Ramiz Zeynalov vəzifəsindən alınacaq -Bu səbəblərdən
Siyaset
Oxunub: 641
7 avq 2019 | 22:43
Ramiz Zeynalov vəzifəsindən alınacaq -Bu səbəblərdən

Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi cəmiyyətdə müsbət qarşılanmaqla paralel, müəyyən gözləntiləri də zəruri etdi. Məlumdur ki, mediada yer alan əksər mülahizələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun istefaya göndərilməsinin zərurəti əks olunur. Bəs bu istefa ilə bağlı mülahizələr nədən qaynaqlanır və nə dərəcə də əsaslıdır?

Yenixeber.org olaraq bu suallara aydınlıq gətirməyə çalışdıq. Əvvəla, daxili işlər naziri postunda 71 yaşlı Ramil Usubovu 51 yaşlı Vilayət Eyvazov əvəz etdiyi kimi, nazirliyin digər rəhbər postlarında da yaşlı kadrların gənclərlə əvəzlənməsi kimi bir gözlənti var. 1970-ci il təvəllüdlü Seyfulla Əzimovun Daxili İşlər nazirinin birinci müavini təyin olunması, 1968 -ci il təvəllüdlü Əbülfət Rzayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunması qeyd etdiyimiz gözləntiləri stimullaşdıracaq faktorlardır. Bu iki təyinat göstərir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyində daha gənc kadrların önə çəkilməsi davam edəcək.

Bu zaman ilk diqqəti çəkənlərdən biri isə heç şübhəsiz ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. Cənab Zeynalovun 68 yaşı bir neçə ay əvvəl tamam olub və düz 25 ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir. Xatırladaq ki, Ramiz Zeynalov məhz 1994-cü ilin bu ayında Baş Dövlət Yol Polisi İdarəsinin rəisi təyin olunub. 25 il ərzində Ramiz Zeynalovun fəaliyyəti ilə bağlı ictimai rəy yumşaq desək birmənalı deyil. İlk öncə onu qeyd edək ki, Dövlət Yol Polisi sovet sisteminin ən çox korrupsiyalaşmış sistemi olan Dövlət Avtomobil Müffətişliyinin şinelini üzərindən ata bilsə də, prinsipləri dəyişməz oldu. Dövlət Yol Polisində ümüd edilən islahatların olmaması səbəbindən narazılıq kütləviləşdi. Kütləvi dediyimiz narazılıq isə bu qurumun bütün fəaliyyət sahələini əhatə edir: istər patrul xidmətləri olsun, istərsə də, qeydiyyat-imtahan şöbələri.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin fəaliyyət dairəsi çox genişdir. Bu dairədə sürücülük vəsiqələrinin verilməsi, mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatına alınması, nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi kimi vəzifələr sıralanır. Bu vəzifələr Bakı və Naxçıvan Muxatar Respublikası istisna olmaqla 11 qeydiyyat-imtahan şöbəsi tərəfindən həyata keçirilir. Onların hər biri ilə bağlı mediada kifayət qədər tənqidi fikirlərə, bəzən isə daha da sərt ittihamlara rast gəlinir.Bu narazılıqlarla bağlı konkret faktlara istinadla qarşıdakı günlərdə ətraflı yazacağıq.
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU