“Episentr”i Qarabağdan sərhədlərə keçən təxribatlar: - İrəvan yeni planın icrasına cəlb olunub
Siyaset
Oxunub: 542
3 avq 2019 | 23:17
“Episentr”i Qarabağdan sərhədlərə keçən təxribatlar: - İrəvan yeni planın icrasına cəlb olunub

Ölkə sərhəddən başlayır. Sərhədin güclüdürsə, səsin daha gur çıxacaq. Düşmənin böyük həvəslə sərhədinə qədər qaçacaq, amma həvəsi sənin sərhədlərində puç olub gömüləcək. Vəziyyət elə gətirib ki, Azərbaycan öz tarixi torpaqları ilə “həmsərhəd” olmaq məcburiyyətində qalıb. Dörd bir tərəfdən öz torpaqlarımızla əhatə olunmuşuq – şimal da, cənub da, qərb də tarixən öz ərazilərimizdir, alınmış haqqımızdır.

Ancaq bu azmış kimi, son zamanlar mövcud dövlət sərhədimizdə müxtəlif təxribatlarla qarşılaşırıq. Bu sırada İranın Azərbaycana qarşı təxribatlarının çox şahidi olmuşuq. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. 2001-ci ildə “Türk ulduzları” pilotlarının Azərbaycan səmasında həyata keçirdikləri nümunəvi uçuşlardan misilsiz dərs alan İran o dövrdən bəri özünü xeyli yığışdırıb.

Rusiya ilə sərhədimiz isə çox iqtisadi xarakterli problemlərlə yadda qalıb. Sərhəddə dəfələrlə yaranmış problemlər azərbaycanlı sahibkarların iri məbləğdə maddi zərərə düşmələri ilə nəticələnib. Bu problemlər həmişə olub, indi də var, yəqin ki gələcəkdə də olacaq.

Türkiyə ilə çox da geniş ərazini əhatə etməyən hüdudlarımızın problemi isə fərqlidir. Konkret desək, örnəksiz münasibətə malik olan Azərbaycan-Türkiyə əlaqələrinin dərinləşməsi müəyyən ölkələri dərindən narahat etməkdədir. Məsələn, Türkiyə ilə viza rejiminin aradan qaldırılması ərəfəsində müəyyən əks hərəkətlənmələr baş qaldırdı.

Türkiyə vətəndaşları üçün viza rejiminin qaldırılmasından sonra ölkənin daxilindəki bəzi çevrələr eyni addımın İran vətəndaşları üçün tətbiqinə yönəlik çağırışlar etməyə başladılar. Halbuki Türkiyə ilə İranın Azərbaycana münasibətlərindəki fərqi hər hansı müqayisə aparmadan da, görmək çətin deyil.

Bəs Gürcüstan? İndiki mövcudluğu üçün ilk növbədə Azərbaycana borclu olan Gürcüstandan xəyanətə bərabər davranışlar görməkdəyik. Yəni Gürcüstanın indiki hakimiyyəti Azərbaycana “minnətdarlığını” əl atdığı təxribatlarla bildirməyə cəhd göstərir. Gürcüstanı ndiki ağır vəziyyətində Azərbaycana qarşı təxribatlara sövq edən nədir?

Kimsə düşünə bilər ki, məlum sərhəd təxribatı Gürcüstan hakimiyyətinin iradəsindən kənar baş verir. Bu ehtimalı nəzərə alsaq belə, ortaya zəruri suallar çıxır. Qonşu ölkənin rəhbərliyi nəyə görə Azərbaycanla münasibətləri kəskinləşdirə biləcək aksiyaların qarşısını almır? Əksinə, Gürcüstan prezidenti “Keçikçidağ” məsələsini qabartmaqla, indi yaşanan təxribatların əsasını qoymuş oldu.

Yeri gəlmişkən, gürcülərin “Keşikçidağ” təxribatı Azərbaycan ictimai rəyində də ikitirəlik yaratdı. Hətta bir çoxları gürcü təxribatına adekvat qarşılıq verilmədiyinə görə Dövlət Sərhəd Xidmətini (DSX) sərt şəkildə ittiham etdi. Hətta o iradlar elə sərt formada bildirildi ki, sanki həmin təxribatı bizim DSX qəsdən törədib.

İndi isə son günlər Ermənistanla sərhəddə, daha dəqiq desək DSX-nin nəzarət məntəqələrində anlaşılmaz qarşıdurmalar yaşanır. İşğalçı ölkənin hərbçiləri sərhəd postlarımızı müntəzəm atəşə tutmaqdadır. Maraqlıdır, ermənilər nəyə görə əsas cəbhə zonası sayılan Qarabağda deyil, sərhəddə fəallaşmağa çalışırlar? Ermənistan sərhədyanı rayonları işğal etməyi düşünür? Yox, bu, onların imkanı xaricindədir. Onda bu sərhəd təxribatlarının arxasında nə dayanır? Görünür, onların məqsədi Azərbaycan sərhədlərində “daimi gərginliyin” olmasına dair beynəlxalq miqyasda rəy yaratmaq və DSX-nı “qabiliyyətsiz qurum” kimi göstərməyə nail olmaqdır. Bu planın hazırlanmasında və həyata keçirilməsində isə Rusiyanın təşviqi qətiyyən istisna deyil.

Azərbaycanın işi bu planın gerçəkləşməsini əngəlləmək üçün tələb olunan tədbirləri görməkdir. Bunun üçün informasiya müstəvisində fəallıq artırılmalı və beynəlxalq rəydə yanlış təsəvvürlərin yaranmasına imkan verilməməlidir.
www.yenicag.az
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib