Sərkisyan Qarabağda təxribatlara hazırlaşır

Ermənistanda keçirilən etiraz aksiyaları getdikcə daha da geniş vüsət alır
ANS PRESS-in məlumatına görə, ukraynalı politoloq Vladimir Fesenko hesab edir ki, elektrik enerjisinin qiymətinin artımına qarşı iyunun 19-dan başlayan kütləvi aksiyalar Ermənistan prezidenti Serj Sarkisyanın yürütdüyü istər daxili, istərsə də xarici siyasətində böyük səhvlərin olmasından xəbər verir.
Onun sözlərinə görə, Ermənistanda aksiyaların keçirilməsi ən yaxın tərəfdaşı olan Rusiyanın diqqətini Donbasdan ayıra bilməyəcək: “Ermənistan geosiaysi baxımından Rusiyadan çox asılıdır. Ermənistanda dəhşətli nəsə baş verməlidir ki, rəsmi Moskva diqqətini Donbasdan ayırıb İrəvana yönəltsin. Amma Rusiya Ermənistana qoşun yeritməyəcək. Onsuzda Ermənistanda hərbi bazaları var və bundan istifadə edəcək”.
Ermənistanda davam etdirilən etiraz aksiyalarını Kiyevdəki Maydan hərəkatı ilə eyniləşdirən politoloq Aleksey Qaranın şərhi isə diqqət çəkib. Onun sözlərinə görə, vəziyyət daha da gərginləşərsə, Ermənistan hökuməti ölkədəki aksiyaların qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edəcək.
“Cənubi Qafqazda Ermənistanın düşmən obrazında gördüyü Azərbaycan var. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsindən erməni müxalifətinə qarşı istifadə edilməsi ehtimalı böyükdür. Yəni Qarabağda döyüşlər yenidən başlayacaq. Hakimiyyət o dəqiqə milli təhlükəsizlik məsələsini ortaya ataraq ölkədə etiraz aksiyaları keçirən müxalifəti Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandıracaq. Bununla da Sarkisyan rejimi müxalifəti gözdən salmağa çalışacaq”.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu yaxınlarda Naxçıvan sərhəddində olarkən Qarabağda vəziyyətin gərginləşə biləcəyi haqqında açıqlama vermişdi. “Avropa Oyunları bitəndən sonra Azərbaycan sərhəd ərazilərdə və Qarabağda vəziyyəti kəskinləşdirə bilər. Məncə, Oyunlardan sonra Azərbaycan bu ərazilərdə gərginliyi artıracaq”, – deyə Seyran Ohanyan bildirmişdi.
Son günlər Ermənistan tərəfi cəbhə xəttində döyüşlərin getdiyini və itkilərin olduğunu da bildirir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin bu iddialarına sərt reaksiya verərək bildirir ki, bu məlumatlar dezinformasiya xarakteri daşıyır
“Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən İrəvanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır”.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi