"Ölkə başçısı aktual və gündəmdə olan məsələləri daha çevik həll etmək niyyətindədir" — İlham Məmmədov
Siyaset
Oxunub: 619
3 avq 2019 | 20:18
"Ölkə başçısı aktual və gündəmdə olan məsələləri daha çevik həll etmək niyyətindədir" — İlham Məmmədov

“Prezident İlham Əliyevin yanında sırf sosial- iqtisadi bloku təmsil edən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, həmin sahələrin koordinasiyasını təşkil edən Prezident köməkçilərinin iştirakı ilə keçirilən son müşavirədə dövlət büdcəsinin icrasından tutmuş,bütün makroiqtisadi göstəricilər,iqtisadiyyatın artım tempi, şaxələndirilməsi, inflyasiyanın nəzərdə tutulmuş həddə saxlanılması, milli valyutanın qorunması,ölkəyə yatırılan investisiya, dövlət borcunun azaldılması, sahibkarlıgın inkişafı ilə baglı görülən tədbirlər, əhalinin dayanıqlı olaraq içməli suya, elektrik enerjisinə, qaza olan tələbatının ödənilməsi istiqamətində müzakirələr aparıldı. Gündəlikdə olan və digər məsələlərlə bağlı Prezident öz fikirlərini və tapşırıqlarını verdi”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin yanında keçirilən son müşavirə bir daha göstərdi ki, hökumət qarşıya qoyduğu vəzifələr, iri infrastruktur layihələr uğurla icra olunur və bunun nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edir. “Rəsmi statistik rəqəmlər ölkə iqtisadiyyatının dinamik inkişafını deməyə əsas verir. Belə ki, ölkə iqtisadiyyatı cari ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artım olub. Sənaye sahəsində artım isə daha uğurla inkişaf edərək rekord həddə çatıb. Bu sahədə artım 15,7 faiz həcmində olub. Bu sahədə inkişaf son dövrlərdə istifadəyə verilmiş Karbamid zavodu, “SOCAR-Polymer” zavodu və digər sənaye müəssisələrinin hesabına olub.

Sənaye sahəsində inkişafla yanaşı, kənd təsərrüfatı sahəsində də ciddi uğurlar əldə edilib. Nəticədə 2019-cu ilin 6 ayında bu sahədə 13 faiz artım qeydə alınıb. Bitkiçilik sahəsində isə 25 fazilik qeydə alınıb. Bütün bunlar son zamanlarda kənd təsərrüfatına verilən diqqətin və həyata keçirilən islahatların nəticəsidir. Kənd təsərrüfatı sahəsinə verilən diqqətin nəticəsində Azərbaycanın ixracatına da öz müsbət nəticələrini verməkdədir. Bu il digər illərlə müqayisədə daha çox kənd təsərrüfatı məhsulları ixrac olunub ki, bu, həm ölkəmizin, həm də insanların gəlirlərinə müsbət təsir edib. Elə bunun nəticəsidir ki, qeyri-neft sektorunda ixracatın həcmi 15 faiz artıb”- deputat bildirib.

İ.Məmmədov qeyd edib ki, gömrük və vergi sahəsində həyata keçirilən islahatlar nəticəsində də gəlirlər sürətlə artmaqdadır. “Genişmiqyaslı islahatlar ölkəmizi investorlar üçün daha cəlbedici etdiyindən Azərbaycana sərmayə qoymaqda maraqlıdırlar. 2019-cu ilin altı ayında ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulub. İstər ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcminin, istər vergilər və gömrük sistemindən olan büdcə daxilolmalarının həcminin artması nəticəsində plandan əlavə yığılması iqtisadi sahədə aparılan islahatların təzahürüdür”- o bildirib.

Deputat bildirib ki, iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində əldə edilən gəlirlər isə digər sahələrin inkişafına, xüsusən də vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına yönəldilir: “Bu məqsədlə 2019-cu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Sosial paketin tətbiqi nəticəsində minimum əməkhaqları 2 dəfə, pensiyalar 116 manatdan 200 manata çatdırılıb, müavinətlər və təqaüdlər kifayət qədər artırılıb. Ölkə başçısının da bəyan etdiyi kimi sosial sahə Prezidentin yürütdüyü siyasətin prioritetini təşkil edir və ona görə də əldə edilən gəlirlərin demək olar böyük həcmi sosial sahəyə yönəldilir. Ümid edirəm ki, gəlirlərimiz artıqca həmin gəlirlərin yenə də böyük bir qismi vətəndaşlarımızın daha yaxşı sosial rifah halında yaşamasına yönəldiləcək”- İ.Məmmədov bildirib.
O qeyd edib ki, müşavirədə ümumiyyətlə, sosial sahənin digər sferalarında həyata keçirilən islahatlar, əhalinin aztəminatlı təbəqəsinin işlə təmin olunması məqsədi ilə məşğulluq proqramının icrası və bu sahədə görülən işlər barədə geniş fikir mübadiləsi aparılıb: “Vətəndaşların pensiyaya çıxan zaman, ünvanlı sosial yardım alarkən və digər məsələlər zamanı üzləşdikləri bürokratik əngəlliklərin aradan qaldırılması məqsədi ilə həyata keçirilən islahatların icra vəziyyəti müzakirə edilib.

Bundan əlavə olaraq, iqtisadi sahədə islahatlar nəticəsində on minlərlə yeni iş yeri açılıb.

Maliyyə bazarında yaranmış duruma və pul-kredit siyasəti isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir”.

Müşavirənin formatına, daha doğrusu hökumətin geniş tərkibdə deyil, dar çərçivədə, müzakirə olunacaq sahələrə məsul şəxslərin iştirakı ilə keçirilməsində gəldikdə isə deputat qeyd edib ki, bu idarəetməyə yeni baxışın gətirilməsi deməkdir: “Ölkə başçısı aktual və gündəmdə olan məsələləri daha çevik həll etmək niyyəti daşıyır və bu çox müsbət haldır. Burada maraqlı məqam ondan ibarətdir ki, interaktiv, yəni sual-cavab formasında keçirilən müşavirələrdə istənilən məsələlərin daha ətraflı qaydada müzakirəsinə imkan yaradır. Bu, eyni zamanda ölkə başçısının həyata keçirilən islahatlarda nə qədər qətiyyətli olduğunu göstərir. Bu, eyni zamanda ölkə başçısının genişmiqyaslı illahatları ilə bağlı bir mesajıdır ki, mövqeyimizdə israrlıyıq və bu yoldan geri dönən deyilik.

Digər tərəfdən belə format istənilən aktual məsələnin operativ və çevik həlli baxımından daha effektlidir. Burada əsas məsələ format deyil, məzmundur. Hal hazırda dünyada və regionda olduqca mürəkkəb proseslər gedir. Cənab Prezident mövcud reallıqları və müasir çağırışları düzgün qiymətləndirərək, Azərbaycanı inamla inkişaf etdirir. Keçdiyimiz bu yol bir daha göstərdi ki, vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır. Cənab Prezidentin uzaqgörən, müdrik və düşünülmüş siyasəti sayəsində Azərbaycan hərtərfli inkişaf edərək qüdrətli və dünyanın sosial rifah ölkəsinə çevriləcək. Azərbaycan qarşısında duran bütün problemləri həll edəcək”.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"