyanatlarda, media açıqlamalarında sosial-iqtisadi islahatlardan, qiymət siyasətindən narazılıq özündə emosionallıq daşısa da, ortaya heç bir hərəkətlənmə, real etiraz çıxmadı.

Müxalifətin Qarabağ münaqişəsi, Keçikçi Dağ məsələsi ətrafında da siyasi manipulyasiyalar etmək cəhdləri, hakimiyyəti bu məsələlərin həllində ləkələmək üçün qurduqları kampaniyalar nəticə vermədi.

Müxalifətin cəmiyyəti maksimum radikallaşdırmaq, onu hakimiyyətin üzərinə qaldırmaq cəhdlərinin boşa çıxmasının bir sıra mühüm səbəbləri var. Nədir onlar ?

Təbii ki, ilk növbədə xalqın mövcud hakimiyyətə inamı xüsusi vurğulanmalıdır. Reallıq ondan ibarətdir ki, siyasi müstəvidə iqtidara alternativ ola biləcək qüvvə yoxdur. Cəmiyyət mövcud hakimiyyətə inanır və öz sabit, firavan gələcəyinin bu hakimiyyətlə bağlı olduğuna əminlik daşıyır.

İkincisi, hakimiyyətə iddialı şəxslərin keçmişləri, vaxtilə təmsil olunduqları hakimiyyətin 1 illik fəaliyyəti dövründəki buraxdıqları səhvlər unudulmayıb. Həmin səhvlərin doğurduğu açı nəsticələr, onların aradan qaldırılmasına sərf olunan zaman xatirələrdən silinməyib.

Üçüncüsü, ictimaiyyət istər daxildə radikal müxalifət kimi tanınan, istərsə də xaricdə məskunlaşıb öz dövlətini və Azərbaycan hakimiyyətini hədəf götürən “mühacirlər”in fəaliyyətini təqdir etmir. Ona görə ki, bu fəaliyyət yalnız şəxsi mənafe və daha çox maddiyyat əldə etmək uğrunda qurulub.

“Sosial şəbəkə müxalifəti”nin milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atdıqları, siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ etdikləri danılmaz faktdır. Söyüş söyməklə cəmiyyətdə radikallığı pik həddə çatdıracaqlarını düşünənlər heç bir halda ictimai dəstək qazana bilməzlər.

Beləliklə, “Sosial şəbəkə müxalifəti”nin yaratdığı gərginliyin ömrü elə sosial şəbəkədə canlı yayımın ömrü qədərdir, bundan o tərəfə keçə bilmir.

Görünən reallıq həm də odur ki, cəmiyyətdə radikallığın yüksəlməsini hədəfləyən müxalifətin bəlli qanadı nə qarşıdan gələn bələdiyyə, nə də parlament seçkilərinə qatılmaq haqqında düşünmək istəyir. Təbii burası da aydındır: Çünki bu prosesdə o yetərincə gücsüz, cəmiyyətin qarşısına cıxmağa sözsüz, qələbəyə yaxın olmağa imkansızdır. Ona görə də radikal müxalifət özünü seçkidənkənar hadisələrə kökləyib və daha asan müstəvi olan sosial şəbəkələrdə hay-küylə, qışqırmaqla, iftira və yalanla mübarizə yolunu tutub.

Radikal müxalifətin mübarizə taktikaları kasad və sistemsizdir; addımları ittihamlara adekvat deyil. Sadəcə gərginlik imitasiyası ilə məşğul olan müxalifət bu imitasiyadan faydalana bildiyi qədər faydalanmağa çalışır. Fəqət ictimai dəstəyin olmaması, ayrı-ayrı narazı qrupların belə müxalifətə meyillənməməsi radikal müxalifətin yürütdüyü taktikanın uğursuzluğunun əyani göstəricisidir.

Müxalif düşərgənin iqtidarla kəskin ziddiyyətə girməyə, ölkədə anti-demokratik mühitin yaranması ilə bağlı ictimaiyyətə həyəcanlı mesajlar verməyə, beynəlxalq təşkilatların diqqətini cəlb etməyə, bununla da müəyyən siyasi dividentlər qazanmağa, öz reytinqini əsas rəqibin reytinqi ilə müəyyən qədər balanslaşdırmağa etdiyi bütün cəhdlər uğursuzluğa məhkumdur. Həmişə olduğu kimi...
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı