Səlim Müslümov sabiq nazirin güdazına gedibmiş... (İDDİA)
Siyaset
Oxunub: 540
31 iy 2019 | 22:42
Səlim Müslümov sabiq nazirin güdazına gedibmiş... (İDDİA)

2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işdən azad edildi. Həmin vaxt Müslümovla bağlı verilən bu qərar çoxları üçün gözlənilməz oldu. Çünki onun "vurulması" təxmin edilmirdi, baxmayaraq ki, rəhbərlik etdiyi nazirlikdə korrupsiya və rüşvət halları ilə bağlı iddialar, ittihamlar mətbuatın gündəmindən düşmürdü.

Qaynarinfo-ya məlumatlı mənbədən daxil olan bir iddiaya görə, S.Müslümovun vəzifədən azad edilməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlı məqam həlledici rol oynayıb. Belə ki, 2017-ci ilin dekabrında, yəni kreslosunu itirməmişdən cəmi 5 ay əvvəl keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri oğluna nişan mərasimi keçirib. Nişan mərasimi onun doğulduğu, dayısı Ənvər Seyidəliyevin icra başçısı olduğu Ağsu rayonundakı dəbdəbəli restoranda keçirilib.

Nişan mərasiminə bir çox nüfuzlu qonaqlar dəvət olunub, bu qonaqlar arasında sabiq "nəqliyyat şefi", həmin vaxt Ucar rayonunda, doğma kəndi Qazıqumlaqdakı mülkündə yaşayan Ziya Məmmədov da iştirak edib.

Kreslosundan yenicə uzaqlaşdırıldığı və hakimiyyət dairələrinin gözündən tamamilə düşdüyü həmin günlərdə Məmmədovun hələ də nazir olan Müslümov tərəfindən məclisə dəvət edilməsi bir çox vəzifəli qonaqların təəccübünə və narahatlığına səbəb olub. Onlardan bəzilərinin məhz bu səbəbdən nişan mərasimini erkən tərk etdiyi deyilir.

Müslümov isə bu barədə iradlara reaksiya verərkən Məmmədovu oğlunun nişan mərasiminə dəvət etməkdə qeyri-adi bir şey görmədiyini, onunla yaxın dost və ailəvi gediş-gəlişlərinin olduğunu bildirib.

Lakin bu Müslümova qarşı münasibətin dəyişməsinə əngəl olmayıb və onun vəzifəsindən kənarlaşdırılması üçün hökumətdəki rəqiblərinin əlinə yaxşı fürsət verib.

Bunun ardınca onun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki Sosial Müdafiə Fondunda aparılan yoxlamalar nəticəsində yüz milyonlarla manatlıq (bəzi KİV-lərin iddiasına görə hətta 2,5 milyard manatlıq) korrupsiya mexanizminin aşkarlandığına dair iddialar yayılıb. Beləliklə, Müslümovun "vurulması" tam qətiləşib.

Qeyd edək ki, bu ilin mayında Səlim Müslümov Ziya Məmmədovla bir yerdə görünmüşdülər. Sabiq nazirlər "Range Rover” markalı maşınla Heydər Məscidinə yas mərasiminə təşrif buyurarkən hətta kameraların hədəfinə tuş gəlmiş və birgə görüntüləri saytlarda yayılmışdı.

Onu da deyək ki, 2002-2017-ci illərdə nəqliyyat naziri işləmiş Z.Məmmədov hazırda işsizdir. S.Müslümov isə cəmi 5 il - 2013-2018-ci illərdə nazir olmuşdu, hazırda isə Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllimdir.
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir